AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 112,59 Kb.
tarix14.01.2017
ölçüsü112,59 Kb.
#49



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050813 – Sosial iş

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin 050813 – Sosial iş” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) Azərbaycan Respublikasının «Təhsil haqqında» Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050813 – Sosial iş” ixtisasının xarakteristikası.

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050813 – Sosial iş

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il(ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası

    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq, ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.




    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmalıdır (ÜK-1);

  • Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli, onun leksikonundan peşə fəaliyyətində istifadə etməyi bacarmalıdır (ÜK-2);

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələlərdən sərbəst istifadə etməyi bacarmalı (ÜK-3);

  • sosial mühit və sosial vərəsəlik münasibətlərini bilməli, sosial təcrübələrin toplanması, saxlanması və ötürülməsi haqqında təsəvvürlərə malik olmalı, milli və mədəni-tarixi faktorların təhsil və tərbiyədə rolunu dərk etməlidir (ÜK-4);

  • sosial davranış formaları və qanunauyğunluqlarını bilməli, sosial qruplaşma və topluların yaranma səbəbləri və mənşəyi, sosial proseslərin növləri və nəticələri haqqında elmi təsəvvürü olmalı (ÜK-5);

  • mədəniyyətin forma və növləri haqqında məlumatı olmalı, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımalı, Azərbaycan mədəniyyətini və dünya sivilizasiyasında tutduğu yeri qiymətləndirməyi, cəmiyyət və mədəniyyət barədə dialoqlarda iştirak etməyi bacarmalıdır (ÜK-6);

  • iqtisadi nəzəriyyənin əsaslarını, pul-kredit və sosial-investisiya siyasətini bilməli; öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməyi, iqtisadiyyatın cari məsələlərinin həllində istifadə etməyi bacarmalıdır (ÜK-7);

  • Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını bilməli, hüquq-mühafizə və digər hüquqi tətbiq qanunlarını, tərbiyəvi-etik normaları bilməlidir (ÜK-8);

  • gələcək peşə fəaliyyətinə dair normativ və hüquqi sənədləri tərtib etməyi və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını öyrənməlidir (ÜK-9).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:



  • fəlsəfənin mədəniyyət sistemində yeri, kateqoriyaları, qanunları haqqında məlumatlara, idrakın obyekti və subyekti, strukturu, elmi idrak üsulları, cəmiyyətin sosial siyasi-mənəvi sahələri, ictimai şüur və onun strukturu və formalarını öyrənməlidir (PK-1);

  • sosial işdə insan tələbatlarının müəyyən edilməsi və sosial sistemlərin bu prosesdə rolu, sosial işdə tətbiq edilən əsas konsepsiyalar, ölkənin sosial siyasəti və s. haqqında biliklər əldə etməlidir (PK-2);

  • sosial işin nəzəri əsasları, sosial işdə insan davranışı nəzəriyyəsi, sosial fəaliyyətin qiymətləndirilməsi üzrə çoxcəhətli sxemin tətbiq edilmə, sosial işdə insan müxtəlifliyi modeli və s. biliklərə malik olmalıdır (PK-3);

  • sosial iş tədqiqatlarının fundamental statistik və riyazi anlayışları və metodları ilə tanış olmalıdır (PK-4);

  • sosial təminat siyasətinin inkişaf tarixi, sosial təminat anlayışının ABŞ və Avropa təcrübəsini, müasir Azərbaycanda sosial təminat siyasətinin inkişafı və təhlili haqqında biliklərə malik olmalıdır (PK-5);

  • insan münasibətləri, onların insanın inkişafında rolu haqqında məlumatı olmalıdır (PK-6);

  • sosial siyasət tarixi, maraqlı tərəflərin siyasi sistemdəki rolu, lobbiçilik kimi maraqlı qrupların fəaliyyətinin effektivliyi, lobbiçiliyin ölkənin demokratik inkişafına töhfəsinin analizi, hüquqi mühit və lobbiçiliyin taktikaları haqqında bilməlidir. (PK-7);

  • idarəetmə anlayışı, nəzəriyyəsi və prinsipləri, beynəlxalq sosial sektorun üzləşdiyi müasir idarəetmə məsələləri, Azərbaycanın sosial xidmət sektorunun qarşılaşdıgı hazırkı idarəetmə təcrübəsi və məsələləri, liderlik üsulları və bacarıqları haqqında məlumatı olmalıdır (PK-8);

  • sosial proseslərin təhlilində ən müasir metodlardan, o cümlədən riyazi metodlardan istifadə etməyi bacarmalıdır (PK-9);

  • sosial proseslərin mahiyyətinə, fəaliyyət xüsusiyyətlərinə dərindən bələd olmalı, sosioloji təhlil aparmağı bacarmalıdır (PK-10);

  • sosial münaqişənin struktur və subyektləri, sosial münaqişənin əsasları, münaqişə konsepsiyaları haqqında məlumatı olmalı, münaqişənin səbəbləri dinamikası, mərhələləri və həlli mexanizmlərini öyrənməlidir (PK-11 );

  • müxtəlif müəssisə və təşkilatlara sosioloji xidmət göstərməyi bacarmalı, konkret situasiyaların təhlilində sosial məqamların mahiyyət və xüsusiyyətlərini aydın dərk etməlidir (PK-12);

  • tədqiqat anlayışı, növləri, proqramı və metodları haqqında öyrənməli və onları tətbiq etməyi bacarmalıdır (PK-13 );

  • sosial münasibətlər sistemi, struktur və elementləri haqqında məlumatı olmalı, faktları təhlil etmək və sosial prosesləri proqnozlaşdırmağı bacarmalıdır (PK-14);

  • cəmiyyətin təhsil və tərbiyə haqqında potensialını, mənəvi həyatın sosiologiyasını öyrənməli, təhsil sistemi və strukturu haqqında məlumata malik olmalı, tərbiyə prosesinin mahiyyətini, qanunauyğunluqlarını bilməlidir (PK-15);

  • əhalinin psixi sağlamlığının qorunmasında sosial işçinin rolunu, Avropa və Azərbaycanın timsalında psixi sağlamlıq sistemi, psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, depressiya, həyəcanlılıq, şəxsiyyət patologiyası, özünəqəsd kimi psixi və davranış pozuntularının xarakteristikası, psixi pozuntuları olan insanlarla bağlı müdaxilə, xidmət və proqramlar haqqında məlumata malik olmalıdır (PK-16);

  • informatika biliklərinə sahib olmalı, təlimdə kompüter texnikasına yiyələnməlidir (PK-17);

  • mərkəzi sinir sisteminin ontogenezi, quruluşu, kəllə sinirləri haqqında məlumatı olmalı, mərkəzi sinir sistemində fundamental proseslər – oyanma və ləngimə, neonların fiziologiyası və neokimyası, somatik və vegetativ sinir sistemləri və s. haqqında məlumatlara yiyələnməlidir (PK-18);

  • məşğulluğun statistikası, işsizliyin statistikası, əhalinin sosial müdafiəsinin statistikası, əlilliyin statistikası kimi problemlərin təhlilində statistik metodlardan istifadə etməyi bacarmalıdır (PK-19);

  • üstünlük və imtiyaz, sıxıntı və məyusluğa səbəb olan qlobal, sosial, iqtisadi, siyasi və mədəni amillər haqqında məlumata malik olmalıdır (PK-20);

  • sosial psixologiyanın əsas istiqamətləri, şəxsiyyətlərarası münasibətlər haqqında biliklərə malik olmalıdır (PK-21);

  • qiymətləndirmə prosesi və növləri, məntiqi modul, qərar qəbuletmə, qiymətləndirmədə ölçü şkalası, qiymətləndirmə nəticələrinin təhlili və yekun hesabatı hazırlamağı bacarmalıdır (PK-22);

  • sosial siyasətə dair praktik modellər haqqında məlumata malik olmalıdır (PK-23);

  • müasir ictimai ehtiyaclar və problemlər, sosial problemlərin müəyyənləşdirilməsi üçün istifadə olunan strukturlar, hazırkı sosial təminat proqramları ilə tanış olmalıdır (PK-24);

  • sosial iş prosesində müxtəlif etik prinsiplərə riayət etməyi bacarmalıdır (PK-25);

  • sosial proqramların və xidmətlərin planlaşdırılması və qiymətləndirilməsi yollarını bilməlidir (PK-26);

  • sosial işin fundamental əsaslarını təşkil edən sosial ədalət, etik prinsip və dəyərlər, insan müxtəlifliyi və s. haqqında məlumatı olmalıdır (PK-27);

  • qloballaşmanın mahiyyəti və məzmunu, artmasına təsir edən amillər, kasıb ölkələrdə sosial işə və sosial rifah halına qloballaşmanın təsiri, qloballaşmanın yaratdığı problemləri dəf etmək üçün səmərəli strategiyalar haqqında məlumata malik olmalıdır (PK-28);

  • insanın inkişafında, mütəxəssis hazırlanmasında fiziki sağlamlığın əhəmiyyətini başa düşməli, fiziki mədəniyyət və sağlam həyat tərzinin əsaslarını bilməlidir (PK-29);

  • sağlamlığın qorunması və möhkəmləndirilməsini, psixofiziki qabiliyyətin yüksəldilməsini təmin edən praktik bacarıq və vərdişlər sisteminə yiyələnməlidir (PK-30);

  • həyat və peşə məqsədlərinə çatmaq üçün fiziki tərbiyə, tibbi və mülki müdafiə sahələrində bilik, bacarıq və vərdişlər qazanmağa çalışmalıdır (PK-31).




  1. Təhsilin məzmunu və səviyyəsinə qoyulan

minimum tələblər

    1. Peşə fəaliyyətinin xarakteristikası




      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050813 – Sosial iş” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • elmi-tədqiqat fəaliyyəti;

  • praktik fəaliyyət.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər


Elmi-tədqiqat fəaliyyəti üzrə:

  • ixtisas üzrə biliklərdən istifadə etmək;

  • məlumatların toplanması və təhlilində müasir üsullardan istifadə etmək;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək, fənlərarası əlaqələri müəyyən etmək;

  • tədris prosesində kompüter texnologiyasından istifadə etmək.


Praktik fəaliyyət üzrə:

  • ixtisas üzrə elmi seminarlarda çıxış etmək;

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq insanların problemlərini həll etmək, onlara elmi nəzəriyyələrə söykənən optimal yol göstərmək;

  • fəaliyyətini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

  • insanlarla işləyərkən optimal qərarlar qəbul etmək, idarəetmə və onun metodlarına yiyələnmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlərin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF –B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr aşağıdakıları bilməlidir:



  • Qədim Azərbaycana (Manna, Atropatena) aid ilk tarixi məlumatları, arxeoloji materialları və III-V əsrlərə dair mənbələri;

  • erkən orta əsrlərdə Alban feodal dövlətinin yaranması, ərazisi, inzibati quruluşu, təsərrüfat və mədəniyyətini, ərəb xilafəti tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulmasını;

  • Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsini, XIX-XX əsrlərin əvvəllərində mədəniyyətini, kapitalist münasi-bətlərinin inkişafını və milli burjuaziyanın meydana çıxmasını;

  • Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasını, onun daxili və xarici siyasətini, süqutunu;

  • Azərbaycanda sovet hakimiyyəti qurulmasını, 30-cu illərdəki repressiyaları, İkinci Dünya müharibəsi dövründə (1941-1945) xalqın vətənpərvərliyini, mədəniy-yət və iqtisadiyyat sahələrində nailiyyətləri;

  • 1991-1993-cü illərdə dövlət müstəqilliyinin bərpasını, Qarabağ müharibəsinin tarixini, ölkədə baş verən siyasi və iqtisadi böhranları;

  • Ümummilli Lider Heydər Əliyevin Respublika iqtisadiyyatının inkişafında və çiçəklənməsində misilsiz rolunu, daxili və xarici siyasətdə əldə edilmiş nailiyyətləri;

  • Azərbaycan dilinin (təlim rus dilində olanlar üçün) fonetikası, morfologiyası və sintaksisini;

  • ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidi həcmində söz ehtiyatı minimumunu, sərbəst və sabit söz birləşmələrini, əsas qrammatik hadisələri, yazılı və şifahi ünsiyyət zamanı fikrini sərbəst ifadə etməyi və s.

bacarmalıdır:

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvür yaratmağı, tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumat verməyi;

  • Azərbaycan Respublikasının dövlət dilində sərbəst danışmağı, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyi;

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyi, xarici dildə olan ədəbiyyat və mənbələrdən istifadə etməyi və s.

yiyələnməlidir:

  • Azərbaycan tarixi haqqında dərin məlumata, Azərbaycan dilində sərbəst danışmaq, xarici dildə oxumaq və yazmaq vərdişinə və s.

30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6


13

5

6




ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

İPF – B00

İxtisas peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • sosial işin metodoloji əsaslarını, tarixini, əsas anlayışlarını;

  • sosial işin elmi tədqiqat metodlarını;

  • sosial işin əsas nəzəriyyələrini və konsepsiyalarının inkişafının müasir tendensiyalarını;

-sosial işin bir elm sahəsi kimi səciyyəsi və predmetini;

  • sosial işin müasir vəziyyətini, tədqiqat istiqamətlərini, ümum-metodoloji aspektlərini;

  • müxtəlif yaş qruplarına malik insanlarla sosial işin xüsusiy-yətlərini;

  • müxtəlif metodlarla müştərinin fərdi-psixoloji xüsusiyyətlərini qiymətləndirməyi;

-müştərinin vəziyyətini düzgün təsəvvür etməyi, onun göstəri-cilərini qiymətləndirməyi və sosial işi həyata keçirmək üçün proqnozlar verməyi;

  • sosial qrupların tədqiqinin metodoloji məsələləri, qruplar-arası münasibətlərin idarə olun-masının psixoloji məsələlərini;

  • müxtəlif yaş dövrlərində şəxsiy-yətin formalaşmasının xüsusiyyət-lərini;

-fövqəladə hallarda heyətin fəaliyyətini, mülki müdafiə üzrə məşğələlərə hazırlığın metodikasını;

-müasir qırğın vasitələri ilə zədələnmişlərə ilkin tibbi yardım göstərməkdə, bakterioloji zədələnmə ocaqlarında epidemiya əleyhinə tədbir tətbiq etməkdə vərdişlər aşılanmasını və s.



bacarmalıdır:

  • tədqiqatların metodoloji təhlilini aparmağı;

  • müştəri ilə aparılacaq işi planlaşdırmagı və təhlil etməyi;

  • müştəri ilə iş zamanı müxtəlif metodları tətbiq etməyi və alınan nəticələri şərh etməyi;

  • müştəri ilə iş zamanı müstəqil mövqeyini elmi cəhətdən sübut etməyi;

  • müştərilərin vəziyyətləri haqqında əsas faktları təhlil etməyi və bunların korreksiya yollarını müəyyən etməyi;

  • müştərinin əsas psixi pozun-tusunu və ifadə dərəcəsini düzgün təyin etməyi, mümkün korreksiya və bərpa imkanlarından yüksək səviyyədə istifadə etməyi;

  • zədədən sonra əmələ gəlmiş funksiyaları bərpa etmək üçün praktik təcrübəyə yiyələnərək onlarla düzgün iş prinsipi qur-mağı;

  • fundamental və tətbiqi psixologiya fənləri üzrə biliklərə əsaslanan üsullardan istifadə etməyi;

  • müştərinin psixoloji vəziyyəti haqqında əsas faktları təhlil etməyi;

-mülki müdafiə üzrə fövqəladə hallarda xilasetməni;

-müasir qırğın vasitələri ilə zədələnmişlərə ilk tibbi yardım göstərməyi və s.



yiyələnməlidir:

  • sosial işin prinsipləri, metod və metodologiyasından istifadə etmək bacarıq və vərdişlərinə;

  • müştəri ilə bağlı faktların təhlili zamanı müstəqil mövqeyini elmi cəhətdən sübut etmək bacarığına;

  • elmi diskussiya aparmaq baca-rığına;

  • müxtəlif üsulları tətbiq etmək və tədqiqat məqsədinə uyğun alınan nəticələri şərh etmək bacarığına;

  • müştərinin vəziyyətini təhlil edib, görüləcək işin məzmununu müəyyənləşdirmək bacarığına;

  • müştərinin psixoloji xüsusiy-yətlərini öyrənmək və təcrübəyə tətbiqinin səmərə-liliyinin yüksəl-dilməsinə yönəldilən tövsiyələr işləmək vərdişlərinə;

  • psixi pozulmalar zamanı dife-rensial diaqnostikanı düzgün təşkil etməyə, xəstəliklərə uyğun korreksiya, profilaktika və reabilitasiya işinin aparılması vərdişlərinə;

  • yaradıcı qabiliyyətləri inkişaf etdirməyə, tədqiqatçılıq fəaliy-yətini səmərəli təşkil etmək bacarığına;

  • alınmış biliklərin köməyi ilə peşəyə hazırlıq səviyyəsinin yüksəldilməsinə praktik tövsiyələr işləmək vərdişlərinə;

  • mülki müdafiə üzrə təxirəsalınmaz işləri yerinə yetirmək bacarığına.

180

İPF – B01

Riyaziyyat



İPF – B02

İnformatika



İPF–B03

Politologiya



İPF–B04

Sosiologiya



İPF – B05

Məntiq


İPF – B06

Fəlsəfə


İPF – B07

Psixologiya



İPF – B08

MSS anatomiyası və fiziologiyası

İPF – B09

Sosial işə giriş



İPF – B10

Sosial iş təcrübəsində etik prinsiplər



İPF – B11

Sosial iş nəzəriyyəsi və təcrübəsi



İPF – B12

Statistika



İPF – B13

Sosial proqramlar və xidmətlər


İPF – B14

Sosial siyasət



İPF – B15

Fərdlər, qruplar və ailələrlə sosial iş təcrübəsi



İPF – B16

Sosial və iqtisadi mühitin sosial işə təsiri



İPF – B17

Sosial işdə tədqiqat metodları



İPF – B18

Psixi sağlamlıq



İPF – B19

Azərbaycan-da sosial yardım sistemi



İPF – B20 Qloballaşma və beynəlxalq sosial iş

İPF – B21

Sosial psixologiya



İPF – B22

Sosial pedaqogika



İPF – B23

Sosial siyasi təhlil və lobbiçilik



İPF – B24

Sosial işdə idarəetmə



İPF – B25

Mülki müdafiə



İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə*)

6
4
4


4
4
4
4

6


7

4

12


6
5


5

5
5
11


6

5



5

5

5



4

5

3



46

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-8

PK-9

PK-10

PK-11

PK-12

PK-13

PK-14

PK-15

PK-16

PK-17

PK-18

PK-19

PK-20

PK-21

PK-22

PK-23

PK-24

PK-25

PK-26

PK-27

PK-28

PK-29

PK-30

PK-31

TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsilalan bilməlidir:



  • tədqiqat mövzusunu seçməyi;

  • ədəbiyyat siyahısını tərtib etməyi;

bacarmalıdır:

  • elmi-tədqiqat işi aparmağı, onun nəticələrini təhlil etməyi, alınmış nəticələrin praktiki əhəmiyyətini müəyyənləşdirməyi;

  • yerinə yetirilmiş tədqiqat işini müdafiə etməyi;

  • elmi-tədqiqat işinin nəticələrinin çap üçün hazırlanmasını;

yiyələnməlidir:

  • tədris təcrübəsində iştirak etməyi, ixtisasa dair biliklərini dərinləşdirməyi, elmi-tədqiqat işləri ilə yanaşı, əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi və onların nəticələrini ümumi-ləşdirməyi və buraxılış işində istifadə etməyi və s.

30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

PK-3

PK-4

PK-7

PK-8

PK-9

PK-11

PK-12

PK-15

PK-16

PK-19

PK-22

PK-23


Kreditlərin ümumi cəmi:

240









*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.




    1. 050813 – Sosial iş” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6




  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin 050813 – Sosial iş” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsil alanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsil müəssisələrinin elmi dərəcəsi və ya elmi adı olan professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də də cəlb oluna bilər.



  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya, Sosial iş” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq, müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.



  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə



    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.



Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin müavini Nazirliyi Elm və ali təhsil şöbəsinin

müdiri
_________________Yaqub Piriyev ______________Gültəkin Hüseynova

“_____”_______________2014-cü il “_____”_______________2014-cü il


Səhiyyə, rifahı və xidmət ixtisasları Azərbaycan Respublikası Təhsil

qrupu üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «Sosial-siyasi elmlər» bölməsinin sədri



__________________ Nəsimi Qasımov ________________ Məmməd Əliyev
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Yüklə 112,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin