64
dəbuna uyğun olaraq dəyişir.İstehlakın elastiklik göstəricisi sığortaçının qiymətlər
üzrə siyasətinin müəyyənləşdirilməsində ən mühüm göstəricilərdən biri hesab
olunur. Məsələn, ölkəmizdə (MDB-də olduğu kimi) qiymət üzrə istehlakın
elastikliyi inkişaf etmiş ölkələrə nisbətən xeyli yüksəkdir. Bu hər şeydən əvvəl
insanların iqtisadi təfəkkürü, sığorta mədəniyyəti və s. amillərlə əlaqədardır.
Məkan (place).
Marketinq-miksin digər vacib elementlərindən biri olan məkan iki vacib
aspektlə xarakterizə olunur:
- satışla məşğul olan heyətin idarə edilməsi
- filialların yerləşmə coğrafiyası.
Agentlərin və satıcıların idarəedilməsi sığorta marketinqinin vacib hissəsi
olmaqla bölmələr arasında sıx əlaqələrin yaradılmasına əsaslanır və müştəriyə
istiqamətlənən marketinq fəaliyyətinin optimal səviyyədə tətbiqinə imkan yaradır.
Satış xidmətinin təşkilinin marketinq prinsipləri əsasında qurulması satışın
səmərəliliyini yüksəltməyə imkan verir.
Filialların yerləşmə coğrafiyasına gəldikdə isə qeyd etmək olar ki, sığorta
şirkətinin filiallarının daha çox potensial müştərilərin olduğu regionlarda
yerləşməsi marketinq strategiyasının qarşıya qoyulan məqsədlərə çatmağında
olduqca vacibdir. Bu baxımdan filialların yerləşmə coğrafiyası məsələsini səmərəli
şəkildə həll etmək çirkətlərdən yaradıcı yanaşma tələb edir.
Dostları ilə paylaş: