77
Nəticə və təkliflər
1. Hər bir ölkənin iqtisadi inkişafı onun rəqabətqabiliyyətlilik səviyyəsindən
asılı olur. Ölkənin rəqabətqabiliyyətliliyi isə hər bir sahənin və sahə daxilində
fəaliyyət göstərən müəssisələrin rəqabətqabiliyyətliliyi əsasında formalaşır.
Deməli, müəssisələrin, xüsusən də, sənaye müəssisələrinin rəqabətqabiliyyətliliyi
son nəticədə milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasını təmin edir,
ölkənin iqtisadi inkişafı üçün ciddi zəmin yaradır.
2. Müəssisənin rəqabət mühiti ümumi və sahə mühitinin təsiri altında
formalaşır və bazarın rəqabət tipindən birbaşa asılı olur. Müəssisənin bazar
müvəffəqiyyəti rəqabət mühitini düzgün müəyyənləşdirərək öyrənməkdən və ona
uyğunlaşmaqdan asılıdır. Deməli, rəqabət bazar iqtisadiyyatının inrisafını
təmin
edən əsas amillərdən biri olmaqla yanaşı, həm də müəssisələrin bazar
davranışlarını formalaşdıran amil kimi çıxış edir.
3.Sığorta marketinqinin ayrı ayrı elementləri effektliyinə və
tətbiqi
xüsusiyyətlərinə görə bir-birindən ciddi surətdə fərqlənirlər. Onlar arasında
qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Bu asılılığın təhlili və onun iqtisadi effektlik
baxımından qiymətləndirilməsi sığorta şirkətlərinin fəaliyyətlərinin marketinq
tədqiqində mühüm əhəmiyyət kəsb edir. Sığorta marketinqinin elementlərinin
iqtisadi effektlik baxımından asılılığı və xarakterik xüsusiyyətləri onların tətbiqi
prosesində qərarların qəbulunada ciddi təsir göstərir. Sığorta marketinqinin bazar
və təşkilati elementlərinin qeyd olunan asılılığı sığorta şirkətinə kompleks şəkildə
optimal marketinq siyasətini həyata keçirməyə imkan verir, eyni zamanda xərclərin
optimal səviyyəsi əsasında daha effektiv fəaliyyəti təmin etməyə şərait yaradır.
4. Sığorta marketinqi ümumi marketinqin tərkib hissəsi olub, sığortaçı ilə
sığortalı arasında qarşılıqlı əlaqələr sistemini ifadə edir. Müasir dövrdə sığorta
marketinqi iki müstəvidə öyrənilir: makroiqtisadi və praktiki. Çünki, sığorta
marketinqi bir tərəfdən sığorta bazarının hadisəsi hesab edilir və o, sığortanın ifadə
forması kimi çıxış edir. Bu baxımdan o, makroiqtisadi predmetin mövzusuna
çevrilir. Digər tərəfdən isə sığorta marketinqi sığorta şirkətlərinin fəaliyyətinin
78
praktiki aləti rolunda çıxış edir. Bu baxımdan marketinqin
praktiki tərəffi
sığortaçının bazar səmərələiliyinin yüksəldilməsi üçün istifadə etdiyi alətləri ifadə
edir.
5. Sığorta marketinqinin gələcək inkişaf istiqamətlərindən biri də onun
təşkilati formalarının daha da təkmilləşdirilərək inteqrasiya olunmuş şəkildə
formalaşması və həyata keçirilməsidir. Bu halda onun funksiyaları və yerinə
yetirdiyi vəzifələr daha da genişlənir. İnteqrasiya
olunmuş marketinq
konsepsiyasının əsasını istehlakçıların öyrənilməsi, onların tələbatları barədə geniş
məlumata malik olmaq təşkil edir. Biz öz müştərilərimizi başa düşməliyik, ən
başlıcası onlara təsir göstərən müxtəlif amilləri qiymətləndirməyi bacarmalıyıq.
Mütəxəssislər inteqrasiya olunmuş marketinqi sığorta şirkətlərinin fəaliyyətində
mövcud olan problemlərin həll edilməsinin və qarşıya qoyulan məqsədlərə nail
olunmasının ən səmərəli üsulu hesab edirlər. Sığorta
fəaliyyətində marketinqin
rolunun yüksəlməsi obyektiv bir prosesin nəticəsi olaraq yaranır.
6. Azərbaycanın sığorta bazarının inkişafının əsas istiqamətlərindən biri də bu
bazarda tətbiq olunan marketinqin sosial yönümlülüyünün formalaşması və inkişaf
etdirilməsidir. Bu gün Azərbaycanda sığorta marketinqi təkamülünün elə
mərhələsindədir ki, onun sosial – etik rolundan danışmaq mümkün deyildir. Hal –
hazırda ölkənin sığorta bazarında fıaliyyət göstərən şirkətlər sosial – etik marketinq
konsepsiyasının müddəalarını praktikaya tətbiq etməyi düşünmürlər. Onların əsas
məqsədi istehlakçıların mənafeyinə xidmət göstərməkdən daha çox, maksimum
mənfəət əldə etməyi təmin etməkdən ibarətdir. Bütün bunlarla yanaşı,
Azərbaycanın sığorta bazarında milli sığorta şirkətləri ilə yanaşı birgə xarici
şirkətlərin fəaliyyət göstərməsi sığorta marketinqinin sosial yönümlü inkişafına
zəmin yaradır. Azərbaycanda sığorta marketinqi inkişaf
etmiş xarici ölkələrin
təcrübəsindən istifadə etməklə, özünün inkişaf mərhələlərini daha sürətlə keçmək
imkanına malikdir.
7. Sığorta bazarının inkişafını təmin edən əsas şərtlərdən biri də sığorta
şirkətləri tərəfindən tətbiq edilən marketinq strategiyalarının daima
təkmilləşdirilməsidir. Hal-hazırda Milli sığorta şirkətlərinin heç biri marketinq
79
strategiyaları əsasında strateji marketinq planlaşdırılması kompleksini tətbiq etmir
və bu səbəbdən də qeyd etmək mümkündür ki, sığorta bazarının perspektiv inkişaf
istiqamətlərindən biri də marketinq strategiyaları əsasında kompleks marketinq
planlaşdırılmasının həyata keçirilməsi ilə əlaqədardır. Sığorta şirkətlərinin
marketinq strategiyalarının formalaşması çətin
və mürəkkəb bir proses olmaqla,
çoxlu sayda amillərin nəzərə alınmasını və kompleks təhlilin həyata keçirilməsini
nəzərdə tutur.
Beləliklə, aparılan tədqiqatın nəticələrinə əsaslanaraq və çıxarılan nəticələrə
uyğun olaraq aşağıdakı təklifləri söyləmək mümkündür:
Azərbaycanın milli sığorta şirkətləri tərəfindən:
- marketinqin tətbiqinin vacibliyi və zəruriliyi daha dərindən dərk edilməli, bu
istiqamətdə ciddi nəzəri və praktiki tədbirlər həyata keçirilməli;
- sığorta məhsulunun işlənməsi sahəsində marketinqin müddəalarından geniş
istifadə edilməli;
- sığorta məhsulunun satışının təşkili üsulları və siyasəti daima
təkmilləşdirilməli;
- sığorta bazarının inkişafını təmin edən əsas şərtlərdən biri kimi tətbiq edilən
marketinq strategiyaları daima təkmilləşdirilməli;
- sığortalılara xidmət prosesində sosial – etik normaların
gözlənilməli,
marketinqin sosial yönümlülüyü formalaşmalı və inkişaf etdirilməli;
- sığorta bazarının inkişaf səviyyəsini yüksəltmək məqsədilə əhalinin
sığortaya inamının artırılması, sığorta şirkətlərinin etibarlılığının yüksəldilməsi
üzrə zəruri tədbirlərin həyata keçirilməlidir.