Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci


Kövrək dağılmadan yaranan yeyilmənin



Yüklə 0,71 Mb.
səhifə10/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
Kövrək dağılmadan yaranan yeyilmənin mahiyyəti odur ki, sürtünmə nəticəsində detalların səthləri kövrəkləşir,daha az kövrəkliyə malik materialdan hazırlanmış detalın səthi ovulmağa başlayır. Bu proses təkrar edildiyi üçün səthlərin yeyilməsi siddətlənir. Belə yeyilməyə diyircəkli yastıqların həlqələrinin, klapanların oturma səthlərinin, əsas və sürgüqolu boyunlarının yeyilməsini misal göstərmək olar. Bu növ yeyilməyə zərbəli yüklər altında işləyən detallarda daha çox rast gəlinir.

Yorğunluq təsirindən əmələ gələn yeyilmə tez-tez yüksək gərginliklərə məruz qalan səthlərdə müşahidə olunur. Bu yeyilmə sürtünən səthlərdə mikroçatlamaların və yarıqların törənməsi ilə xarakterizə edilir. Reduktorların dişli çarxların işçi səthlərində əmələ gələn yeyilmələr bu yeyilməyə misal ola bilər.

Sürtünən səthlərdə detalların materiallarının molekulyar ilişmə qüvvələrinin təsirindən yaranan yeyilməyə molekulyar- mexaniki yeyilmə deyilir.

Sürtünən səthlər tamamilə hamar olmadıqlarından çıxıntılar vasitəsilə yerli kontakt nöqtələrinə malikdirlər. Kontakt nöqtələri vasitəsilə həddindən artıq yüklər ötürüldüyündən yüksək nisbi sürətlərdə temperatur artır, yağ qatı buxarlanır, nəticədə toxunma nöqtələrində metal hissəciklərin ilişməsi yaranır. Mexanizmin sonrakı işləmə anında bu əlaqə dağılır, səthlərin birində çöküklük, digərində isə çıxıntı əmələ gəlir, yəni səthlərin birindən digərinə metal köçürülür. Bu proses təkrarlandıqca yeyilmə artır. Mexanizmlərin uyuşma dövrünə xas olan yeyilmələr molekulyar-mexaniki yeyilməyə misal göstərmək olar.

Sürtünən səthlərin materialları ilə ətraf mühitin qarşılıqlı təsirindən əmələ gələn yeyilməyə korrozion-mexaniki yeyilmə deyilir.

Havanın oksigeni təsirindən detalların səthlərində oksid təbəqəsi əmələ gəlir ki,bu da mexaniki sürtünmə nəticəsində silinir. Korrozion–mexaniki yeyilmə mühərrikin silindr-porşen qrupu detallarında müşahidə olunur (yanacaqlarda kükürdlü və üzvi turşuların olması hesabına korroziya əmələ gəlir).


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin