163
parlamentin, Fransada v
ə Niderlandda kortesin (ali qanunverici
orqanın) təşəkkülü siyasi həyatın yeni mütərəqqi istiqamətdə
inkişafının təzahürü idi.Siyasi həyat insanın və cəmiyyətin siyasi
varlığının mənəvi, hissi, emosional və praktiki-predmetli forması-
dır. Siyasi həyat insanların və cəmiyyətin siyasətə münasibətini və
siyas
ətdə iştirakını səciyyələndirir. Siyasi həyatı anlayışı sosial,
iqtisadi, m
ədəni, mənəvi, maddi, dini həyatla və ictimai həyatın
dig
ər növləri ilə oxşarlıq təşkil edir. O, dəyişkən və dinamik
olmaqla b
ərabər, yüksəliş və tənəzzül məqamlarına da məruz qala
bilir. Siyasi h
əyatı cəmiyyətin iqtisadi, sosial və mənəvi
sferalarından fərqləndirən əhəmiyyətli cəhət ondan ibarətdir ki,
bütövlükd
ə cəmiyyət məhz dövlət tərəfindən təşkil və idarə olunur.
Bel
ə ki, siyasətin predmeti dövlət hakimiyyətidir. Siyasət ümumi
rifahın əldə olunmasına istiqamətlənən fəaliyyətdir. Qədim yunan
filosofu Aristotel siyas
əti insan fəaliyyətinin yüksək forması
adlandırmışdır. O, özünün “Politika” adlı əsərində bu barədə
yazırdı: “Ədalət yalnız siyasi həyatda mümkündür. Çünki siyasi
birg
əyaşayışın bütün sistemi hüquqa əsaslanır” (Aristotel. Politika).
İctimai həyatın bütün sferaları onlara xas olan fəaliyyət növləri ilə
s
əciyyələnir.Siyasi həyatın başlıca məzmununu təşkil edən siyasi
f
əaliyyət insanların həyat fəaliyyəti sistemində xüsusi yer tutur. O,
subyektin f
əallığının xüsusi formasıdır.İnsanların siyasi fəaliyyəti
onların davranışı ilə sıx bağlıdır. Siyasi fəaliyyət kimi, siyasi
davranışın da mahiyyəti siyasi sferada fəallıq təzahür etdirməkdən
ibar
ətdir.
Dostları ilə paylaş: