AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 111.7 Kb.
tarix17.01.2017
ölçüsü111.7 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir.

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması


BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının xarakteristikası

    2. İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

“050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”

Bakalavr

4 il




* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası

    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişin qiymətləndirilməsinə (ÜK-1);

  • Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməyə, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyə (ÜK-2);

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyə, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyə (ÜK-3);

  • sosial mühit və sosial vərəsəlik münasibətlərini bilməyə, sosial təcrübələrin toplanılması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə (ÜK-4);

  • sosial davranış formaları və qanunauyğunluqlarına, sosial qruplaşma və topluların yaranma səbəbləri və mənşəyinə, sosial proseslərin növləri və nəticələri haqqında elmi təsəvvürə (ÜK-5);

  • mədəniyyətin forma və növləri haqqında məlumata, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımağa, Azərbaycan mədəniyyətini və onun dünya mədəniyyəti və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyə, cəmiyyət və mədəniyyət barədə dialoqlarda iştirak etməyə (ÜK-6);

  • iqtisadi nəzəriyyənin əsaslarına, pul-kredit və sosial-investisiya siyasətinə, öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməyə, iqtisadiyyatın cari məsələlərinin həllində istifadə etməyə (ÜK-7);

  • Azərbaycan Respublikası hüquqi sistemi və qanunvericiliyinin əsaslarına, hüquq-mühafizə və digər hüquqi tətbiq qanunlarına, tərbiyəvi-etik normaları dərindən bilməyi (ÜK-8);

  • gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarına (ÜK-9);

  • sağlam həyat tərzini qoruyub saxlamaq (ÜК-10);

  • mədəniyyətlərarası dialoqa hazır olmaq (ÜК-11);

  • tənqid və ozünətənqidə (ÜК-12);

  • yeni ideyalar irəli sürmək və əsaslandırmağa (ÜК-13);

  • problemli şəraitlərdə təşəbbüskarlıq göstərməyi və məsuliyyəti öz üzərinə götürmək bacarığına (ÜК-14).



      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • muzey işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını bilməyə (PK-1);

  • yuxarı dövlət orqanlarının muzey işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini bilməyə (PK-2);

  • muzey fondunun uçotunu, qeydiyyatını və mühafizəsini, muzeyin elmi-tədqiqat, elmi-təbliğat, ekspozisiya-sərgi, metodik, bərpa və nəşriyyat işlərinin aparılması üsullarını bilməyə (PK-3);

  • eksponatların bərpası texnologiyasını bilməyə (PK-4);

  • fond xəzinəsinin təchizatını bilməyə (PK-5);

  • xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini öyrənməyə (PK-6);

  • muzeyşünaslığı bilməyə (PK-7);

  • iqtisadiyyatın, əməyin təşkilinin və marketinqin əsaslarını bilməyə (PK-8);

  • peşə fəaliyyətində İKT-dən istifadə qaydalarını tətbiq etməyə (PK-9);

  • qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmağa (PK-10);

  • kollektivdə iş mühitini daim saxlamağa (PK-11);

  • müəssisə işçilərinin fəaliyyəti üzrə normativ aktları və metodiki tövsiyələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını bilməyə və tətbiq etməyə (PK-12);

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq, muvafiq müəssisələrdə kompleks məsələlərin həllində iştirak etməyə (PK-13);

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə metodlarına yiyələnməyə (PK-14);

  • müəssisələrdə rəhbərliyi bacarmağa (PK-15).




  1. Təhsilin məzmunu və səviyyəsinə qoyulan

minimum tələblər

    1. Peşə fəaliyyətinin xarakteristikası

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • istehsalat;

  • təşkilati-inzibatçılıq və s.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər


İstehsalat fəaliyyəti üzrə:

  • ixtisası üzrə biliklərdən istifadə etmək;

  • informasiyaların toplanması və emalında müasir üsullardan istifadə etmək;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək, fənlərarası əlaqələri müəyyən etmək;

  • iş prosesində kompüter texnologiyasından istifadə etmək.


Təşkilatı – inzibatçılıq fəaliyyəti üzrə:

  • elmi-praktik seminarlar, dərnəklər, disputlar təşkil etmək;

  • fəaliyyət nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq, müəssisələrdə kompleks məsələnin həllində iştirak etməyə hazır olmaq;

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və onun metodlarına yiyələnmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.




Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompeten-siyaların kodları

Təhsil hissəsi

HF –B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • Azərbaycan xalqının və dövlətinin tarixini, azadlıq, demokratiya və müstəqillik yolunda qazandığı nailiyyətləri;

- ixtisasa aid xarici dildə olan ədəbiyyatı oxuyub başa düşməyi;

- cəmiyyətin ümumi qanuna-uyğunluqlarını, hüquqi bilikləri, demokratiyanın əsas prinsiplərini, beynəlxalq prosesləri.



bacarmalıdır:

- ixtisasa aid xarici dildə olan ədəbiyyatı lüğətlə tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı;

- cəmiyyətdə baş verən prosesləri təhlil etməyi.

yiyələnməlidir:

- Azərbaycan tarixindən vətənpərvərlik tərbiyəsində istifadəyə;

- ixtisasa uyğun xarici dildə olan materiallardan istifadəyə.


30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6


13

5

6




ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

İPF – B00

İxtisas-peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

- muzeyşünaslıq elminin yaranması, quruluşu, məqsəd və vəzifələrini, “Muzeylər haqqqında” Qanunu və onun maddələrini;

- ekskursiya sənətinin müzeyşünaslıq fənləri sistemindəki yeri, məqsədi və vəzifələrini, muzey fondu anlayışı və onun tərkib hissəsi, təsnifatını, muzey fondu üzərinə düşən vəzifə və məqsədini, funksiyalarını, muzey fonduna daxil olan əşyaların xüsusiyyətlərini, muzey fəaliyyə-tinin başlıca istiqamətlərindən birini təşkil edən nüma-yişetdirmənin həyata keçirilməsi xüsusiyyətlərini, prinsiplərini, texnologiyasını;

- tətbiqi muzeyşünaslığın öyrəndiyi mühüm məsələlərdən biri də muzey fəaliyyətinin bütün sahələrində istifadə olunan avadanlıq təchizatının xüsusiyyətlərinin öyrənilməsi, eləcə də onlarla işləmək bacarıq və vərdişlərinə yiyələnməyi;

- Azərbaycan maddi mədəniyyət abidələrinin öyrənilməsində dünya muzeylərinin fəaliyyət istiqamət-lərini;

- “Muzeydənkənar abidə” anlayışının təyinatını, abidələrin təsnifatını, eyni zamanda muzey abidələri ilə muzeydənkənar abidələr arasındakı nisbət və fərqləri;

- arxeologiya və etnoqrafiyanın tarix elmləri arasında yerini, onların obyektini, predmetini, məqsədini, vəzifələrini, metod və problemlərini, nəzəri quruluşunu, digər tarix elmləri ilə qarşılıqlı əlaqəsini;

- tarixşünaslığın predmetini, metod və vəzifələrini, eləcə də onun tədrisinin əhəmiyyətini;

- muzey və turizm anlayışlarını, muzeyin turizmin infrastruktur sahələrindən biri olduğunu, bu cəhətin elmi-nəzəri cəhətdən aydınlaşdırmağı;

- ekspertiza sənətinin muzey fəaliyyətinin mühüm istiqaməti olduğunu, “maddi dəyər” anlayışının xüsusiyyətlərini və bunların dəyərləndirmə mexanizmlərini;

- kitabçılıq işi sistemində biblioqrafiyanın yerini, Azərbaycan kitabxana işinin təşkilini, kitabxanaların tipləri və növlərini, onların vəzifələrini, kütləvi kitabxanalar, mərkəzləşdirilmiş kitabxana sistemini, kitabxana fondlarını, kitabxanada işin təşkili metodikasını, kitabxanalarda biblioqrafik xidmətin təşkilini, kitab təbliğində biblioqrafiyanın rolunu;

- arxivlərin yaranma tarixini, onların məqsəd və vəzifələrini, əsas funksiyalarını, arxiv işinin təşkilini və eyni zamanda arxivdə fond anlayışını;

- dünya ədəbiyyatının ən qədim, qədim, orta əsrlər, XIX əsr, XX əsr mərhələlərini;

- şərq, qərb, şərqi slavyan, türk xalqları ədəbiyyatı nümunələrini;

- Azərbaycan ədəbiyyatının qədim, orta əsrlər, XIX əsr, XX əsr mərhələlərini və bu dövrdə yazıb yaradan sənətkarların yaradıcılığını;

- mədəniyyətin tipologiyasını, mədəniyyətin və incəsənətin tarixini, elmi-metodoloji materialların işlənilməsi, elmi-tədqiqat işləri, ekskursiya fəaliyyəti, elmi məqalələrin, dərsliklərin yazılması;

- təsviri incəsənətin janrlarını, növlərini, cərəyanları, antik dovr, orta əsrlər, renessans, barokko, XIX və XX əsr mərhələlərini və bu dövr sənətkarlarının yaradıcılığını ;

- İKT-nin muəssisə və təşkilatlarda tətbiqi imkanlarını;

- əski Azərbaycan - ərəb əlifbası ilə yazılmış mətnləri oxumağı;

- marketinq anlayışı, onun bazar kateqoriyaları ilə qarşılıqlı əlaqəsini, müasir və klassik iqtisad məktəb nümayəndələrinin marketinq fəaliyətinə baxışlarını, bazar münasibətləri sistemində marketinq fəaliyyətinin yeri və rolunu, marketinq və menecment fəaliyyətinin gəlir gətirməyən sahələrdə istifadəsinin səbəblərini;

- fövqəladə hallar və onların vəzifələrini, fövqəladə hallarda əhalinin müdafiəsinin əsas üsullarını, kollektiv mühafizə vasitələrini.



bacarmalıdır:

- muzey ekspozisiyasının bədii memarlıq həllinin düzgün tapılmasını, ekskursiyanı yüksək səviyyədə (akademik) keçirməyi, fondların elmi sənədləşdirməsi işini, muzey arxivinin elmi təşkilini, muzeylərdə kitabxananın təşkili və elmi istiqamətləndirməni, muzeylərdə məqsədyönlü şəkildə tədbirlərin keçirilməsini, muzeyə gələn tamaşaçılarla zamanın tələblərinə uyğun olaraq, hər bir təbəqəni nəzərə alaraq sosioloji sorğu keçirməyi (şifahi və ya yazılı);

- muzey işinin təşkili metodlarını, idarəçilik qaydalarını - ekskursiya işinin təşkili metodlarını, muzey fəaliyyətinin bütün istiqamətlərində fond, ekspozisiya, emalatxana və laboratoriyalarda muzey avadanlıqları ilə işləməyi;

- dünya və Azərbaycan muzeyləri və abidələrinin təbliğində muzeylərin rolunu təhlil etməyi;

- “Muzeydənkənar abidə” statusunun əldə olunması üçün bütün dəyər göstəricilərini, abidələrin dəyər xüsusiyyətlərinə görə həmin statusa yiyələnmə mexanizmi vərdişlərini, muzeydənkənar abidələrin istənilən növünü dəyər parametrlərinə görə təhlil etməyi;

- arxeoloji tədqiqatların mərhələlərini keçməyi – geoloji materiallarla tanışlığı, qazıntıların tədqiqini, ilkin informasiyanın işlənilməsini, materialların şifrələnməsini və sonda elmi hesabatın hazırlnmasını, dünya xalqlarının məişətini və əxlaqi dəyərlərini, onların məskunlaşması, mədəni və tarixi əlaqələrini müşahidə edib təhlil etməyi;

- muzey və arxivlərdən istifadə, muzeydə ekspert işi, muzeylərlə beynəlxalq əməkdaşlıq etməyi, işləməyi, muzey və arxivlərdə araşdırma işini aparmağı;

- muzey və turizmin vəhdət xüsusiyyətlərini, müsir dövrdə dünyada, eyni zamanda Azərbaycanda turizm sektorunda muzey müəssisələrinin mövqeyini araşdırmağı;

- maddi dəyərlərin təsnifatını, bunların dəyər parametrlərinin əsaslarını, bununla bağlı beynəlxalq və respublika əhəmiyyətli qanunvericilik bazasından irəli gələn müddəalara istinadən maddi dəyərlərə ekspert rəyi və qiymət verməyi;

- kitabın əsas növlərini, onların spesifik cəhət və əlamətlərini fərqləndirməyi, məzmuna və janra görə təsnifatlandırmağı, kitab və biblioqrafik göstəriciklərlə müstəqil işləməyi, biblioqrafik aparatı qurmağı, kataloqlar, çap kartoçkalarının hazırlanmasını, biblioqrafik vasitələrin müxtəlif-liyinə görə fərqləndirməyi;

- arxivlərdən istifadə, arxivdə ekspert işi, arxiv kitabxanaları, arxivlərlə beynəlxalq əməkdaşlıq etməyi, araşdırma aparmağı;

- dünya ədəbiyyatının (qədim şərq, qədim yunan, Avropa, şərqi slavyan, türk və şərq xalqları) özünəməxsus ədəbi – bədii xüsusiyyətlərini xarakterizə etməyi;

- Azərbaycan ədəbiyyatı tarixinin əsas ideya istiqamətlərini, poetik forma və janrlarını, bədii metod, üslub və poetik vəzn problemini, ədəbiyyatın spesifik inkişaf xüsusiyyətlərini fərqləndirməyi;

- orta ixtisas məktəblərində, orta məktəblərdə mədəniyyət haqqında mühazirələr oxumağı, kitablar, dərsliklər, dərs vəsaitləri yazmağı, muzeylərdə, qədim saraylarda, ekskursiyalar aparmağı;

- təsviri incəsənətdə və memarlıqda uslubları və cərəyanları fərqləndirməyi, sənət nümunələrini təhlil etməyi, təsviri incəsənətin digər sənətlərlə qarşılıqlı əlaqəsini səciyyələndirməyi;

- WINDOWS əməliyyat sistemini, Word, PowerPoint, ofis proqramlarının ixtisas məsələlərinin həllinə tətbiqini;

- əski Azərbaycan yazısı ilə yazmağı və oxumağı;

- mədəniyyət məhsullarının fərqli cəhətlərini səciyyələndirməyi, mədəniyyət məhsullarının təyin edilməsinin ölçülərini təhlil etməyi, yeni məhsul buraxılışının müəssisələr üçün riskliyini təyin etməyi, asudə vaxt bazarının böyüməsinə təsir edən amilləri qiymətləndirməyi, mədəniyyət məhsullarından istifadə qərarına təsir göstərən amilləri düzgün müəyyən etməyi;

- fövqəladə hallarda əhalinin, ərazinin mühafizəsini, kollektiv və fərdi mühafizə vasitələrini.



yiyələnməlidir:

- muzey işinin tarixi, nəzəriyyəsi haqqında dərin biliklərə, profilə görə fərlqli olan və hansı muzeyə maraq göstərməsinə və işləyəcəyini planlaşdıraraq konkret elmi sistemə (məsələn: muzeyşünas-tarixçi, muzeyşünas-sənətşünas, və s.);

- muzey işinin tarixi, nəzəriyyəsi, təşkili və idarəolunmasi haqqında, ekskursiya sənəti ilə əlaqədar elmi-nəzəri biliklərə, muzey fondu üzrə dövrü mətbuat, elmi-nəzəri biliklərə, fondun əsasları haqqında dərin biliklərə;

- dünya muzeylərinin tarixi, muzeylərdə mühafizə olunan eksponatlar, xüsusilə də milli sənət nümunələri haqqında dərin biliyə;

- bu sahədəki qabiliyyətlərini formalaşdırmaq üçün əlavə elmi-nəzəri mənbələrdən istifadə etməyə;

- tələbə-muzeyşünaslar eyni zamanda həmin fənlə bağlı dövrü mətbuat, elmi-nəzəri məlumatlarla yaxından tanış olmalı, nəzəri problemlərin təhlili xüsusiy-yətlərinə;

- abidələrin mühafizə və istismarı üzrə fəaliyyət istiqamətləri və prosesin gedişi xronologiyasına;

- bəşəriyyətin keçmişini yazılı və maddi mənbələrə, arxeoloji abidələrə əsaslanaraq öyrənməyə, müxtəlif tarixi dövrlərdə xalqların etnik xarakterləri, onların spesifikası, folkloru, maddi və mənəvi dəyərləri haqqında dərin biliklərə;

- ayrı-ayrı dövrlərə aid sosial-siyasi və iqtisadi vəziyyət, elm və mədəniyyət haqqında hərtərəfli biliklərə, Azərbaycanın dünya birliyində yeri və rolu, milli ideologiyanın formalaşması prosesi haqqında biliklərə;

- turizmin inkişafı üçün muzeylərin üzərinə düşən müasir vəzifələr haqqında anlayışa, müstəqil fikir və tövsiyyələrin irəli sürülməsi və bundan irəli gələn proseslər haqqında biliklərə;

- maddi dəyərlərə ekspert rəyi və düzgün qiymət verilməsi üçün dövrü mətbuat, elmi-nəzəri mənbələrin araşdırılmasına;

- fənnin predmeti, formalaşması, əsas vəzifələri, prinsipləri, məzmunu, kitabxana sistemi, kitabxana fondları, kataloqları, biblioqrafiyanın ictimai rolu, prinsipləri, biblioqrafik aparat, biblioqrafik vasitələr, növləri, ümumi və xüsusi biblioqrafiya haqqında biliklərə;

- dövlət arxivləri, onların fondları və təşkilinə, arxivlərdən istifadə, arxivdə ekspert işi haqqında biliklərə;

- dünya ədəbiyyatının (qədim şərq, qədim yunan, Avropa, şərqi slavyan, türk və şərq xalqları) görkəmli nümayəndələri və onların yaradıcılığı barəsində dərin biliyə;

- Azərbaycan ədəbiyyatı tarixinin qədim, XIII-XVIII, XIX, XX əsr mərhələləri barədə və həmin əsrlərdə yaşayıb yaradan şair və yazıçıların yaradıcılığı haqqında biliyə;

- dünya mədəniyyətinin mərhələlərini, incəsənətin müxtəlif növlərinin yaranmasını, inkişafını və formalaşması xüsusiyyətlərini fərqləndirməyə;

- təsviri incəsənət və memarlıq haqqında dərin biliklərə;

- ixtisasa uyğun informasiya və intellektual sistemlərin yaradılmasına, kompüterin fayl strukturunun yaradılmasına;

- əski Azərbaycan - ərəb əlifbası ilə yazılmış mətnləri düzgün oxumaq vərdişlərinə;

- muasir marketinqin əsas müddəalarını araşdırmağa, qarşıya qoyulmuş məqsədə çatmaq üçün marketinq kompleksindən istifa-dəyə yiyələnməli, mədəniyyət və incəsənət sahələrində marke-tinqin əsas komponentlərinin təhlilinə, mədəniyyət müəssisə-lərinin məh-sula və ya bazara uyğunlaşmasına təsir edən amillərin öyrənilməsinə;

- fövqəladə hallarda əhalinin mühafizəsinin əsas üsullarına və prinsiplərinə, ilk tibbi yardımın həyata keçirilməsi qaydalarına.


180

İPF – B01

Muzeyşünaslıq


İPF – B02

Muzey işini təşkili və idarə olunması


İPF – B03

Dünya muzeyləri


İPF – B04

Muzeydənkənar tarix və mədəniyyət abidələrinin mühafizəsi və istismarı


İPF – B05

Arxeologiya və etnoqrafiya


İPF – B06

Muzeydə turizm işi


İPF – B07

Maddi dəyərlərin ekspertizası


İPF – B08

Arxivşünas-lıq



İPF – B09

Ədəbiyyat tarixi


İPF – B10

Mədəniyyət tarixi və nəzəriyyəsi


İPF – B11

Təsviri incəsənət tarixi


İPF – B12

İnformasiya texnologiyalarının əsasları


İPF – B13

Əski əlifba


İPF – B14

Mədəniyyət və incəsənət sahələrinin marketinqi


İPF – B15

Mülkü müdafiə


İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı

üzrə*)

11


39
10

10


6

6


6

8

10


8

5



4
4

4
3

46


PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-8

PK-9

PK-10

PK-11

PK-12

PK-13

PK-14

PK -15





Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsilalan



bilməlidir:

- təcrübələr keçirilən müəssisələrin (muzeylərin, arxivlərin, kitabxanaların, mədəniyyət müəssisələrinin) strukturunu, ayrı-ayrılıqda onların təyinatını;



bacarmalıdır

- tədris təcrübəsində iştirak etməyi, ixtisas biliklərini dərinləşdirməli, elmi-tədqiqat işləri ilə yanaşı, əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi və onların nəticələrini ümumiləşdirməyi və buraxılış işində istifadə etməyi və s.

yiyələnməlidir:

- öz ixtisası üzrə 4 ildə əldə etdiyi nəzəri biliklərin təcrübədə tətbiqinə.



30

TE-B01

Təcrübələr


TE-B02

Yekun dövlət attestasiyası


21

9



ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-9

PK-10

PK-11

PK-12

Kreditlərin ümumi cəmi:

240










*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.


    1. 050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6




  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.



  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050301 – Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və tədris təcrübələri (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda və s. keçirilə bilər.



  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə


    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.



Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin müavini Nazirliyi Elm və ali təhsil şöbəsinin

müdiri
_________________Yaqub Piriyev ______________Gültəkin Hüseynova

“_____”_______________2014-cü il “_____”_______________2014-cü il


Mədəniyyət və incəsənət Azərbaycan Respublikası Təhsil

ixtisasları qrupu üzrə Nazirliyinin Elmi Metodiki-Şurasının

Dövlət Təhsil Standartlarını «İncəsənət» bölməsinin sədri

hazırlayan işçi qrupun sədri

________________ Validə Məmmədova ________________ Zemfira Qafarova


“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə