AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir
ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I
İxtisasın (proqramın) şifri və adı: 050813 – Sosial iş
BAKI – 2014
-
Ümumi müddəalar
-
Bakalavriat səviyyəsinin “050813 – Sosial iş” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) Azərbaycan Respublikasının «Təhsil haqqında» Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.
-
İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
-
Strukturda istifadə olunan şərti işarələr:
İTP – İxtisas üzrə Təhsil Proqramı
ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)
PK – Peşə kompetensiyaları
-
“050813 – Sosial iş” ixtisasının xarakteristikası.
İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:
İxtisasın şifri və adı
|
Verilən elmi ixtisas dərəcəsi
|
Əyani forma üzrə təhsil müddəti*
|
Kreditlərin sayı
|
050813 – Sosial iş
|
Bakalavr
|
4 il
|
240
|
* Qiyabi forma üzrə təhsil müddəti 1 il(ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.
-
Məzunun ixtisas xarakteristikası və
kompetensiyası
-
Bakalavrın ixtisas xarakteristikası
Bakalavr:
-
bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq, ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;
-
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə və s. sferalarda işləyə bilməlidir;
-
mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.
-
Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər
-
Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:
-
Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmalıdır (ÜK-1);
-
Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli, onun leksikonundan peşə fəaliyyətində istifadə etməyi bacarmalıdır (ÜK-2);
-
xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələlərdən sərbəst istifadə etməyi bacarmalı (ÜK-3);
-
sosial mühit və sosial vərəsəlik münasibətlərini bilməli, sosial təcrübələrin toplanması, saxlanması və ötürülməsi haqqında təsəvvürlərə malik olmalı, milli və mədəni-tarixi faktorların təhsil və tərbiyədə rolunu dərk etməlidir (ÜK-4);
-
sosial davranış formaları və qanunauyğunluqlarını bilməli, sosial qruplaşma və topluların yaranma səbəbləri və mənşəyi, sosial proseslərin növləri və nəticələri haqqında elmi təsəvvürü olmalı (ÜK-5);
-
mədəniyyətin forma və növləri haqqında məlumatı olmalı, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımalı, Azərbaycan mədəniyyətini və dünya sivilizasiyasında tutduğu yeri qiymətləndirməyi, cəmiyyət və mədəniyyət barədə dialoqlarda iştirak etməyi bacarmalıdır (ÜK-6);
-
iqtisadi nəzəriyyənin əsaslarını, pul-kredit və sosial-investisiya siyasətini bilməli; öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməyi, iqtisadiyyatın cari məsələlərinin həllində istifadə etməyi bacarmalıdır (ÜK-7);
-
Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını bilməli, hüquq-mühafizə və digər hüquqi tətbiq qanunlarını, tərbiyəvi-etik normaları bilməlidir (ÜK-8);
-
gələcək peşə fəaliyyətinə dair normativ və hüquqi sənədləri tərtib etməyi və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını öyrənməlidir (ÜK-9).
-
Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:
-
fəlsəfənin mədəniyyət sistemində yeri, kateqoriyaları, qanunları haqqında məlumatlara, idrakın obyekti və subyekti, strukturu, elmi idrak üsulları, cəmiyyətin sosial siyasi-mənəvi sahələri, ictimai şüur və onun strukturu və formalarını öyrənməlidir (PK-1);
-
sosial işdə insan tələbatlarının müəyyən edilməsi və sosial sistemlərin bu prosesdə rolu, sosial işdə tətbiq edilən əsas konsepsiyalar, ölkənin sosial siyasəti və s. haqqında biliklər əldə etməlidir (PK-2);
-
sosial işin nəzəri əsasları, sosial işdə insan davranışı nəzəriyyəsi, sosial fəaliyyətin qiymətləndirilməsi üzrə çoxcəhətli sxemin tətbiq edilmə, sosial işdə insan müxtəlifliyi modeli və s. biliklərə malik olmalıdır (PK-3);
-
sosial iş tədqiqatlarının fundamental statistik və riyazi anlayışları və metodları ilə tanış olmalıdır (PK-4);
-
sosial təminat siyasətinin inkişaf tarixi, sosial təminat anlayışının ABŞ və Avropa təcrübəsini, müasir Azərbaycanda sosial təminat siyasətinin inkişafı və təhlili haqqında biliklərə malik olmalıdır (PK-5);
-
insan münasibətləri, onların insanın inkişafında rolu haqqında məlumatı olmalıdır (PK-6);
-
sosial siyasət tarixi, maraqlı tərəflərin siyasi sistemdəki rolu, lobbiçilik kimi maraqlı qrupların fəaliyyətinin effektivliyi, lobbiçiliyin ölkənin demokratik inkişafına töhfəsinin analizi, hüquqi mühit və lobbiçiliyin taktikaları haqqında bilməlidir. (PK-7);
-
idarəetmə anlayışı, nəzəriyyəsi və prinsipləri, beynəlxalq sosial sektorun üzləşdiyi müasir idarəetmə məsələləri, Azərbaycanın sosial xidmət sektorunun qarşılaşdıgı hazırkı idarəetmə təcrübəsi və məsələləri, liderlik üsulları və bacarıqları haqqında məlumatı olmalıdır (PK-8);
-
sosial proseslərin təhlilində ən müasir metodlardan, o cümlədən riyazi metodlardan istifadə etməyi bacarmalıdır (PK-9);
-
sosial proseslərin mahiyyətinə, fəaliyyət xüsusiyyətlərinə dərindən bələd olmalı, sosioloji təhlil aparmağı bacarmalıdır (PK-10);
-
sosial münaqişənin struktur və subyektləri, sosial münaqişənin əsasları, münaqişə konsepsiyaları haqqında məlumatı olmalı, münaqişənin səbəbləri dinamikası, mərhələləri və həlli mexanizmlərini öyrənməlidir (PK-11 );
-
müxtəlif müəssisə və təşkilatlara sosioloji xidmət göstərməyi bacarmalı, konkret situasiyaların təhlilində sosial məqamların mahiyyət və xüsusiyyətlərini aydın dərk etməlidir (PK-12);
-
tədqiqat anlayışı, növləri, proqramı və metodları haqqında öyrənməli və onları tətbiq etməyi bacarmalıdır (PK-13 );
-
sosial münasibətlər sistemi, struktur və elementləri haqqında məlumatı olmalı, faktları təhlil etmək və sosial prosesləri proqnozlaşdırmağı bacarmalıdır (PK-14);
-
cəmiyyətin təhsil və tərbiyə haqqında potensialını, mənəvi həyatın sosiologiyasını öyrənməli, təhsil sistemi və strukturu haqqında məlumata malik olmalı, tərbiyə prosesinin mahiyyətini, qanunauyğunluqlarını bilməlidir (PK-15);
-
əhalinin psixi sağlamlığının qorunmasında sosial işçinin rolunu, Avropa və Azərbaycanın timsalında psixi sağlamlıq sistemi, psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, depressiya, həyəcanlılıq, şəxsiyyət patologiyası, özünəqəsd kimi psixi və davranış pozuntularının xarakteristikası, psixi pozuntuları olan insanlarla bağlı müdaxilə, xidmət və proqramlar haqqında məlumata malik olmalıdır (PK-16);
-
informatika biliklərinə sahib olmalı, təlimdə kompüter texnikasına yiyələnməlidir (PK-17);
-
mərkəzi sinir sisteminin ontogenezi, quruluşu, kəllə sinirləri haqqında məlumatı olmalı, mərkəzi sinir sistemində fundamental proseslər – oyanma və ləngimə, neonların fiziologiyası və neokimyası, somatik və vegetativ sinir sistemləri və s. haqqında məlumatlara yiyələnməlidir (PK-18);
-
məşğulluğun statistikası, işsizliyin statistikası, əhalinin sosial müdafiəsinin statistikası, əlilliyin statistikası kimi problemlərin təhlilində statistik metodlardan istifadə etməyi bacarmalıdır (PK-19);
-
üstünlük və imtiyaz, sıxıntı və məyusluğa səbəb olan qlobal, sosial, iqtisadi, siyasi və mədəni amillər haqqında məlumata malik olmalıdır (PK-20);
-
sosial psixologiyanın əsas istiqamətləri, şəxsiyyətlərarası münasibətlər haqqında biliklərə malik olmalıdır (PK-21);
-
qiymətləndirmə prosesi və növləri, məntiqi modul, qərar qəbuletmə, qiymətləndirmədə ölçü şkalası, qiymətləndirmə nəticələrinin təhlili və yekun hesabatı hazırlamağı bacarmalıdır (PK-22);
-
sosial siyasətə dair praktik modellər haqqında məlumata malik olmalıdır (PK-23);
-
müasir ictimai ehtiyaclar və problemlər, sosial problemlərin müəyyənləşdirilməsi üçün istifadə olunan strukturlar, hazırkı sosial təminat proqramları ilə tanış olmalıdır (PK-24);
-
sosial iş prosesində müxtəlif etik prinsiplərə riayət etməyi bacarmalıdır (PK-25);
-
sosial proqramların və xidmətlərin planlaşdırılması və qiymətləndirilməsi yollarını bilməlidir (PK-26);
-
sosial işin fundamental əsaslarını təşkil edən sosial ədalət, etik prinsip və dəyərlər, insan müxtəlifliyi və s. haqqında məlumatı olmalıdır (PK-27);
-
qloballaşmanın mahiyyəti və məzmunu, artmasına təsir edən amillər, kasıb ölkələrdə sosial işə və sosial rifah halına qloballaşmanın təsiri, qloballaşmanın yaratdığı problemləri dəf etmək üçün səmərəli strategiyalar haqqında məlumata malik olmalıdır (PK-28);
-
insanın inkişafında, mütəxəssis hazırlanmasında fiziki sağlamlığın əhəmiyyətini başa düşməli, fiziki mədəniyyət və sağlam həyat tərzinin əsaslarını bilməlidir (PK-29);
-
sağlamlığın qorunması və möhkəmləndirilməsini, psixofiziki qabiliyyətin yüksəldilməsini təmin edən praktik bacarıq və vərdişlər sisteminə yiyələnməlidir (PK-30);
-
həyat və peşə məqsədlərinə çatmaq üçün fiziki tərbiyə, tibbi və mülki müdafiə sahələrində bilik, bacarıq və vərdişlər qazanmağa çalışmalıdır (PK-31).
-
Təhsilin məzmunu və səviyyəsinə qoyulan
minimum tələblər
-
Peşə fəaliyyətinin xarakteristikası
-
Peşə fəaliyyətinin əsas istiqamətləri:
“050813 – Sosial iş” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:
-
elmi-tədqiqat fəaliyyəti;
-
praktik fəaliyyət.
-
Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər
Elmi-tədqiqat fəaliyyəti üzrə:
-
ixtisas üzrə biliklərdən istifadə etmək;
-
məlumatların toplanması və təhlilində müasir üsullardan istifadə etmək;
-
ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək, fənlərarası əlaqələri müəyyən etmək;
-
tədris prosesində kompüter texnologiyasından istifadə etmək.
Praktik fəaliyyət üzrə:
-
ixtisas üzrə elmi seminarlarda çıxış etmək;
-
qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq insanların problemlərini həll etmək, onlara elmi nəzəriyyələrə söykənən optimal yol göstərmək;
-
fəaliyyətini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;
-
insanlarla işləyərkən optimal qərarlar qəbul etmək, idarəetmə və onun metodlarına yiyələnmək.
-
İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları
Fənn bölümü-nün kodu
|
Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)
|
Fənn bölümləri üzrə kreditlərin sayı
|
Fənlər
|
Fənlər üzrə kredit-lərin sayı
|
Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları
|
Təhsil hissəsi
|
HF –B00
|
Humanitar fənlər bölümü
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr aşağıdakıları bilməlidir:
-
Qədim Azərbaycana (Manna, Atropatena) aid ilk tarixi məlumatları, arxeoloji materialları və III-V əsrlərə dair mənbələri;
-
erkən orta əsrlərdə Alban feodal dövlətinin yaranması, ərazisi, inzibati quruluşu, təsərrüfat və mədəniyyətini, ərəb xilafəti tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulmasını;
-
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsini, XIX-XX əsrlərin əvvəllərində mədəniyyətini, kapitalist münasi-bətlərinin inkişafını və milli burjuaziyanın meydana çıxmasını;
-
Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasını, onun daxili və xarici siyasətini, süqutunu;
-
Azərbaycanda sovet hakimiyyəti qurulmasını, 30-cu illərdəki repressiyaları, İkinci Dünya müharibəsi dövründə (1941-1945) xalqın vətənpərvərliyini, mədəniy-yət və iqtisadiyyat sahələrində nailiyyətləri;
-
1991-1993-cü illərdə dövlət müstəqilliyinin bərpasını, Qarabağ müharibəsinin tarixini, ölkədə baş verən siyasi və iqtisadi böhranları;
-
Ümummilli Lider Heydər Əliyevin Respublika iqtisadiyyatının inkişafında və çiçəklənməsində misilsiz rolunu, daxili və xarici siyasətdə əldə edilmiş nailiyyətləri;
-
Azərbaycan dilinin (təlim rus dilində olanlar üçün) fonetikası, morfologiyası və sintaksisini;
-
ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidi həcmində söz ehtiyatı minimumunu, sərbəst və sabit söz birləşmələrini, əsas qrammatik hadisələri, yazılı və şifahi ünsiyyət zamanı fikrini sərbəst ifadə etməyi və s.
bacarmalıdır:
-
Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvür yaratmağı, tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumat verməyi;
-
Azərbaycan Respublikasının dövlət dilində sərbəst danışmağı, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyi;
-
xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyi, xarici dildə olan ədəbiyyat və mənbələrdən istifadə etməyi və s.
yiyələnməlidir:
-
Azərbaycan tarixi haqqında dərin məlumata, Azərbaycan dilində sərbəst danışmaq, xarici dildə oxumaq və yazmaq vərdişinə və s.
|
30
|
HF–B01
Azərbaycan tarixi
HF–B02
Xarici dil
HF–B03
Azərbaycan dili və nitq mədəniyyəti
HF–B04
Seçmə fənlər*
|
6
13
5
6
|
ÜK-1
ÜK-2
ÜK-3
ÜK-4
ÜK-5
ÜK-6
ÜK-7
ÜK-8
ÜK-9
|
İPF – B00
|
İxtisas peşə hazırlığı fənləri bölümü
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:
-
sosial işin metodoloji əsaslarını, tarixini, əsas anlayışlarını;
-
sosial işin elmi tədqiqat metodlarını;
-
sosial işin əsas nəzəriyyələrini və konsepsiyalarının inkişafının müasir tendensiyalarını;
-sosial işin bir elm sahəsi kimi səciyyəsi və predmetini;
-
sosial işin müasir vəziyyətini, tədqiqat istiqamətlərini, ümum-metodoloji aspektlərini;
-
müxtəlif yaş qruplarına malik insanlarla sosial işin xüsusiy-yətlərini;
-
müxtəlif metodlarla müştərinin fərdi-psixoloji xüsusiyyətlərini qiymətləndirməyi;
-müştərinin vəziyyətini düzgün təsəvvür etməyi, onun göstəri-cilərini qiymətləndirməyi və sosial işi həyata keçirmək üçün proqnozlar verməyi;
-
sosial qrupların tədqiqinin metodoloji məsələləri, qruplar-arası münasibətlərin idarə olun-masının psixoloji məsələlərini;
-
müxtəlif yaş dövrlərində şəxsiy-yətin formalaşmasının xüsusiyyət-lərini;
-fövqəladə hallarda heyətin fəaliyyətini, mülki müdafiə üzrə məşğələlərə hazırlığın metodikasını;
-müasir qırğın vasitələri ilə zədələnmişlərə ilkin tibbi yardım göstərməkdə, bakterioloji zədələnmə ocaqlarında epidemiya əleyhinə tədbir tətbiq etməkdə vərdişlər aşılanmasını və s.
bacarmalıdır:
-
tədqiqatların metodoloji təhlilini aparmağı;
-
müştəri ilə aparılacaq işi planlaşdırmagı və təhlil etməyi;
-
müştəri ilə iş zamanı müxtəlif metodları tətbiq etməyi və alınan nəticələri şərh etməyi;
-
müştəri ilə iş zamanı müstəqil mövqeyini elmi cəhətdən sübut etməyi;
-
müştərilərin vəziyyətləri haqqında əsas faktları təhlil etməyi və bunların korreksiya yollarını müəyyən etməyi;
-
müştərinin əsas psixi pozun-tusunu və ifadə dərəcəsini düzgün təyin etməyi, mümkün korreksiya və bərpa imkanlarından yüksək səviyyədə istifadə etməyi;
-
zədədən sonra əmələ gəlmiş funksiyaları bərpa etmək üçün praktik təcrübəyə yiyələnərək onlarla düzgün iş prinsipi qur-mağı;
-
fundamental və tətbiqi psixologiya fənləri üzrə biliklərə əsaslanan üsullardan istifadə etməyi;
-
müştərinin psixoloji vəziyyəti haqqında əsas faktları təhlil etməyi;
-mülki müdafiə üzrə fövqəladə hallarda xilasetməni;
-müasir qırğın vasitələri ilə zədələnmişlərə ilk tibbi yardım göstərməyi və s.
yiyələnməlidir:
-
sosial işin prinsipləri, metod və metodologiyasından istifadə etmək bacarıq və vərdişlərinə;
-
müştəri ilə bağlı faktların təhlili zamanı müstəqil mövqeyini elmi cəhətdən sübut etmək bacarığına;
-
elmi diskussiya aparmaq baca-rığına;
-
müxtəlif üsulları tətbiq etmək və tədqiqat məqsədinə uyğun alınan nəticələri şərh etmək bacarığına;
-
müştərinin vəziyyətini təhlil edib, görüləcək işin məzmununu müəyyənləşdirmək bacarığına;
-
müştərinin psixoloji xüsusiy-yətlərini öyrənmək və təcrübəyə tətbiqinin səmərə-liliyinin yüksəl-dilməsinə yönəldilən tövsiyələr işləmək vərdişlərinə;
-
psixi pozulmalar zamanı dife-rensial diaqnostikanı düzgün təşkil etməyə, xəstəliklərə uyğun korreksiya, profilaktika və reabilitasiya işinin aparılması vərdişlərinə;
-
yaradıcı qabiliyyətləri inkişaf etdirməyə, tədqiqatçılıq fəaliy-yətini səmərəli təşkil etmək bacarığına;
-
alınmış biliklərin köməyi ilə peşəyə hazırlıq səviyyəsinin yüksəldilməsinə praktik tövsiyələr işləmək vərdişlərinə;
-
mülki müdafiə üzrə təxirəsalınmaz işləri yerinə yetirmək bacarığına.
|
180
|
İPF – B01
Riyaziyyat
İPF – B02
İnformatika
İPF–B03
Politologiya
İPF–B04
Sosiologiya
İPF – B05
Məntiq
İPF – B06
Fəlsəfə
İPF – B07
Psixologiya
İPF – B08
MSS anatomiyası və fiziologiyası
İPF – B09
Sosial işə giriş
İPF – B10
Sosial iş təcrübəsində etik prinsiplər
İPF – B11
Sosial iş nəzəriyyəsi və təcrübəsi
İPF – B12
Statistika
İPF – B13
Sosial proqramlar və xidmətlər
İPF – B14
Sosial siyasət
İPF – B15
Fərdlər, qruplar və ailələrlə sosial iş təcrübəsi
İPF – B16
Sosial və iqtisadi mühitin sosial işə təsiri
İPF – B17
Sosial işdə tədqiqat metodları
İPF – B18
Psixi sağlamlıq
İPF – B19
Azərbaycan-da sosial yardım sistemi
İPF – B20 Qloballaşma və beynəlxalq sosial iş
İPF – B21
Sosial psixologiya
İPF – B22
Sosial pedaqogika
İPF – B23
Sosial siyasi təhlil və lobbiçilik
İPF – B24
Sosial işdə idarəetmə
İPF – B25
Mülki müdafiə
İPFS – B00
Seçmə fənlər
(Peşə hazırlığı üzrə*)
|
6
4
4
4
4
4
4
6
7
4
12
6
5
5
5
5
11
6
5
5
5
5
4
5
3
46
|
PK-1
PK-2
PK-3
PK-4
PK-5
PK-6
PK-7
PK-8
PK-9
PK-10
PK-11
PK-12
PK-13
PK-14
PK-15
PK-16
PK-17
PK-18
PK-19
PK-20
PK-21
PK-22
PK-23
PK-24
PK-25
PK-26
PK-27
PK-28
PK-29
PK-30
PK-31
|
TE-B00
|
Təcrübələr və yekun attestasiya
Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsilalan bilməlidir:
-
tədqiqat mövzusunu seçməyi;
-
ədəbiyyat siyahısını tərtib etməyi;
bacarmalıdır:
-
elmi-tədqiqat işi aparmağı, onun nəticələrini təhlil etməyi, alınmış nəticələrin praktiki əhəmiyyətini müəyyənləşdirməyi;
-
yerinə yetirilmiş tədqiqat işini müdafiə etməyi;
-
elmi-tədqiqat işinin nəticələrinin çap üçün hazırlanmasını;
yiyələnməlidir:
-
tədris təcrübəsində iştirak etməyi, ixtisasa dair biliklərini dərinləşdirməyi, elmi-tədqiqat işləri ilə yanaşı, əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi və onların nəticələrini ümumi-ləşdirməyi və buraxılış işində istifadə etməyi və s.
|
30
|
TE-B01
Təcrübələr
TE-B02
Yekun dövlət attestasiyası
|
21
9
|
PK-3
PK-4
PK-7
PK-8
PK-9
PK-11
PK-12
PK-15
PK-16
PK-19
PK-22
PK-23
|
Kreditlərin ümumi cəmi:
|
240
|
|
|
|
*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
-
“050813 – Sosial iş” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:
Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198
Nəzəri təlim, o cümlədən təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154
Tətillər üçün ayrılan həftələr - 38
Yekun attestasiyaya ayrılan həftələr - 6
-
Maddi-texniki, tədris bazası və kadr potensialı
-
Ali təhsil müəssisəsinin “050813 – Sosial iş” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsil alanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
-
Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsil müəssisələrinin elmi dərəcəsi və ya elmi adı olan professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də də cəlb oluna bilər.
-
Tədris prosesinin forma və metodları
-
Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.
-
Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya, Sosial iş” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq, müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.
-
Yekun dövlət attestasiyasına qoyulan tələblər və
qiymətləndirmə
-
Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.
-
Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.
-
Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
-
Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.
-
Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.
-
Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Aparat rəhbərinin müavini Nazirliyi Elm və ali təhsil şöbəsinin
müdiri
_________________Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Səhiyyə, rifahı və xidmət ixtisasları Azərbaycan Respublikası Təhsil
qrupu üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının
hazırlayan işçi qrupun sədri «Sosial-siyasi elmlər» bölməsinin sədri
__________________ Nəsimi Qasımov ________________ Məmməd Əliyev
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Dostları ilə paylaş: |