63
mərhələdir.Belə olan halda, tariflər bazar şərtlərinə uyğunlaşır və tələb artır. Və
son nəticədə müştərilərin canlanmasına, başqa sözlə, aktiv reaksiyasına səbəb olur.
4.
Yetkinlik mərhələsi sığorta məhsulunun bazar üçün adi məhsullardan
birinə çevrildiyi və satışın həcminin artıq stabil rəqəmlərlə ölçüldüyü mərhələdir.
Bu zaman müştəri resursları tükənir və məhsul bazarda tam oturur. Bu məhsul üzrə
bazar artıq tam doymuş hesab olunur.
5.
Enmə mərhələsi satışın həcmi azaldığı və məhsulun artıq əksər
müştəriləri qane etmədiyi mərhələdir. Bu mərhələdə sığortaçılar əsasən məhsulu
modernizə edir və əgər modernizasiya müvəffəqiyyətlə həyata keçirilərsə, yeni
artımın baş verməsi mümkündür. Əks halda, sığortaçı bu məhsulu bazardan geri
çəkməli, yeni layihələr haqqında düşünməli və bazara tam yeni, istehlakçılar
tərəfindən rəğbətlə qarşılanacaq sığorta məhsulu nümunələri çıxarmalıdır.
Sığorta məhsulunun öyrənilməsində əsas cəhətlərdən biri olaraq onun
qiymətinin müəyyənləşdirilməsini qeyd etmək olar ki, bu da öz növbəsində iki
elementdən ibarətdir:
- istehsal xərcləri
- sığortaçının mənfəət norması
.
Dostları ilə paylaş: