Praqmatizm -
XIX əsrin 70-ci illərində Kembricdə (ştat
Massaçusets) toplaşan və Pirs tərəfindən "Metafizik klub"
adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində
meydana gəlmişdir. Praqmatizm fəlsəfi-siyasi təliminin əsasları
ABŞ filosofu Çarlz Sanders Pirs (1839-1914) tərəfindən
qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını
təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim,
tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə
xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin
möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas
mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibət-
ləridir. Praqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir
sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə
yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın
hərəkətlərinə yeni tərzdə yanaşır. Bu fəlsəfədə insanın hərəkətləri
ətrafında bütün anlayışlar və konsepsiyaların hərlənib formalaşdığı
ox kəsb edir. Əsasən reflektor yox, şüurlu və məqsədyönlü xarakter
daşıyan hərəkət bu və ya digər formada insan həyatının (həyat
fəaliyyətinin) əsas formasını təşkil etdiyindən məhsuldar hərəkəti
təmin edən şüur mexanizmləri, təfəkkür strukturları haqqında
məsələ qalxır. Praqmatizmin banisi olan Pirsdə də məsələ bu
müstəvidə qoyulur. Onun fərqli cəhəti isə onda idi ki, o, idraki
fəaliyyəti xarici (obyektiv) aləmə aid etməyib diqqəti sırf daxili,
əsas psixoloji proseslərə yönəldirdi. İnam dedikdə Pirs bilik yox, bu
17
və ya digər üsulla davranmağa adət etdiyimiz vərdiş kimi anladığı
inamdan bəhs edir. Biliyə əks olan anlayış xəbərsizlik,
bilməməkdirsə, Pirs inama qarşı hərəkətlərin müntəzəmliyini pozan
şübhəni qoyur. Artıq (hərəkət nöqteyi-nəzərdən) idrak prosesi
bilməməkdən biliyə yox, şübhədən inama, özü də subyektiv yox,
kollektiv və ya sosial inama keçid mənasını verməyə başlayır.
Obyektiv bilik cəmiyyət tərəfindən qəbul olunmuş inam anlayışı ilə
əvəz olunur. Həqiqətə gəlincə, o, Pirs tərəfindən hamı üçün
əhəmiyyətli olan məcburi inam kimi şərh olunur. Əgər tədqiqat
prosesi sonsuz şəkildə davam etsəydi, onda öyrənilən hər məsələ
üzrə sonsuz sayda tədqiqatçılar birliyi yaranardı. Pirs həmçinin elmi
anlayışların əhəmiyyətinin yeni şərhini verir. Hər bir hərəkət
gələcəyə yönəldiyindən və gələcəyi nəzərdə tutduğundan, Pirs
anlayışı keçmiş yox, bu anlayışdan istifadədən meydana gələcək
nəticələr baxımından nəzərdən keçirməyin lazım olduğunu
bildirirdi. Pirs öz məşhur "prinsipi"ni və ya "praqmatik
maksima"sını da aşağıdakı kimi formulə etmişdi: anlayış obyektinin
tədqiqatçının fikrincə törədə biləcəyi praktiki nəticələri nəzərdən
keçirmiş olsaq, onda bütün bu nəticələr haqqında təsəvvürlər elə
məhz obyekt haqqında tam anlayış olacaqdır. Pirsin layiqli
davamçısı Uilyam Ceymsın olmuşdur. Qeyd edək ki, Ceymsın
tərəfindən Pirsin başlıca ideyaları təkmilləşdirilmişdir. O, bu
ideyaları daha səlis təlim şəklinə gətirib onları sadə formada izah
etmişdi. Bu, hərdən onun baxışlarının sadələşdirilmiş şərhinə səbəb
olurdu. Ceyms praqmatizmi müəyyən bir metod və xüsusi həqiqət
nəzəriyyəsi kimi nəzərdən keçirirdi. Metod kimi praqmatizmin
təyini hər bir təlimin praktiki nəticələrini aşkarlanmaqla, onları
müqayisə edib qiymətləndirməklə fəlsəfi və digər mübahisələri
yoluna qoymaq idi. Bu metodu istifadə edən Ceyms, məsələn,
materializmlə idealizm arasındakı uzun illərin mübahisəsini teizmlə
eyniləşdirdiyi idealizmin xeyrinə həll etmişdi. Ceymsə görə,
gələcəkdə materializm hər şeyin iflasa uğraması, yer üzünün və
bəşər ruhunun yaratdığı hər şeylə birgə onun məhv olması
18
deməkdir. Ceyms hesab edir ki, bu perspektivlə düşünən heç bir kəs
razılaşa bilməz. Əksinə, insana, daha doğrusu, onun ruhuna yaxın
əbədi ruhi başlanğıcın olmasını qəbul edən idealizm xilas
olacağımıza, insana çox əziz olan ideal və mənəvi dəyərlərin zəfər
çalaçağına ümid açır. Ceymsə görə, bu iki konsepsiya arasında
seçim onun qəbul etdiyi "inama iradə" prinsipi əsasında həyata
keçirilməlidir. Bu prinsipə görə, iki alternativ qərar arasında həyat
əhəmiyyətli seçimi sırf rasional əsaslarla etmək mümkün olmadıqda
(Ceymsə görə, nəzərdən keçirilən məsələdə vəziyyət elə məhz bu
cürdür) seçimi qeyri-
rasional, emosional əsaslarla etmək insanın
mənəvi hüququdur. Həqiqət probleminin şərhinə gəlincə, qeyd
etmək lazımdır ki, Ceyms həqiqəti fikrin və ya nəzəriyyənin
aləmdəki obyektiv vəziyyətə uyğunluğu kimi şərh etmir. O, həqiqəti
ideyanın uğurluluğu və ya işqabiliyyətliliyi, insanın öz qarşısında
qoyduğu və can atdığı bu və ya digər məqsədə çatmaqda faydalılığı
kimi izah edir. Həqiqət və ya ideyanın uğurla işləməsi üçün onu
yoxlamaq lazım olduğundan, yoxlana bilmə də həqiqətin tərifinə
daxildir. Ceymsın praqmatizmi daha geniş mənada onun metod və
həqiqət nəzəriyyəsinin dünyagörüşü əsasları mənasını verir. Bu
əsaslara həmçinin onun "radikal empirizm" adlandırdığı təlimi, yəni
bəzən "şüur axını", bəzən də "plüralist kainat" kimi aşılanan
universal təcrübə haqqında təlimi daxildir. Kainat Ceyms tərəfindən
heç bir qanuna tabe olmayan, təsadüflər itaətində olan, bitməmiş,
yeniliklərə açıq olan plastik hadisə kimi şərh olunur. Burada insana
öz azadlığını, yenilik eşqini, qeyri-məhdud yaradıcılıq
qabiliyyətlərini nümayiş etdirmək imkanı verilir. Radikal empirizm
həmçinin istənilən din təcrübəsinin də düzgün olduğunu bəyan edir.
Həqiqətin praqmatik nəzəriyyəsi bu cür təcrübəni doğru hesab edir,
çünki o, insana böyük pozitiv təsir göstərmək imkanına malikdir.
Təcrübənin ayrı-ayrı elementlərdən, qavrayışlardan təşkil
olunduğunu bildirən empirik filosoflardan (məsələn, Max) fərqli
olaraq Ceyms təcrübəni fasiləsiz şüur axını kimi şərh edir. Bu şüur
axınından insan iradi səylər göstərməklə bizim üçün adlarına görə
19
şeylər statusu alan ayrı-ayrı parçaları və ya hissələri qeydə alır.
Ceymsin fikirlərinə görə, bizi özü ilə hesablaşmağa məcbur edən
reallıq duyğulardan (mənşəyi naməlum olan duyğulardan),
təcrübədə aşkar olunan duyğularla bu hamılıqla təsdiq olunmuş
köhnə həqiqətlər arasındakı münasibətlərdən təşkil olunur. Özündə
sosial təcrübə aləmini də birləşdirən kainatın natamam olması bu
aləmi sonsuz qədər yaxşılaşdırmaq imkanlarını açır. İndi o, hələ
kamil olmasa da, Ceymsin fikirlərinə görə, insanlar buna qadir
olduqlarına inanıb öz səylərini birləşdirsələr bu mümkün olacaqdır.
Ceyms sosial-
siyasi baxışlarında liberal ideyaların müdafiə edir,
qəti şəkildə müharibələrə qarşı çıxır. Ceymsın davamçısı olan Con
Dyuinin də praqmatizmində təcrübə anlayışı çıxış nöqtəsini təşkil
edir. Dyui onu bir tərəfdən insanın təbiətə rəngarəng
münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdən
isə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirir.
Dyuiyə görə, fəlsəfə qədim filosofların düşündükləri kimi aləmin
gözəlliyindən heyrətə gəlmədən yox, gərgin ictimai həyatın
stresslərindən meydana gəlir. Buna görə də onun fikirlərinə görə,
fəlsəfənin əsas məqsədi sosial təcrübəni məhz təhlil edib
təlmilləşdirməkdir. Con Dyui təcrübəni çox geniş şəkildə anlayaraq
onu insanın təbiətə münasibətlərini, bəzən hətta təbiətin özünü də
daxil etməklə insan həyatının fəallığı ilə eyniləşdirir. Onun
fikirlərinə görə, təcrübə hadisələr və simalar aləmi, təcrübədə
qavranılan aləm, habelə insanın fəaliyyəti və taleyi, magiya və
mistika, bir sözlə, yaşanılan hər şeydir. Təcrübənin bu şür
anlanması onun hansı metafizik əsaslarını axtamaq zərurətini istisna
edir. Müasir filosoflar da Dyuinin xidmətlərini elə məhz
fundamentalizmin əsaslarını sarsıtmasında görürlər. Başqa sözlə,
əvvəlki fəlsəfə bütün, o cümlədən mənəvi hadisələrin hansısa
davamlı əsaslarının olmasını düşünürdü. Əksər müasir filosofların
fikirlərinə görə, belə əsaslar, və ya "ilkin başlanğıclar" mövcud
deyildirlər. Dyuinin özü materializmlə idealizmin bir-birinə əksini
Qədim Yunanıstanda əməyin fiziki əməklə əqli əməyə bölgüsündən
20
çıxarır. Dyui hesab edir ki, bu gün materializmlə idealizmi qarşı-
qarşıya qoymağa əsas yoxdur. Təcrübəyə uyğun və qeyri-uyğun
"mahiyyətlərə" bölgü tanış deyil, yəni təcrübədə fasiləsiz prinsipi
təsir göstərməkdədir. Hər bir bölgü nisbi əhəmiyyətə malikdir, buna
görə bu və ya digər ideyaların "materializm" və ya "idealizm"
halında dondurulmasını doğru hesab etmək olmaz. Beləliklə, Çarlz
Pirsin və UilyamCeymsın erkən praqmatizmi daha çox inam və
etiqadlarla bağlı olan fərdi problemlərin həllinə yönəlmişdisə, Con
Dyui isə əsas diqqətini Amerikanın XX əsrdəki sürətli inkişafı
zamanı meydana çıxan daha ümumi sosial məsələlərin həlli
üzərində cəmləşdirmişdi.
Dostları ilə paylaş: |