İnsanlar (people). Bu element barədə danışarkən insanların, başqa sözlə müştərilərin başa
düşülməsi, onların tələbat və ehtiyaclarına uyğun gələn sığorta məhsulunun
yaradılması prosesindən söhbət açmaq olar. İnsanlarla sıx və qarşılıqlı əlaqələri
özündə əks etdirən bu fəaliyyət sahəsi xidmət sahəsi olduğundan resurslardan
səmərəli istifadəsini tələb edir. Heyətin müştərilərin təlabinə uyğun fəaliyyət
göstərməsi şirkət üçün ən vacib şərtlərdəndir. Eləcə də, elektron resursların hər
sahəni əhatə etməsi və əlverişli olması onu tələb edir ki, sirkətlər resurs imkanları
hesabına müştəriyə daha yaxın olsun və bu resursları tam əhatə etsin.
Proses (process). Marketinq-miksin bu elementindən danışdıqda ümumilikdə məhsulun
satışına qədərki və satış prosesindən sonrakı dövrdə həyata keçirilən əməliyyatların
idarə edilə bilinməsi xüsusiyyəti nəzərdən keçirilir. Ödənişlərin dəqiqliyi və sürəti
də, burada nəzərə alınan meyarlardan hesab olunur və müştəri üçün daha asan və
əlverişli olması vacibdir. Eyni zamanda texnoloji imkanlardan maksimum istifadə
əlavə xərclərdən azad olunmağa imkan yaradır ki, bu da öz növbəsində müştərilərə
göstərilən xidmətlərinin optimallaşdırılmasına şərait yaradır. Bütün bun qeyd
olunanlar daha rentabelli marketinq startegiyasının formalaşmasına və
ümumiyyətlə şirkətin rentabellilik səviyyəsinin yüksəlməsinə səbəb olur.
Fiziki ətraf (physical distribution).
Marketinq-miksin elementləri içərisində sonuncu olmaqla paylaşma və
bölünmə kimi sığorta şirkətlərinin uğurlu fəaliyyətinin vacib elementi hesab
olunur. Buraya şirkətin sığorta məhsulunun satış fəaliyyətinə təsir edən real və
potensial alıcılarla əlaqəni daha da asan edən çoxsaylı marketinq elementləri
daxildir.
Yuxarıda qeyd olunanlar müasir dövrdə sığorta sahəsində formalaşan
marketinq-miks elementlərinin lazımı həddə tətbiq edilməsinin bazarın inkişafında
vacib olduğunu bir daha ortaya qoyur və bu istiqamətdə yüksək rolunun olduğunu
68
üzə çıxarır,sığorta şirkətlərinin marketinq strategiyasının formalaşmasının əsasını
təşkil edir.