66
müsahibələr
və
kompaniyanın
əlaqələrinə
haqqında
informasiyalarla
müəyyənləşdirmək olar.
Səhifədə yerləşdirilən müxtəlif qrafik, mətn, musiqi, video və s..
6. İctimaiyyət (Community).
Səhifə şirkətlə müştərilər arasında və eyni zamanda
müştərilərlə müştərilər
arasında əlaqəni müzakirələrin və forumların mövcudluğu ilə təmin etmək
mümkündür.
7. Özəllik (Customization).
Sirkət müştərilərə səhifənin istənilən xüsusiyyətlərindən
məhz özlərinə
məxsus şəkildə istifadə etməyə imkan yaradmalıdır. Buna müxtəlif məhsulla
maraqlanan, müxtəlif seqmentlərə aid insanlar üçün müxtəlif
rənglərin verilməsini
nümunə çəkmək olar.
Sığorta məhsulları barədə faydalı və informativ saytların yaradılması
şübhəsiz olaraq müştərilərin sayını artıma səbəb olur,
şirkətin müsbət imicə
bilavasitə təsir göstərir, eyni zamanda, cəmiyyəti şirkətin məhsulları haqqında daha
məlumatlı hala gətirir. Lakin bu, internetin və digər rəqəmsal texnologiyaların hər
şeyi həll etməsi anlamına gəlmir. Qeyd olunan onlayn strategiyalarla yanaşı, eləcə
də sığorta şirkətlərində marketinq fəaliyyəti ilə həyata keçirilərkən radio,
televiziya, küçə reklamı və s. kimi kommunikasiya vasitələrindən də yararlanmaq
mümkündür. Xüsusi marketinq metodlarından və kreativ reklam qərarınlarından
istifadə etməklə bazara təklif olunan müəyyən bir sığorta məhsulu onun hansı
seqmentə yönəlikliyinin onu populyar etdiyindən daha çox “nəzərə çarpan” ola
bilər və həmin məhsul barədə məlumatlılıq səviyyəsini daha da artıra bilər.
Sığorta məhsulunun reklam fəaliyyətinin həyata
keçirildiyi zaman mövcud
qanunvericilik şərtləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının
“Reklam haqqında” qanununda reklam sifarişçisinin fəaliyyəti üçün müvafiq
lisenziya tələb olunduqda lisenziyanı verən təşkilatın adı və lisenziyanın
nömrəsi
reklamda göstərilməli olduğu qeyd edilmişdir. Sığorta fəaliyyəti xüsusi razılıq
67
tələb olunan fəaliyyət sahəsi olduğu üçün bu məqama xüsusi fikir verilməsi
vacibdir.
Dostları ilə paylaş: