162
VII BÖLMƏ
C
əmiyyətin həyat fəaliyyətində siyasətin rolu
1.Siyas
ət cəmiyyətin həyat fəaliyyətinin başlıca sferasıdır
Siyasi h
əyat əbədi mövcud olmayıbdır.Onun
yaranma tarixi
q
ədim dövrə təsadüf edir. Siyasi həyat ibtidai icma cəmiyyətinin
dağılması və sosial cəhətdən qeyri-yekcins cəmiyyətin
meydana
çıxması ilə təşəkkül tapır. Bu qanunauyğunluqcəmiyyətin
siyasi
sistemin
ə də aiddir. Cəmiyyətin siyasi sistemi yarandığı ilk dövrlər
yetkin s
əviyyədə olmadığı kimi, siyasi həyat da təşəkkülünün
başlanğıcında məhdud çərçivədə olmuş və siyasi fəaliyyət
prosesind
ə adamlar kiçik təlabatla kifayətlənmişlər. Quldarlıq
c
əmiyyətinin qərarlaşması ilə nəinki siyasi sistemdə,
eləcə də siyasi
h
əyatda köklü keyfiyyət dəyişiklikləri baş verir. Siyasi sistemin ən
mühüm ünsürü kimi siyas
ət aləminin başlıca kampanenti olan
dövl
ət və onunla birlikdə hakimiyyət təşəkkül tapır. Dövlət
sturukturları ilə yanaşı ilk partiyalar yaranır. Əlbəttə, “partiya”
anlayışı hər şeydən əvvəl,
bu və ya digər şəxslə, şəxslər qrupu və
h
ər hansı sülalə ilə yaxınlığı ehtiva edirdi. Bir sözlə, aristokratik
q
ruplaş- malar kimi meydana gələn ilk partiyalar həmin ictimai
subyektl
ərin tərəfdarları kimi səciyyələnirdilər. Siyasi sistemin
inkişafı cəmiyyətdə başverən ciddi dəyişiklikləri əks etdirirdi. Bu
d
əyişikliklər isə müxtəlif sosial təbəqələr arasında mövcud olan
ziddiyy
ətlərlə şərtlənirdi. Bu səbəbdən də uzun əsrlər boyu siyasi
h
əyatın başlıca istiqaməti rəqabət münasibətlərindən ibarət
olmuşdur. Nəticə etibarilə cəmiyyətin siyasi həyatı siyasi sistemin
yeni ünsürl
əri hesabına genişlənmiş və zənginləşmişdir.Orta əsrlər
c
əmiyyətinin ilk dövrlərində bu və ya digər ölkədə imtiyazlı yuxarı
dair
ələr
siyasi sistemin və təbii ki, siyasi həyatın
formalaşdırılmasında müstəqil rol oynayırdılar. Bu təbəqələr
özl
ərinə məxsus inzibati və məhkəmə hakimiyyəti yaradır, əhali
üz
ərinə vergilər qoyur və əmlak senzi tətbiq edirdilər. İngiltərədə ilk
163
parlamentin, Fransada v
ə Niderlandda kortesin (ali qanunverici
orqanın) təşəkkülü siyasi həyatın yeni mütərəqqi istiqamətdə
inkişafının təzahürü idi.Siyasi həyat insanın və cəmiyyətin siyasi
varlığının mənəvi, hissi, emosional və praktiki-predmetli forması-
dır. Siyasi həyat insanların və cəmiyyətin siyasətə münasibətini və
siyas
ətdə iştirakını səciyyələndirir. Siyasi həyatı anlayışı sosial,
iqtisadi, m
ədəni, mənəvi, maddi, dini həyatla və ictimai həyatın
dig
ər növləri ilə oxşarlıq təşkil edir. O, dəyişkən və dinamik
olmaqla b
ərabər, yüksəliş və tənəzzül məqamlarına da məruz qala
bilir. Siyasi h
əyatı cəmiyyətin iqtisadi, sosial
və mənəvi
sferalarından fərqləndirən əhəmiyyətli cəhət ondan ibarətdir ki,
bütövlükd
ə cəmiyyət məhz dövlət tərəfindən təşkil və idarə olunur.
Bel
ə ki, siyasətin predmeti dövlət hakimiyyətidir. Siyasət
ümumi
rifahın əldə olunmasına istiqamətlənən fəaliyyətdir. Qədim yunan
filosofu Aristotel siyas
əti insan fəaliyyətinin yüksək forması
adlandırmışdır. O, özünün “Politika” adlı əsərində bu barədə
yazırdı: “Ədalət yalnız siyasi həyatda mümkündür. Çünki siyasi
birg
əyaşayışın bütün sistemi hüquqa əsaslanır” (Aristotel. Politika).
İctimai həyatın bütün sferaları onlara xas olan
fəaliyyət növləri ilə
s
əciyyələnir.Siyasi həyatın başlıca məzmununu təşkil edən siyasi
f
əaliyyət insanların həyat fəaliyyəti sistemində xüsusi yer tutur. O,
subyektin f
əallığının xüsusi formasıdır.İnsanların siyasi fəaliyyəti
onların davranışı ilə sıx bağlıdır. Siyasi fəaliyyət kimi, siyasi
davranışın da mahiyyəti siyasi sferada fəallıq təzahür etdirməkdən
ibar
ətdir.
Dostları ilə paylaş: