Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   31   32   33   34   35   36   37   38   ...   54
Azf-307607

IV 
BÖLMƏ 
Parlament başlıca demokratik təsisatdır 
 
1.Siyasi demokratiya anlayışı 
 
Q
ədim dünyadan hazırkı dövrədək demokratiyanın təşəkkülü 
v
ə inkişafı yüzilliklər ərzində fəlsəfi-nəzəri planda təhlil edilmişdir 
v
ə  tədqiqatçılar  onun  müxtəlif  praktikasını  empirik  baxımdanda 
m
ənalandırmışlar.Bu səbəbdən də müxtəlif dövlətlərdə demokratik 
quruculuğun  çoxsaylı  normativ  modeli  yaranmışdır.Bu  problem 
ayrı-ayrı  dövlətlərin və  xalqların  son  dərəcə  əhəmiyyət verdiyi 
vacib m
əsələ  kimi nəzərə  çarpır.XX  əsrin  sonları  və  XXI  əsrin 
əvvəllərində  posttotalitar inqilab ölkələrin  böyük  qruplarında 
demokratiyaya yol açmaqla v
ə  dünyanın  siyasi  mənzərəsini 
d
əyişdirməklə, “qlobal demokratikləşmə”  haqqında  danışmağa 
imkan yaratdı. Demokratiyanın nəzəri cəhətdən müxtəlif şərhlərinə 
baxmayaraq, son n
əticədə həmin şərhlər iki daha ümumi mövqe ilə 
tamamlanır. 
“S
ərvət yönümü” nöqteyi-nəzərinin tərəfdarları demokratiyanı 
hakimiyy
ətdə  müəyyən  idealları  və  prinsipləritamamilə  təcəssüm 
etdir
ən siyasi quruluş kimi nəzərdən keçirirlər. Demokratiyanın bu 
cür mü
əyyənləşdirilməsi onun sosial mənasını  və  əhəmiyyətini 
ifad
ə edir.Siyasi ədəbiyyatda demokratiya xalq hakimiyyəti sistemi 
kimi qiym
ətləndirilir və  bu  da  onun  etimologiyasına  (yunanca 
demos-xalq,cratos-hakimiyy
ət deməkdir) tamamilə uyğun gəlir. 
“Rasional-prosedur” mövqeyin t
ərəfdarları  isə  bildirirlər ki, 
demokratiya m
əhz o zaman mümkündür ki, cəmiyyətdə 
hakimiyy
ətin resurslarının yayılması o dərəcədə geniş xarakter kəsb 


110 
edir ki, ictimai qruplardan heç biri r
əqibini özünə tabe etmək və ya 
hakimiyy
ət 
hegemonluğunu 
saxlamaq 
iqtidarında 
olmur.Kompromis
ə  nail olmaq, funksiya və  səlahiyyətlərin 
qarşılıqlı bölgüsü siyasətin demokratik təşkili mövcudluğunu ifadə 
ed
ən prosedura və  texnologiyalardır.  Demokratiyanın  bu  cür  başa 
düşülməsini ilk əsaslandıranlardan  biri  Maks  Veberdir.Onun 
plebisit (ümumi s
əsvermə) idarəetmə  nəzəriyyəsində  demokratiya 
hökmranlıq 
“vasitəsi”, ümumi “xalq iradəsi” kimi 
s
əciyyələndirilir.Onun fikrincə, vətəndaşlar öz mənafelərini müdafiə 
etm
ək üçün özünün hakimiyyətə  və  idarəetmə  aparatına  nəzarət 
hüququnu ümumxalq s
əsverməsi yolu ilə  seçilən  harizmalı  liderə 
verm
əlidir.Bu səbəbdən Maks Veber iddia edir ki, demokratiya 
“xalqın  etibar etdiyi lideri seçdiyi zaman” həyata keçirilən 
prosedura v
ə  razılığın  məcmusudur.Müasir siyasi elmdə  daha 
əvvəlki tarixi mərhələlərdə  işlənib  hazırlanan  və  qeyd etdiyimiz 
yanaşmalar  çərçivəsində  təzahür edən xeyli ideya (marksizm, 
liberalizm v
ə s.) öz əksini tapmışdır.Eyni zamanda dəyişən reallığı, 
demokratik prosesl
ərin  dinamikasını  nəzərə  alan  bir  sıra 
n
əzəriyyələr də formalaşmışdır. 
Demokratiya n
əzəriyyəsinin inkişafında plüralizm tərəfdarları 
mühüm xidm
ət göstərmişlər.XVII-XVIII əsrlərdə plüralizm termini 
X.Volf (1679-1754) t
ərəfindən elmi dövriyyəyə  gətirilsə  də, 
demokratik n
əzəriyyənin  işlənib  hazırlanması  üçün  həmin 
termind
ən məhz XX əsrin birinci yarısında istifadə olundu (Q.Laski, 
D.Trumen, R.Dal). Qeyd olunan konsepsiyada demokratiya onun 
müxt
əlif qüvvələr  arasında  diffuziyası  şəraitində  formalaşan 
hakimiyy
ətin təşkilinin  tipi  kimi  nəzərdən keçirilir. Demokratiya 
n
əzəriyyəsinin  inkişafında  A.Leyphartın  da  mühüm  xidməti 
olmuşdur.A.Leyphart  konsosial  demokratiya  ideyasını  irəli 
sürm
əklə,  plüralist  demokratiya  konsepsiyaları  sistemini 
t
əkmilləşdirmişdir.Son  onilliklərdə  əksər dünya ölkələrində  bazar 
demokratiyası 
nəzəriyyəsi də 
geniş 
yayılmışdır.Burada 
hakimiyy
ətin mövcud sisteminin təşkili  demokratik  sistemə 


111 
b
ənzərlik kimi səciyyələnir.Kütləvi kommunikasiyanın strukturunda 
elektron sistemin meydana g
əlməsi və  rolunun  artması  tel-
demokratiya ideyasını həyati zərurətə çevirdi.Bu halda demokratiya 
üçün 
ənənəvi  proseduranın  mövcudluğu, hakimiyyətin texniki 
c
əhətdən təchiz  olunması  səviyyəsi və  qarşılıqlı  interaktiv  təsvir 
sistemi (TV, internet) v
ətəndaş strukturu ilə əlaqələndirilir (seçkilər, 
referendum, plebisit zamanı). 
S.Hantinqton b
əzi avtoritar rejimlərin demokratiyaya keçid 
prosesini demokratikl
əşmənin 
üçüncü 
dalğası 
kimi 
s
əciyyələndirir.Onun fikrincə, həmin  prosesin  başlıca  məzmunu 
demokratik prinsipl
ərin və  təsisatların  dünyanın  əksər ölkələrində 
yayılmasından ibarətdir.Qeyd edək ki, S.Hantinqton “üçüncü dalğa” 
konsepsiyasını  O.Tofflerin “Üçüncü  dalğa”  əsərinin  təsiri  altında 
işləyib hazırlamışdır. S.Hantinqton özünün “Üçüncü dalğa” və “XX 
əsrin sonunda demokratikləşmə” adlı əsərlərində totalitarizmdən və 
avtoritarizmd
ən demokratiyaya keçidin zəmini,  gedişi  və 
perspektivini t
əhlil edərək, müasir dövrdə baş verən dəyişikliklərin 
geniş  və  bütöv mənzərəsini  açıqlayır.Eyni  zamanda  Hantinqton 
qlobal siyasi d
əyişiklərin  şərhində  “demokratik  dalğa”  və  ya 
“demokratikl
əşmə  dalğası”  anlayışını  işlədir.Amerika politoloqu 
F.Şmitter Hantinqtondan fərqli olaraq, demokratik proses dalğasının 
dig
ər dövrləşməsini təklif edir.Burada hər iki alim demokratikləşmə 
m
ərhələsinin  birinci  dalğasını  məkan və  zaman çərçivəsində 
m
əhdudlaşdıraraq, onu məhz kontinental Avropaya aid edir.Müasir 
demokratik inkişafın müxtəlif formaları demokratiyanın səviyyəsini 
ölçm
əyə imkan verən meyarın müəyyənləşdirilməsini aktuallaşdırır. 
Demokratiyanın inkişaf səviyyəsinin ölçü metodu demokratik audit 
adlanır.Bu metod cəmiyyətin siyasi inkişaf vəziyyətinin monitorinqi 
kimi s
əciyyələnir. Demokratiyanın ölçüsünə dair ilk cəhd XX əsrin 
ikinci yarısına aiddir.Siyasi nəzəriyyədə demokratiyanın səviyyəsini 

əyyənləşdirən bir neçə  metod  formalaşmışdır.Onlardan  biri  də 
s
ərvət 
metodu 
adlanır. 
Demokratiyanın 
səviyyəsini 

əyyənləşdirməyə  istiqamətlənən belə  yanaşma  R.Dalın 


112 
demokratiya-
poliarxiya  konsepsiyasının  təsiri  altında  təşəkkül 
tapmışdır.Bu  yanaşmadan  istifadə  edən R.Qastil onu siyasi və 
v
ətəndaş  hüququ  ölçüsünün  göstəriciləri  sisteminə  daxil 
etmişdir.İkinci yanaşma poliarxiyanın iki göstəricisini (mübahisə və 
iştirakçılıq)  ölçən obyektiv indikatorunüzə  çıxarılmasına 
istiqam
ətlənmişdir.Həmin  yanaşmanın  müəllifi fin politoloqu 
T.Banhanen hesab olunur. D
emokratiyanın səviyyəsinin ölçməsində 
dig
ər yanaşma təsisatlı metod adlanır.İkinci dünya müharibəsindən 
sonrademokratikl
əşmə  prosesinin təhlili üçün K.Caqqes və  T.Qar 
demokratiya v
ə avtoritariyanın xüsusi göstəricilər toplusunu işləyib 
hazırlamışdılar.Bu müəlliflərin “Polity III” adlanan toplusunda 
bütün siyasi sisteml
ər təsisatlı strukturundan asılı olaraq, bir-birinə 
uyğun gələn (uzlaşan) və bir-birinə uyğun gəlməyən (uzlaşmayan) 
sisteml
ərə  ayrılırlar.Müasir  siyasi  nəzəriyyə  demokratikləşməyə, 
sosial-
siyasi  transformasiyanın  gedişinə  təsir göstərən amillərin 
m
əcmusunu və xarici şəraiti geniş aydınlaşdırır. 
Demokratiya yunan dilind
ə  üç söz birləşməsindən ibarət 
olmuş, demos-xalq, kratos-hakimiyyət, kratein-ağalıq etmək, xalqın 
hakimiyy
əti mənalarını  ifadə  edir.Bu termini ilk dəfə  antik yunan 
tarixçisi  Heredot  işlətmişdir.İctimai  fikir  və  siyasi elm tarixində 
demokratiya  anlayışı  uzun  müddət və  bütövlükdə  yunan filosofu 
Aristotelin h
əmin  anlayışa  münasibəti mənasında  başa 
düşülmüşdür.  Demokratiya  xalqın  vasitəsilə  idarəetmə  formasıdır, 
hakimiyy
ətin 
peşəkar siyasətçilər tərəfindən həyata 
keçirilm
əsidir.O,  xalqın  ümumi  iradəsinin  formalaşması  prosesi 
deyildir.M
əhz liderlə  təmsil  olunan  qrupların  mənafelərinin 
r
əqabətə əsaslanan mübarizəsidir, sıravi vətəndaşa sosial strukturun 
r
əhbər tərkibini müəyyən etməyə, rəhbərliyə  isə  öz hakimiyyətini 
leqallaşdırmağa  imkan  yaradan  mexanizmdir.Eyni  zamanda 
demokratiya  münaqişəli mənafelərin rəqabətini təşkil  edir  və 
qaydaya  salır,  məğ-lubiyyətə  uğrayan  qrupun  hakimiyyətdə  iştirak 
etm
əsinidavam etdirmək  hüququnu  saxlayır.  Demokratik  şəraitdə 
h
ər bir qrup  öz  davranışının  strategiyasını  sərbəst seçmək  imkanı 


113 
əldə  edir.Hakimiyyətin demokratik təşkilinin  spesifikliyi  və 
unikallığı  onun  üsullarının  universallığında  və  siyasi  qaydaların 
t
əşkili mexanizmində ifadə edilir. Demokratiyanın formalaşmasının 
bel
ə  ümumi  universal  üsullarının  mövcudluğu  birbaşa,  plebisit 
v
ənümayəndəli  demokratiyanın  mexanizminin  fəaliyyəti ilə 
bağlıdır.Birbaşa  demokratiya  qərarlarınhazırlanması,  müzakirəsi, 
q
əbulu və reallaşmasında vətəndaşların bilavasitə iştirakını nəzərdə 
tutur.Əhəmiyyətinə  görə, hakimiyyətin mövcud formasına  yaxın 
olan plebisit 
xalqın  açıq  iradəsini nəzərdə  tutur, lakin qərarın 
hazırlanmasının yalnız müəyyən mərhələsi ilə bağlıdır. 
Demokratik prosesin 
əhəmiyyətli istiqamətlərindən biri nüma- 
y
əndəli 
(seçkihüququnu 
əks etdirən) demokratiyadır. 
Demokratiyanın  real  məzmunu onda ifadə  olunur ki, o,  xalq 
t
ərəfindən seçilən  insanların  hakimiyyətidir.Bu cür hakimiyyət 
nümay
əndəli  demokratiya  adlanır.Belə  demokratiya vətəndaşların 
siyasi  iştirakçılığının  daha  mürəkkəb formasıdır.Beləki,  bütün 
xalqın  həyata keçirə  biləcəyi siyasi hakimiyyət,  başqa  sözlə, 
bilavasit
ə  demokratiya  şəraiti  yalnız  idealdır.Nümayəndəli 
demokratiya v
ətəndaşların qanunverici və ya icraedici hakimiyyətə
yaxud müxt
əlif vasitəli strukturlara (partiyalar, həmkarlar ittifaqları, 
h
ərəkatlar) seçdikləri nümayəndələr vasitəsilə  qərarların  qəbulu 
prosesin
ə bilavasitə (dolayısı ilə) cəlb olunmalarıdır.Eyni zamanda 
demokratiya, h
ər şeydən əvvəl, xalq hakimiyyətinə əsaslanan dövlət 
quruluşu  forması  kimi  mənalanır.Müasir  demokratiyanın  universal 
xarakteri yalnız onun ən əhəmiyyətli təsisatlarına və mexanizminə 
deyil, el
əcə  də  hakimiyyətin ideya əsaslarına  aiddir.  Cəmiyyətin 
demokratik siyasi t
əşkilində  dövlətin  funksiyası  demokratiyanın 
qorunması  və  inkişafı  zərurəti ilə  müəyyən olunur.Bu halda 
hakimiyy
ət kifayət qədər  güclü  olmalıdır.  Demokratiyanın 
möhk
əmlənmədiyi  şəraitdə, demokratik cəmiyyətin təşəkkülünün 
ilk m
ərhələsində  güclü hakimiyyət  asanlıqla  diktaturaya  (avtoritar 
v
ə  totalitar) çevrilir.Həmçinin demokratiya idarəetmənin, 
c
əmiyyətin siyasi və  sosial təşkilinin,  dövlətin və  hakimiyyətin 


114 
başlıca formalarından biridir. Demokratik cəmiyyətin xalqın siyasi 
q
ərarların işlənib hazırlanmasına təsiri hüquq ilə səciyyələnir.Eləcə 
d
ə  bu hüquq demokratik təsisatlarda, xüsusilə  kütləvi informasiya 
vasit
ələrində  təkliflər və  ya tənqid  formasında,  seçkiqabağı 
ka
mpaniyada  iştiraketməkdə  üzə  çıxır.Qərarların  işlənib 
hazırlanmasında  xalqın  siyasi  iştirakçılığına  konstitusiya  vasitəsilə 
t
əminat verilir.Müasir demokratik hüquqi dövlətdə  xalq 
hakimiyy
ətin mənbəyi kimi çıxış edir. Demokratiya şəraitində xalq 
öz nümay
əndələrini seçir, onlara hər hansı bir məsələni həll etmək 
hüququ  verir.Bu  şəraitdə  qanun  yalnız  vətəndaşları  hakimiyyətin 
özbaşınalığından deyil, eləcə də hakimiyyətin özünü vətəndaşlardan 
müdafi
ə edir. Qeyd edək ki, demokratiyanın mahiyyəti və universal 
xarakteri onun prinsipl
əri ilə  təsdiqlənir.  Demokratiya  iki  başlıca 
prinsipl
ə-azadlıq və bərabərlik prinsipi ilə səciyyələnir. Demokratik 
dövl
ətdə  bütün vətəndaşlar  siyasi həyatın  iştirakçıları  olmaq 
etibaril
ə  bərabər hüquqludur.Belə  dövlətlərdə  bərabərlik iki 
s
əviyyədə-qanun  qarşısında  bərabərlik və  siyasi hüquq bərabərliyi 
kimi s
əciyyələnir. Demokratik dövlətdə  bütün vətəndaşlar  tutduğu 
v
əzifəsindən asılı olmayaraq bərabər hüquqludur.Eyni zamanda belə 
quruluşa  malik  dövlətlərdə  hər bir vətəndaş  seçmək və  seçilmək 
hüququna malikdir. 
Başqa  sözlə  desək,  demokratiyanın  əsasını 
şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. 
Ümumdünya  insan  haqqları  Bəyannaməsinin müqəddiməsində 
deyilir: “b
əşəriyyət dediyimiz  bir ailənin bütün üzvlərinin 
l
əyaqətinə,  onların  bərabər və  ayrılmaz  hüquqlarına  hörmət etmək 
azadlığın,  ədalətin və  ümumi sülhün əsasını  təşkil  edir”. 
Demokratiya d
ərisinin rəngindən, cinsindən,  dilindən, dinindən, 
ictimai v
əziyyətindən, mülki vəziyyətindən və  silkindən  asılı 
olmayaraq bütün v
ətəndaşların  bərabərliyini nəzərdə  tutur. Lakin 
b
ərabərlik  sözünü  geniş  mənada  başa  düşmək  lazımdır:  bu,  həm 
imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm 
d
ə  nümayəndəlik bərabərliyidir. Yəni,  demokratiya  insanların 
dövl
ətin idarəedilməsində  iştirak  etmək hüququ, öz fikrini ifadə 


115 
etm
ək və  eşidilə  bilmək  imkanıdır.  Demokratiya  vətəndaşların 
hakimiyy
ətdə  real  şəkildə  iştirak  etməsi və  ona nəzarət etmək 
imkanı  əldə  etməsi ilə  başlanır.  Beləliklə, demokratiya ona görə 
şəxsiyyəti cəlb edir ki, o, hər  şeydən  əvvəl,  insanın  özünü  ifadə 
etm
ək, özünü həyatda  reallaşdırmaq  arzusuna  cavab  verir,  o, 
t
əşəbbüs  üçün,  azad  yaradıcılıq  üçün  bir  stimuldur.  Eyni zamanda 
c
əmiyyətin tərəqqisinin hərəkətvericiqüvvəsi kimi demokratiyanın 
inkişafı  ictimai  nəzarətin  sosial  funksiyasını  və  ictimai tənqidi 
şərtləndirir.Müasir dövrdə  siyasi  demokratiyanın  formalaşması 
şəraitinə münasibətdə iki başlıca elmi yanaşma mövcuddur. 
Struktur  yanaşmanın  (istiqamətin) tərəfdarları  belə  bir 
mövqed
ən  çıxış  edirlər ki, demokratik qaydalar müəyyənedici 
makro amill
ərin təsiri altında meydana gəlir.Eyni zamanda buraya 
iqtisadi v
ə sosial strukturlar, cəmiyyətin hüquqi normaları, müvafiq 
ənənələr, adətlər və s. kimi amillər də aid edilir. 
Mülkiyy
ət münasibətlərini  siyasi  qaydaların  təşəkkülünün 
başlıca amili hesab edən marksistlərə görə, demokratiya cəmiyyətin 
müvafiq sosial-
iqtisadi  inkişafı  ilə  formalaşmalıdır.İkinci  elmi 
yanaşma  prosedur istiqamətdirki, onun tərəfdarları  həmin ideyaya 
etiraz ets
ələr də, onlara görə,demokratiyanın həyata keçrilməsi üçün 
ilkin  şərtlərə  etinasızlıq  lazım  deyildir. Bu  yanaşmanın 
t
ərəfdarlarına görə, demokratiyaya keçidin və onun qərarlaşmasının 
başlıca şərti idarə edən elitanın xarakterindən, onun siyasi dəyərləri 
v
ə  ideallarından,  hökmranlıqda  istifadə  etdiyi  ən  əhəmiyyətli 
taktikadan v
ə texnologiyadan ibarətdir.Demək olar ki, vətəndaşlar-
ın  yüksək  rifah  halından  kənarda, müəyyən mənəvi  ənənələrsiz
müvafiq siyasi-m
ədəni zəmindən məhrum olan demokratiya qeyri-
mümkündür. Müasir dövrd
ə  dünyada siyasi proseslər  gedişatında 
faktiki olaraq heç kim t
ərəfindən seçilməyən “dünya hökuməti” 
(dünyanın  daha  inkişaf  etmiş  ölkələrinin rəhbərlərindən ibarət) 
formalaşır,  bu  “hökumətin” fəaliyyətinə  haqq  qazandıran 
“suverenliyin m
əhdudlaşdırılması”  və  ya “transmilli demokratiya” 
konsepsiyaları təzahür edir və reallaşır.Bu cür yanaşma da dünyada 


116 
birm
ənalı başa düşülmür.Məsələn, Küveytə hücum edən İraqa qarşı 
Küveyt
ə kömək edən Avropa dövlətlərinin hərəkətlərini demokratik 
ölk
ələrin  əksəriyyəti müdafiə  etdisə,  NATO-nun Kosovada etnik 
münaqişəni hərbi  əməliyyatla həll etməsi bu dövlətlər tərəfindən 
et
irazla qarşılandı.Dünyanın bir sıra milli dövlətləri demokratiyanın 
bu cür kosmopolit modelin
ə oriyentasiyanı arzulamır, dövlətlərarası 
v
ə transmilli qüvvələr mərkəzinin təsirinə tabe olmaq istəmirlər. 
İnsan  haqqlarına  riayət edilməsi sivil cəmiyyətin 
göst
əricisidir.Hüquq  qanunla  tanınmış  tələbdir.Bu, o deməkdir ki, 
onun h
əyata keçirilməməsi  ədalətsizliyin  mövcudluğundan  xəbər 
verir.Hüquq  anlamının  özü  onu  nəzərdə  tutur ki, bütün qanuni 
t
ələblər təmin edilməlidir.İnsan  hüquqları  və  azadlıqları 
heyvanların, bitkilərin və s. hüquqlarından köklü surətdə fərqlənir. 
Hüquq v
ə  azadlıqlar  müəyyən prinsiplərə  söykənir.Dünya 
dövl
ətlərində  bu prinsiplər  şəxsiyyətin hüquqi statusuna necə 
baxılmasını müəyyən edir, bütün hüquq sistemində onun mövqeyini 
əsaslandırır.Azadlıq hüququ fərdin  davranış  imkanlarını  ifadə 
edir.Geniş  mənada  azadlıq  insanın  təbii vəziyyətidir.Dar mənada 
azadlıq  konkret  olaraq  bu  və  ya digər hərəkəti etmək  imkanının 
olub-
olmaması  ilə  məhdudlaşır.Azadlıq  hüququ  vətəndaşlığından 
asılı  olmayaraq,  hər bir  şəxsə  məxsusdur və  ayrılmaz 
hüquqdur.Q
ədim tarixə  malik  azadlıq  hüququ  uzun  müddətli 
mübariz
ələr nəticəsində formalaşmışdır. 
1995- 
ci il noyabr ayının 12-də milli özünüdərk kontekstində 
ümummilli liderimiz 
Heyd
ər  Əliyevin  rəhbərliyi  altında 
hazırlanmış,  Azərbaycan vətəndaşlarının  hüquq  və  azadlıqlarını, 
az
ərbaycançılığı, xalqın milli ləyaqət hissini və milli mənini özündə 
əks etdirən müstəqil Azərbacanın  ilk  Konstitusiyasının  ümumxalq 
s
əsverməsi yolu ilə  qəbul edilməsi Azərbaycan vətəndaşlarının 
hüquq v
ə azadlıqlarının bariz göstəricisidir. 
27 noyabr 1995-ci ild
ən qüvvəyə minən, beş bölmədən, on iki 
f
əsildən və 158 maddədən ibarət olan Azərbaycan Respublikasının 
Konstitusiyası  hüquqi,  dünyəvi və  demokratik ideyalara 


117 
əsaslanır.Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini 
davam etdir
ərək “Azərbaycan  Respublikasının  dövlət müstəqilliyi 
haqqında”  Konstitusiya  Aktında  əks olunan prinsipləri  əsas 
götür
ərək, bütün cəmiyyətin və  hər kəsin  firavanlığının  təmin 
edilm
əsini arzulayaraq, ədalətin,  azadlığın  və  təhlükəsizliyin 
b
ərqərar edilməsini istəyərək,  keçmiş,  indiki  və  gələcək nəsillər 
qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə 
ed
ərək, təntənəli surətdə  aşağıda  qeyd  olunan  niyyətlərini bəyan 
edir: 
Az
ərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və  ərazi 
bütövlüyünü qorumaq; 
Konstitusiya ç
ərçivəsində  demokratik  quruluşa  təminat 
verm
ək; 
V
ətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; 
Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən 
hüquqi, düny
əvi dövlət qurmaq; 
Ədalətli, iqtisadi və  sosial  qaydalara  uyğun  olaraq  hamının 
layiqli h
əyat səviyyəsini təmin etmək,ümumbəşəri dəyərlərə  sadiq 
olaraq  bütün  dünya  xalqları  ilə  dostluq, sülh və  əmin-amanlıq 
şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. 
Sadalanan bütün bu  niyy
ətlərhumanist,demokratik xarakter 
daşıyır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin