AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir
ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I
İxtisasın (proqramın) şifri və adı: 050409 - Biznesin idarə edilməsi
BAKI – 2014
-
Ümumi müddəalar
-
Bakalavriat səviyyəsinin “050409 - Biznesin idarə edilməsi” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.
-
İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
-
Strukturda istifadə olunan şərti işarələr:
İTP – İxtisas üzrə Təhsil Proqramı
ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)
PK – Peşə kompetensiyaları
-
“050409 - Biznesin idarə edilməsi” ixtisasının xarakteristikası.
İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:
İxtisasın şifri və adı
|
Verilən elmi ixtisas dərəcəsi
|
Əyani forma üzrə təhsil müddəti*
|
Kreditlərin sayı
|
050409 - Biznesin idarə edilməsi
|
Bakalavr
|
4 il
|
240
|
* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.
-
Məzunun ixtisas xarakteristikası və
kompetensiyası
-
Bakalavrın ixtisas xarakteristikası
Bakalavr:
-
fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyəti ilə məşğul olmaq, eləcə də ixtisası üzrə magistraturada təhsil almaq hüququna malikdir;
-
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan nazirliklər və komitələr, təsərrüfat subyektlərində, firma, müəssisə və şirkətlərin müvafiq struktur və bölmələrində, beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə dünya bazarlarında fəaliyyət göstərən trans-milli şirkətlərdə işləyə bilər;
-
mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilər;
-
təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarığını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalıdır;
-
humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalıdır;
-
təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalıdır;
-
əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalıdır;
-
peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalıdır;
-
əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdır.
-
Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.
-
Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:
-
kollektivdə öz həmkarları ilə sinxron işləmək, müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq (ÜK-1);
-
işgüzar münasibətlərin qurulması zamanı kommunikativ əlaqələrin qurulmasına hazır olmaq (ÜK-2);
-
beynəlxalq arenada fəaliyyət göstərə bilmək potensialına yiyələnmək (ÜK-3);
-
hüquqi biliklərə və etik normalara malik olmaq (ÜK-4);
-
sağlam həyat tərzi haqqında elmi anlayışa, fiziki cəhətdən təkmilləşdirmə bacarığına və vərdişlərinə malik olmaq (ÜK-5);
-
yenilikçilik təşəbbüsünə malik olmaq və əsaslandırılmış yeni ideyalar irəli sürmək (ÜK-6);
-
sağlam düşüncə tərzini formalaşdırmaq və mədəniyyətlərarası dialoqa hazır olmaq(ÜK-7);
-
tənqidə dözümlülük göstərmək (ÜK-8);
-
problemli, qeyri-standart şəraitlərdə təşkilati-idarəetmə qərarlarını tapa bilmək, təşəbbüskarlıq göstərərək sərbəst olaraq qərarlar qəbul etmək və onların məsuliyyətini öz üzərinə gotürməyə hazır olmaq (ÜK-9);
-
dövlət dilində sərbəst danışmaq və yazmaq, o cümlədən işgüzar yazışma vərdişlərinə malik olmaq, peşə təyinatlı mətnləri tərtib etməyi və onları redaktə etməyi bacarmaq (ÜK-10);
-
tərəfdaşları ilə xarici dildə ünsiyyətdə olmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-11);
-
informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək və peşəkarlıq fəaliyyətində İKT-dən istifadə etməyi bacarmaq (ÜK-12);
-
öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (ÜK-13);
-
idarəetmə məqsədləri üçün faydalı informasiyanı qəbul etmək, araşdırmaq, ümumiləşdirmək və strateji hədəfləri düzgün müəyyən etmək (ÜK-14 );
-
sosial-iqtisadi problemlərin mahiyyətini anlamaq və onların psixoloji aspektlərini müəyyən etmək (ÜK-15);
-
biznes-plan, uçot-hesabat və digər məlumat mənbələrində əks etdirilmiş informasiyanın qiymətləndirilməsi metodikasını dərindən mənimsəmək (ÜK-16);
-
yazılı və şifahi nitqdə fikrini məntiqə uyğun, dəlillər gətirməklə düzgün və yığcam ifadə etmək, publisistik və elmi nitq vərdişlərinə malik olmaq, yeridilən mühakimələrin və mülahizələrin məntiqiliyini təhlil etməyi bacarmaq (ÜK-17).
-
müasir tələblərə uyğun təqdimatlar hazırlamağı bacarmaq (ÜK-18);
-
Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmaq, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-19);
-
cəmiyyətdə baş verən sosial əhəmiyyətli prosesləri və onların gələcəkdə mümkün inkişafını təhlil etmək qabiliyyətinə malik olmaq (ÜK-20);
-
öz fəaliyyətində qanuvercilik bazasından istifadə etməyi bacarmaq (ÜK-21);
-
məsuliyyətini dərk etmək, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə hörmət etmək, azərbaycançılıq ideyalarına sadiq olmaq (ÜK- 22 );
-
ümumiləşdirmələrə, təhlilə, informasiyanı qavramağa, qarşıda məqsəd qoymağa və ona nail olma yollarını seçməyi bacarmaq; (ÜK-23).
-
Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:
-
biznes subyektlərinin fəaliyyətinin sosial-iqtisadi göstəricilərini hesablamaq üçün zəruri məlumatları qruplaşdırmaq və təhlil etmə bacarığı (PK-1);
-
biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlasdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığı (PK-2);
-
biznesin təşkili və funksional fəaliyyəti ilə bağlı aidiyyəti orqanlarla qarşılıqlı əlaqələr qura bilmək, zəruri sənədlərin hazırlanması və təqdim olunması qaydalarından məlumatlı olmaq (PK-3);
-
biznes fəaliyyəti üzrə plan və proqnoz göstəricilərinin təhlili üçün hazırlıq işləri aparmaq, onları əsaslandırmaq və işin nəticələrini biznes standartları çərçivəsində təqdim etmə bacarığı (PK-4);
-
mülkiyyət formasından asılı olmayaraq bütün biznes subyektlərinin hesabatlarında əks olunan maliyyə, mühasibat və digər informasiyaları təhlil edərək qruplaşdırmaq və onlardan idarəetmə qərarlarının qəbulunda istifadə etmə bacarığı (PK-5);
-
biznes əlaqələrinin qurulması üzrə müasir texniki vasitələrdən və informasiya texnologiyalarından sərbəst istifadə etmə bacarığı (PK-6);
-
biznes proseslərinin idarəedilməsi üzrə ümumi məlumatlı olmalı və prosesləri sxem üzərində təsvir edərək oxuya bilmək bacarığı (PK-7);
-
biznes proseslərin idarə edilməsi üzrə menecerin şəxsi, işgüzar keyfiyyətlərini bilmək bacarığı (PK-8);
-
biznesin rəqabət üsullarını müəyyən etmək məqsədilə müvafiq statistik və maliyyə hesabatlarını təhlil etmək və bazarın konyukturasını qiymətləndirmək bacarığı (PK-9);
-
biznes sferasında firmaların marketinq, kommersiya, investisiya və digər siyasətlərinin hazırlanmasında iştirak etmə bacarığı (PK-10);
-
korporativ idarəetmə standartları və korporativ kodekslər haqqında normaların hazırlanmasında iştirak etmə bacarığı (PK-11);
-
biznesin uğurlu fəaliyyəti üçün korporativ resursların kompleks idarə edilməsini həyata keçirəcək vahid informasiya məkanında işləmə bacarığı (PK-12);
-
biznesin işgüzar imicinin dəyişmə səviyyəsini təhlil edə bilməli və onun formalaşdırılması istiqamətlərini bilməlidir (PK-13);
-
biznes fəaliyyətinin nizama salınmasında tərtib edilən, işlənilən və istifadə edilən sənədlərin tərtibi və istifadə qaydalarını bilməlidir (PK-14);
-
biznes fəaliyyəti üzrə normativ-hüquqi sənədləri tanımalı və onlarla işləyə bilməlidir(PK-15);
-
davamlı təlim və peşəkar inkişafla bağlı şəxsi ehtiyaclarını qiymətləndirmək, həmçinin müstəqil təhsil üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilməlidir (PK-16).
-
Təhsilin məzmunu və səviyyəsinə qoyulan
minimum tələblər
-
Peşə fəaliyyətinin xarakteristikası
-
Peşə fəaliyyətinin əsas istiqamətləri:
“050409 - Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:
-
istehsalat-peşə fəaliyyəti;
-
təşkilati-inzibatçılıq fəaliyyəti.
-
Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər
İstehsalat-peşə fəaliyyəti üzrə:
-
ixtisas üzrə qazanılmış biliklərdən istifadə etmək;
-
informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etmək;
-
ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək;
-
peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsi və saxlanılmasında İKT-dən istifadə etmək.
Təşkilati-inzibatçılıq fəaliyyəti üzrə:
-
iqtisadiyyatın konkret sahəsinə aid problemlərin sistemləşdirilməsi və həll olunması məqsədi ilə elmi-praktik seminarlar və müzakirələr təşkil etmək;
-
fəaliyyətin nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;
-
qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq iqtisadiyyatın bütün sferalarında kompleks və problem xarakterli məsələlərin həllində iştirak etməyə hazır olmaq;
-
kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və onun metodlarına yiyələnmək.
-
İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.
Fənn bölümü-nün kodu
|
Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)
|
Fənn bölümləri üzrə kreditlərin sayı
|
Fənlər
|
Fənlər üzrə kredit-lərin sayı
|
Qazanılması nəzərdə tutulan kompeten-si-yaların kodları
|
Təhsil hissəsi
|
HF-B00
|
Humanitar fənlər bölümü
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:
-
Azərbaycan xalqının və dövlətinin tarixini, azadlıq, demokrtaiya və müstəqillik yolunda qazandığı nailiyyətləri;
-
ixtisasa aid xarici dildə olan ədəbiyyatı oxuyub başa düşməyi;
-
cəmiyyətin ümumi qanuna-uyğunluqlarını, hüquqi bilikləri, demokratiyanın əsas prinsiplərini, beynəlxalq prosesləri.
bacarmalıdır:
-
ixtisasa aid xarici dildə ədəbiyyatı lüğətlə tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı;
-
cəmiyyətdə baş verən proses-ləri təhlil etməyi.
yiyələnməlidir:
-
Azərbaycan tarixindən vətən-pərvərlik tərbiyəsində istifadəyə;
-
xarici dildə olan ixtisasa uy-ğun materiallardan istifadəyə;
-
Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi ha-disələr haqqında məlumata malik olmalı, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;
-
Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli, onun imkanlarından peşə fəa-liyyətində istifadə etməyi;
-
xarici dillərin birində danışı-ğın və yazının məzmununu başa düşməli, peşə səviyyə-sinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi;
-
sosial mühit və sosial vərə-səlik münasibətlərini bilməli, sosial təcrübələrin toplanması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə malik olmalı, milli və mədəni-tarixi faktorların təhsil və tərbiyədə rolunu;
-
sosial davranış formaları və qanunauyğunluqlarını bilməli, sosial qruplaşma və topluların yaranma səbəbləri və mənşəyi, sosial proseslərin növlərini və nəticələrini;
-
mədəniyyətin forma və növ-ləri haqqında məlumatı olmalı, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş region-ları tanımalı, Azərbaycan mə-dəniyyətini və onun dünya mədəniyyəti və sivilizasiya-sında tutduğu yeri qiymət-ləndirməyi, cəmiyyət və mə-dəniyyət barədə dialoqlarda iştirak etməyi;
-
Azərbaycan Respublikası hü-quqi sisteminin və qanunveri-ciliyinin əsaslarını bilməli, hüquq-mühafizə və digər hü-quqi tətbiq qanunlarını, tərbi-yəvi-etik normaları;
-
gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sə-nədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını.
|
30
|
HF–B01
Azərbaycan tarixi
HF–B02
Xarici dil
HF–B03
Azərbaycan dili və nitq mədəniyyəti
HF–B04
Seçmə fənlər*
|
6
13
5
6
|
ÜK-3
ÜK-4
ÜK-7
ÜK-10
|
İPF – B00
|
İxtisas-peşə hazırlığı fənləri bölümü
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:
-
birincisi, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, müasir biznes, sahibkarlıq subyektləri-nin istehsal təsərrüfat fəaliyyə-tini;
-
ikincisi, ölkə iqtisadiyyatının qarşısında duran vəzifələrin mü-rəkkəbliyini, regionların sosial iqtisadi inkişafının sürətləndiril-məsini;
-
üçüncüsü, praktiki olaraq istehsalın bütün elementlərinin təkmilləşdirilməsini və yeni təsərrüfat davranış stilinin mənimsənilməsini və fəlsəfi nöqteyi – nəzərdən sahibkarlığı işgüzar romantikanın forması, insan potensialının reallaş-dırılması vasitəsi olmasını.
bacarmalıdır:
-
biznesin idarə edilməsi ixtisasına sahib olan bakalavrlar mülkiyyət formalarına uyğun müəssisənin təsərrüfat sərbəst-liyinə və əməyin nəticəsinə, xüsusilə material, əmək və maliyyə resurslarının müəyyən-ləşdirilməsini;
-
müəssisənin mənfəətinin bölüş-dürülməsinə olan hüququnu, xarici bazara çıxışını nəzərdə tutan radikal iqtisadi islahat-ların həyata keçirilməsini;
-
təşəbbüskar insanlar arasında işgüzar münasibətlərin qurul-masını, cəmiyyətin ictimai tələ-batının maksimum ödənilməsi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı;
-
əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, sosial – iqtisadi problemlərin uğurla həll edilməsindəki idarəetmə mexa-nizmlərinin tətbiq edilməsini;
-
biznes və qeyri-kommersiya təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətini təhlil etməyi, qiymətləndirməyi və iqtisadi diaqnostikasinı işləyib hazır-lamağı;
-
biznes fəaliyyəti ilə məşğul olan müəssisələrin iqtisadi-sosial təhlili zamanı müxtəlif təhlil forma və metodlarından istifadə etməyi;
-
müxtəlif mülkiyyət münasi-bətlərinə mənsub təsərrüfat subyektlərinin iqtisadi-maliyyə vəziyyətini təhlil etməyi və araşdırmanın nəticələrinə istinad edərək konkret tövsiyələr planını işləyib hazırlamağı;
-
-müxtəlif təşkilati-hüquqi for-malı biznes və qeyri-biznes təşkilatlarında biznes bölmə-lərinə və digər bölmələrə rəhbərlik etməyi;
yiyələnməlidir:
-
biznes fəaliyyətinin nəzəri əsaslarına, onun digər iqtisadi nəzəriyyələr ilə qarşılıqlı əlaqəsinin müəyyən etmə texnologiyasına;
-
müasir dünyada biznes fəaliyyətinin xüsusiyyətlərinin müəyyən edilməsi və onun Azərbaycan reallığına uyğun-laşdırılmasına;
-
biznes fəaliyyəti ilə bağlı olan müxtəlif hesabatları hazırlamaq və təqdim etmək bacarığına;
-
biznes informasiyasının top-lanılması, işlənilməsi və sis-temləşdirilməsini həyata keçir-mək, onların həlli vasitələrini müəyyən etmək vərdişlərinə;
-
biznes fəaliyyəti ilə bağlı normativ və hüquqi sənədləri hazırlamaq bacarığına;
-
biznes fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarına qarşı mü-vafiq tədbirlər görmək qabi-liyyətinə;
-
mövcud tələbatın ödənilməsi üçün texnologiyaların tətbiqinə;
-
biznesin effektiv həyata keçirilməsi üçün və qeyri –təkmil bazar mexanizmindən və qanunvericilikdən istifadə edilməsinə;
-
öz biznesinə başlamazdan öncə müəyyən analitik iş görmək kimi məsələlərə;
-
inkişaf etməkdə olan mühit, müəssisə və təşkilat rəhbərlərini gələcəkdəki dəyişiklikləri və qeyri-müəyyən vəziyyətləri nəzərə alaraq, daha tədbirli və düzgün qərarlar verməyə;
-
bazar, keyfiyyət, cavabdehlik və idarəedicilik fenomenlərinin tətbiqi mexanizmlərinə.
|
180
|
İPF-B01
İqtisadiyyata giriş
İPF-B02
Mikroiqtisadiyyat
İPF-B03
Makroiqtisadiyyat
İPF-B04
Xətti cəbr və riyazi analiz
İPF-B05
Ehtimal nəzəriyyəsi və riyazi statistika
İPF-B06
Ekonometrika
İPF-B07
Dünya iqtisadiyyatı
İPF-B08
Azərbaycan iqtisadiyyatı
İPF-B09
Statistika
İPF-B10
Mühasibat uçotu
İPF-B11
Audit
İPF-B12
Maliyyə
İPF-B13
Bank işi
İPF-B14
Vergilər və vergitutma
İPF-B15
Menecment
İPF-B16
Marketinq
İPF-B17
İnsan resurslarının idarə edilməsi
İPF-B18
İqtisadi informatika
İPF-B19
İnformasiya kommunikasiya texnologiyaları
İPF-B20
İşgüzar yazışmalar
İPF-B21
Ətraf mühitin iqtisadiyyatı
İPF-B22
İqtisadiyyatın tənzimlənməsi
İPF-B23
Layihə menecmenti
İPF-B24
Biznes etikası və sosial məsuliyyət
İPF-B25
Biznesin idarə edilməsi
İPF-B26
Beynəlxalq biznes
İPF-B27
Korporativ idarəetmə
İPF-B28
Biznesin təhlükəsizliyi
İPF-B29
Mülki müdafiə
İPFS - B00
Seçmə fənlər
(Peşə hazırlığı üzrə) *
|
3
7
6
7
5
7
5
5
5
5
5
5
5
5
5
5
4
5
5
3
5
5
7
4
5
5
5
5
3
34
|
ÜK-1
ÜK-2
ÜK-8
ÜK-9
ÜK-10
ÜK-11
ÜK-12
ÜK-13
PK-2
PK-3
PK-5
PK-7
PK-9
PK-10
PK-11
PK-1
PK-2
PK-3
PK-4
PK-5
PK-6
PK-7
PK-8
PK-9
PK-10
PK-11
PK-12
PK-13
PK-14
PK-15
PK-16
|
TE-B00
|
Təcrübələr və yekun attestasiya
Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsilalan bilməlidir:
-
iqtisadi həyatın əsas prinsiplərinin mahiyyətini qanun və qanunauyğunluqlarını, müəssisənin fəaliyyətinin tənzimlənməsi məsələlərini, ayrı-ayrı təsərrüfat strukturlarını, iqtisadi siyasətin prinsiplərinin elmi-praktiki məsələlərini.
bacarmalıdır:
-
əldə etdiyi biliklərin nəticəsində idarəetmə proseslərinə sərbəst olaraq biznes-planın hazırlanmasını, kadrların yer-ləşdirilməsini;
-
müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini istiqamətləndirməyi.
yiyələnməlidir:
-
- iqtisad elminin nəzəri-praktiki məsələlərinə, idarəçilik keyfiy-yətlərinə, təşkilatçılıq bacarığına, ierarxiyalıq və qarşılıqlı əlaqə prinsiplərinə, obyektiv kollegi-allıq qərarlarının işlənib hazırlanmasına.
|
30
|
TE-B01
Təcrübələr
TE-B02
Yekun dövlət attestasiyası
|
21
9
|
ÜK-1
ÜK-2
ÜK-6
ÜK-9
ÜK-12
PK-1
PK-2
PK-3
PK-4
PK-5
PK-6
PK-7
PK-8
PK-9
PK-10
PK-11
PK-12
PK-13
|
Kreditlərin ümumi cəmi:
|
240
|
|
|
|
*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
-
“050409 - Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:
Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198
Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154
Tətillər üçün ayrılan həftələr - 38
Yekun attestasiyaya ayrılan həftələr - 6
-
Maddi-texniki, tədris bazası və kadr potensialı
-
Ali təhsil müəssisəsinin “050409 - Biznesin idarə edilməsi” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
-
Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.
-
Tədris prosesinin forma və metodları
-
Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.
-
Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya, praktik iş və digər metodlardan istifadə edilə bilər.
-
“050409 - Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.
-
Yekun dövlət attestasiyasına qoyulan tələblər və
qiymətləndirmə
-
Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
-
Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.
-
Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
-
Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.
-
Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.
-
Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Aparat rəhbərinin Nazirliyinin Elm və ali təhsil şöbəsinin
müavini müdiri
_________________ Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
İqtisadiyyat və idarəetmə ixtisasları Azərbaycan Respublikası Təhsil
qrupu üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının
hazırlayan işçi qrupun sədri «İdarəetmə» bölməsinin sədri
__________________ Damət Bağırov ______________Əlikram Abdullayev
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Dostları ilə paylaş: |