AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 130.59 Kb.
tarix14.01.2017
ölçüsü130.59 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050810 – Turizm və otelçilik

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin 050810 – Turizm və otelçilik” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının «Təhsil haqqında» Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səritələr)



PK Peşə kompetensiyaları


    1. 050810 – Turizm və otelçilik” ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050810 – Turizm və otelçilik

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

Kompetensiyası

    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq, ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali təhsil müəssisəsində elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • kollektivdə işləmək qabiliyyətinə (ÜK-1);

  • digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyətinə (ÜK-2);

  • beynəlxalq arenada işləmək qabiliyyətinə (ÜK-3);

  • hüquqi biliklərə və etik normalara malik olmaq qabiliyyətinə (ÜK-4);

  • sağlam həyat tərzini gözləmək qabiliyyətinə (ÜK-5);

  • yeni ideyalar irəli sürmək və əsaslandırmaq bacarığına (ÜK-6);

  • mədəniyyətlərarası dialoqa hazır olmaq bacarığına (ÜK-7);

  • tənqid və özünütənqidə dözümlülük göstərmək qabiliyyətinə (ÜK-8);

  • problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarığına (ÜK-9);

  • xarici dildə oxuyub tərcümə etmək və fikrini ifadə etmək bacarığına (ÜK-10);

  • İKT-dən istifadə etməyi bacarığına (ÜK-11);

  • öz peşəkarlığının artırılmasına çalışmaq qabiliyyətinə (ÜK-12).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • fəaliyyət sahəsinə (turizm və otelçilik) aid olan fənlərin mahiyyətini, əhəmiyyətini, əsas problemlərini, onların konkret tətbiq sahələrini bilmək (PK-1);

  • peşə fəaliyyətində İKT-dən istifadə etmək (PK-2);

  • ixtisasla bağlı termin və anlayışların mahiyyətini bilmək və tətbiq etməyi bacarmaq (PK-3);

  • peşə funksiyası ilə bağlı qarşıya vəzifələr qoymağı, onları həll etməkdə mənimsədiyi elmlərin metodlarından istidfadə etməyi bacarmaq (PK-4);

  • turizm sənayesində müxtəlif layihələrin həyata keçirilməsinə hazır olmaq (PK-5);

  • turizm müəssisələrinin fəaliyyətini təşkil etmək üçün xərcləri hesablamağı və qiymətləndirməyi bacarmaq (PK-6);

  • kollektivlə işləmək vərdişlərinə, optimal qərarlar qəbul etmək bacarığına, idarəetmə metodlarına yiyələnmək (PK-7);

  • ixtisas biliklərini düzgün və yığcam ifadə etmək (PK-8);

  • müasir texnologiyalar əsasında turizm məhsulunun yaradılmasına hazır olmaq (PK-9);

  • turizm məhsulunun satışını İKT texnologiyalarından istifadə etməklə həyata keçirmək (PK-10).


  1. Təhsilin məzmunu və səviyyəsinə qoyulan

minimum tələblər

    1. Peşə fəaliyyətinin xarakteristikası

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri

050810 – Turizm və otelçilik” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • istehsalat-peşə fəaliyyəti;

  • təşkilati-inzibatçılıq və s.;

- istehsalat-texnoloji.


      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər


İstehsalat –peşə fəaliyyəti üzrə:

  • ixtisas üzrə biliklərdən istifadə etmək;

  • turizm və otelçilik sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək;

  • peşə fəaliyyətində İKT texnologiyasından istifadə etmək.


Təşkilatı – inzibatçılıq fəaliyyəti üzrə:

  • elmi-praktik seminarlar, treninqlər təşkil etmək;

  • fəaliyyət nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq turizm sənayesində kompleks məsələnin həllində iştirak etməyə hazır olmaq;

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və onun metodlarına yiyələnmək.


İstehsalat-texnoloji fəaliyyət üzrə:

  • müasir texnologiyalar əsasında turizm məhsulunun yaradılmasına hazır olmaq;

  • turizm məhsulunun satışını İKT texnologiyalarından istifadə etməklə həyata keçirmək;

  • informasiyaların toplanması və emalında müasir üsullardan istifadə etmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölsümləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kreditlə-rin sayı

Qazanılma-sı nəzərdə tutulan kompeten-siyaların kodları

Təhsil hissəsi

HF – B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • Azərbaycan xalqının və dövlətinin tarixini, azadlıq, demokratiya və müstəqillik yolunda qazandığı nailiyyətləri;

  • ixtisasa aid xarici dildə olan ədəbiyyatı oxuyub başa düşməyi;

  • cəmiyyətin ümumi qanunauyğunluqlarını, hüquqi bilikləri, demokratiyanın əsas prinsiplərini, beynəlxalq prosesləri

bacarmalıdır:

  • ixtisasa aid xarici dildə ədəbiyyatı lüğətlə tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı;

  • cəmiyyətdə baş verən prosesləri təhlil etməyi.

yiyələnməlidir:

  • Azərbaycan tarixindən vətənpərvərlik tərbiyəsində istifadə etmək bacarığına;

  • xarici dildə olan ixtisasa uyğun materiallardan istifadə etmək bacarığına

30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6


13

5

6




ÜK-3

ÜK-4

ÜK-7

ÜK-10

İPF – B00

İxtisas-peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

- riyazi biliklər sahəsində təsəvvürü

olmalı, fənnin ümumi prinsiplərini;

-iqtisadi qanunauyğunluqları, bazar münasibətləri şəraitində iqtisadi siyasətin istiqamətlərini, tələb və təklif nəzəriyyəsini;

- proqramlaşdırma texnologiyasını

və hesablama texnikası, proqram təminatı, imkanlarından istifadə etməyi, EHM-lərdə tədris praktiku-

mu, informasiya texnologiyalarının

turizmdə tətbiqi imkanlarını, informasiya modellərinin qurulma-

sını, lokal və qlobal kompüter şəbəkələrinin xidmətindən istifadə etməyi;

- turizmin tarixi, inkişafı və meydana gəlməsi, turizmin inkişafına təsir edən amilləri, asudə vaxtdan istifadənin sosial-iqtisadi mahiyyətini;

- beynəlxalq turizmə təsir edən amilləri, dünyanın turizm region-

ları və ölkələrində turizmin inkişaf

xüsusiyyətlərini, transmilli otellər və onların təşkilati strukturlarını;

- idarəetmə üsullarını və funksiya-

larını, idarəetmə psixologiyasını,

qərar qəbuletmə prosesini;

- marketinqin əsas funksiyaları, idarə edilməsi, tədqiqatları, tələb və təklifin proqnozlaşdırılmasını, istehlakçı ba-zarının təhlilini;

- mühasibat uçotunun əsas anlayış-

ları və funksiyalarını, turizm müəssi-

sələrində mühasibat işinin təşkilini;

- maliyyə menecmentinin funksiya-

larını, maliyyənin planlaşdırılması-

nı, maliyyəyə nəzarət formalarını, investisiya siyasətini;

- servisin inkişaf tarixi, servis fəaliyyətinin növləri, xidmətlərin təsnifat prinsipləri və onların xüsusiyyətləri, insanın əsas tələbat-

ları və psixofizioloji imkanları, onların şəxsiyyətin sosial fəallığı ilə əlaqəsi, xidmətin təşkili nəzəriy-yəsini;

- mehmanxana fəaliyyətininin nəzə-

ri əsasları, mehmanxana fəaliyyətini tənzimləyən hüquqi və normativ sənədlər, mehmanxanalarda və digər yerləşmə müəssisələrində istehsal-texnoloji fəaliyyətin əsasları, mehmanxanalarda və digər yerləşmə müəssisələrində funksional proses-lərin təşkili, mehmanxana məh-sulunun özəllikləri və növləri, xidmətin peşə standartları, personala olan tələbləri;

-insan resursları menecerinin məsuliyyəti və vəzifələrini, kadr siyasətinin personalın idarə edil-məsindəki xüsusiyyətlərini;

-hüquqi anlayışlar, konstitusiya, turizmin təşkilatı-hüquqi təminatını, turizm müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi əsasları;

- turizmdə nəqliyyat sistemlərindən istifadə qaydalarını, turoperator və turagentlərlə nəqliyyat şirkətləri arasında əlaqə mexanizmini;

- səyahət agentlikləri və turoperator-ların funksiyalarını, idarə olunmasını, turizm sisteminin fəaliyyət mexanizmini;

-bronlaşdırma sistemlərinin növlə-

rini, (qlobal) bronlaşdırma sistem-

lərində bilet satışı və bronlaşdırma-nı, otellərdə istifadə edilən bronlaş-

dırma sistemlərini;

- turizmin iqtisadiyyatın inkişafına

təsiri, turizm bazarının vəziyyətinin

müəyyənləşdirilməsi, turizmin inki-

şafına dair proqramların hazırlan-

masını;

- məsafədən idarəolunmanın mahiyyətini, destinasiya fəaliyyəti-



nə təsir edən amilləri;

  • - turist marşrutlarının təşkili qaydalarını, turistlərin və mar-şrutların növlərini, ekskursiyaların

hazırlanması və keçirilməsi metod-

larını;


- insan psixologiyasını, onun xarakter və davranış xüsusiyyətləri ilə yana-

şı, ünsiyyət və etik normaları, işgüzar münasibətləri, müştəri ilə davranış qaydalarını;

- xidmətlərin marketinq kompleksi-

nin komponentlərini, xidmət marketinqinin planlaşdırılmasını, turizm bazarının öyrənilməsində marketinq tədqiqatlarının istiqa-mətləri, tələb və təklifi, marketinq strategiyasını;

-xarici ölkələrlə turizm əlaqələrində ingilis dilində sərbəst danışmağı, ixtisasına uyğun elmi-nəzəri, metodiki ədəbiyyatın gündəlik ünsiyyət üçün yeni fonetik, leksik, qrammatik bilikləri;

- dilini öyrəndiyi ölkənin mədəniyyətini, adət-ənənəsini, həmin dildə danışmağı, oxumağı;

- otellərin yaradılması prosesi və təşkilati strukturunu, otelin bölmə-

ləri və onların funksiyalarını, baş menecerin fəaliyyətinin konseptual əsaslarını;

- ekoloji turizmin təbiəti mühafizə, iqtisadi və sosial funksiyalarını, ekoturizmin növlərini, ehtiyatlarını, dünya regionlarında ekoturizmin ümumi vəziyyətini, Azərbaycanın ekoturizm imkanlarını;

- fövqəladə hallar və onların vəzifələrini, fövqəladə hallarda əhalinin müdafiəsinin əsas üsullarını, kollektiv mühafizə vasitələrini;

bacarmalıdır:

- coğrafi və sosial-iqtisadi elmlərin tədqiqat metodlarından öz peşə fəaliyyətində istifadə etməyi;

- kompüterlə sərbəst işləməyi, əməliyyatların aparılmasını;

- proqram təminatı imkanlarından istifadə etməyi;

- informasiya texnologiyalarının ən yeni nailiyyətlərinin öz peşə fəaliyyətində tətbiqini;

- insan resursları nəzərə alınmaqla idarəetməni;

- əmək fəaliyyətinin psixoloji aspektlərini və kollektivdə qar- şılıqlı etik norma və fəaliyyətin tətbiqini;

- psixoloji gərginlik yarada biləcək problemləri aradan qaldırmağı;

- ən azı 2 dildə ünsiyyətdə olmağı;

- işgüzar görüşlərdə ingilis dilində sərbəst ünsiyyət qurmağı;

- beynəlxalq, regional və milli turizm bazarının marketinq təhlilini;

- dünya turizm sənayesində dəyişikliklərin coğrafi, iqtisadi-sosial baxımdan təhlilini;

- məsafədən idarəetməni;

- turizmin planlaşdırılması və proqnozlaşdırılmasını;

-turizm-rekreasiya obyektlərinin

layihələşdirilməsini;

- transmilli otellərin idarə olunmasını;

- müəssisə və təşkilatlarda davranış və etik qaydalara riayət etməyi;

- turizm, mehmanxana, sanatoriya və kurort komplekslərində, iaşə müəssisələrində hüquqi-normativ sənədlərin hazırlanması və tətbiqini;

- turizm xidmətlərinin marketinq təhlilini;

- Azərbaycanın potensial turizm imkanlarını qiymətləndirməyi;

- bazar münasibətləri şəraitində rəqabət mühiti yaratmağı;

-turizm və otelçilik fəaliyyətində əsas istiqamətləri müəyyənləşdir-

məyi;


- oteli idarə etməyə hazır olmağı;

- ekoloji maarifləndirməni;



yiyələnməlidir:

- informasiya, onun qorunması, işlənib-hazırlanması vərdişlərinə;

-müasir texnologiyalardan istifadə etməklə yeni turizm məhsulu hazırlamaq vərdişlərinə;

- texniki informasiya sistemində istifadə vərdişlərinə;

- menecer vərdişlərinə;

- işgüzar mühiti formalaşdırmaq vərdişlərinə;

- ictimaiyyətlə əlaqədə olmaq vərdişlərinə;

-otelçilik fəaliyyətində personalı idarəetmə vərdişlərinə;

- peşəsi ilə əlaqəli iş prinsiplərinə;

- ətraf mühitdən səmərəli istifadə qaydalarına;

- tərəflər arasında sənədləşmə aparılması vərdişlərinə;

- turizm əlaqələri yaradılmasına;

- turizm məhsulunun satışı zamanı meydana çıxan problemləri həll et-mək vərdişinə;

-otelin bölmələrini və ya bütövlükdə oteli idarəetmə vərdişinə;

- ekoloji marifləndirmə qaydalarına;

- fövqəladə hallarda turistlərin təhlükəsizliyini təminetmə, ərazinin mühafizəsini, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə, ilkin tibbi yardım göstərmək vərdişinə.



180


İPF – B01

Ali riyaziyyat



İPF – B02

İqtisadiyyat



İPF – B03

Turizmdə informasiya texnologiyaları


İPF – B04

Turizmin əsasları


İPF – B05

Beynəlxalq turizmin coğrafiyası



İPF – B06

Menecmentin əsasları


İPF – B07

Marketinqin əsasları


İPF – B08

Mühasibat və mühasibat məsələləri


İPF – B09

Maliyyə və investisiya-lar


İPF – B10

Servis fəaliyyəti


İPF – B11

Mehmanxa-na fəaliy-yətinin tex-nologiyası


İPF – B12

İnsan resurs-larının idarə olunması


İPF – B13

Turizm fəaliyyətinin hüquqi əsasları


İPF – B14

Turizmdə nəqliyyat xidməti



İPF – B15

Səyahət agentlikləri və turope-ratorluq


İPFS – B16

Bronlaşdırma sistemləri


İPF – B17

Turizmin iqtisadiyyatı


İPF– B18

Destinasiya menecmenti


İPF – B19

Turizm marşrutları və ekskursiya işinin təşkili


İPF – B20

Peşə etikası və etiket


İPF – B21

Turizmdə marketinq və marketinq araşdırmaları


İPF –B22

İkinci xarici dil


İPF – B23

İşgüzar xarici dil


İPF – B24

Otel menecmenti


İPF – B25

Ekoloji turizm


İPF – B26

Mülki müdafiə


İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə*)

9

7


8

5


6
5

5

5
5


5

6
3


5
5

6
4

4

3


6

5


6
13

5


6

6


3

34


ÜK-1

ÜK-2


ÜK-8

ÜK-10


ÜK-11

ÜK-12


PK-2

PK-3


PK-5

PK-7


PK-8

PK-9


PK-10

TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsil alan



bilməlidir;

  • qazanılmış nəzəri biliklərin təcrübələr keçirilən müəssisə və obyektlərdə tətbiqinin müasir üsul və metodlarını

bacarmalıdır:

  • turizm və otelçiliyin təşkili və idarə olunması metodlarını, qaydalarını, iş prinsipləri və onların praktiki aprobasiyasını, tədqiqat istiqamətini seçməyi.

yiyələnməlidir:

- nəzəri sahədə əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi, onların nəticələrini ümumiləşdir-məyi və sistemləşdirməyi.



30



TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

ÜK-1

ÜK-2

ÜK-6

ÜK-9

ÜK-12

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6
PK-7


PK-8

Kreditlərin ümumi cəmi:

240










*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.




    1. 050810 – Turizm və otelçilik” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən təcrübələr (14 həftə ) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6



  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050810 – Turizm və otelçilik” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsil alanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsil müəssisələrinin elmi dərəcəsi və ya elmi adı olan professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.




  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya, praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050810 – Turizm və otelçilik” ixtisası üzrə bakalavr hazırlığında istehsalat təcrübələri (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq, müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.



  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə



    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.



Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin müavini Nazirliyi Elm və ali təhsil şöbəsinin

müdiri
_________________Yaqub Piriyev ______________Gültəkin Hüseynova

“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

Səhiyyə, rifahı və xidmət ixtisasları Azərbaycan Respublikası Təhsil

qrupu üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi-Metodiki Şurasının

hazırlayan işçi qrupun sədri «Coğrafiya» bölməsinin sədri

__________________ Nəsimi Qasımov ________________ Vüsət Əfəndiyev


“_____”_______________2014-cü il “_____”_______________2014-cü il



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə