65
sığorta məhsulunun əsas xüsusiyyətləri ilə uyğunlaşan və bütün məhsullara uyğun
olanının seçilməsi çox vacib şərtdir. İnternetdən istifadə edənlərin sayının artması
sığorta bazarında internet marketinqin də inkişafının vacibliyini ön plana çəkir.
İnternet üzərindən marketinq fəaliyyəti həyata keçirilən zaman nəzərə alınmalı
olan əsas amillərdən biri kimi internet vasitəsi ilə sığorta məhsulunun satışının
həyata keçirilməsi imkanının olması və internet vasitəsilə müştərilərlə əlaqə
qurulması üçün istifadə edilməsini qeyd etmək olar. Bundan əlavə sığorta
məhsulunun bazarda irəlilədilməsi üçün marketinq fəaliyyətinin həyata keçirilməsi
zamanı nəzərə alınması vacib olan digər bir detal şirkətin veb səhifəsidir.
İstehlakçılar internet şəbəkəsinə qoşulma imkanlarının olduğu təqdirdə dünyanın
istənilən nöqtəsində istədiklərini əldə etmək imkanına malikdirlər. Belə olan halda,
bu vəziyyət şirkətlərə müştəriləri cəlb edə biləcək bir veb səhifə yaradaraq satış
prosesini gücləndirməyə imkan verir və bu, hədəflənən kütləyə çatmağa imkan
verəcək yardımçı üsuldur.
Veb səhifə yaradılarkən sığorta şirkəti 7 elementi nəzərə almalıdır. Bunlar
aşağıdakılardır:
Dostları ilə paylaş: