Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə1/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   52

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

Ümumtexniki fənlər və nəqliyyat” fənn birləşməsi



Avtomobil nəqliyyat vasitələrinin diaqnostikası fənnindən mühazirələr.

Bölmə 1. Diaqnostika, predmeti və sistemi.

Diaqnostikanın əsas anlayışları

Diaqnostikaya aid verilən materialların şərhindən aydın görünür ki, diaqnostika sözü mürəkkəb bir termin olmaqla bərabər bir sıra texniki anlayışlarla (texniki vəziyyət, işləmə qabiliyyəti, resurs, imtina və s.) sıx əlaqədardır.Diaqnostika məsələlərinin şərhinə keçməzdən əvvəl həmin anlayışlarla tanış olaq.

Məlumdur ki, hər hansı bir mexanizmi bir biri ilə qarşılıqlı hərəkətdə olan elementlərdən ibarətdir. Elementlərin arasında əlaqə müəyyən həndəsi kəmiyyətlər ilə qiymətləndirilir. Həndəsi kəmiyyətləri (araboşluqlar, yerdəyişmələr və s.) ümumi halda texniki qurğunun xüsusi halda isə hər hansı bir elementin normal işləmək qabiliyyətini xarakterizə edir. Bu həndəsi kəmiyyətlərə də texniki vəziyyətin parametrləri və yaxud sadəcə qurğunun struktur parametrləri deyilir.Struktur parametrləri, müvafiq fiziki kəmiyyətlər ilə ölçürlər.

Mürəkkəb konstruksiya kimi avtomobildə bir- birinə nəzərən müəyyən texniki şərtlər əsasında yerləşdirilmiş və qarşılıqlı əlaqədə olan elementlərdən ibarətdir ki, bu əlaqələr struktur parametrləri ilə qiymətləndirilir. Istismar zamanı avtomobilin aqreqat və mexanizmlərinin struktur parametrləri özlərinin nominal qiymətlərindən buraxıla bilən sərhəd qiymətlərinə qədər dəyişirlər.Struktur parametrlərinin cari və nominal qiymətləri arasında fərq nəzərdən keçirilən elementin işlənmə keyfiyyətinin nominala görə dəyişməsini göstərir, yəni onun nasazlıq dərəcəsini əks etdirir. Strukturu parametrin cari qiyməti ilə buraxılan sərhəd qiyməti arasındakı fərqi nəzərdən keçirilən elementin qalıq resursunu (ehtiyat xidmət müddətini) müəyyənləşdirir. Avtomobilin və yaxud onun hər hansı bir elementin istismara başladığı andan son həddinə qədər işləmə müddətinə onun resursu deyilir.

Göstərilən hər 2 halda elementin texniki vəziyyəti təyin edilir. Sadə mexanizmlərin texniki vəziyyəti bir, mürəkkəb konstruksiyaların texniki vəziyyəti isə kompleks parametrlərlə qiymətləndirilir.

Avtomobilin texniki imkanlarını qiymətləndirən parametrlərin texniki istismarın normalarına müvafiq gəlmə dərəcəsi, onun texniki vəziyyətini təyin edir. Avtomobil texniki cəhətdən sazdırsa bu o deməkdir ki, onun bütün parametrləri texniki sənədlərdə verilmiş normativ qiymətlərinə uyğundur.

Digər maşın mexanizmləri kimi avtomobilində texniki vəziyyəti, istismar prosesində sabit qalmır, yürüş artdıqca müxtəlif amillərin təsirindən pisləşir.Bunun qarşısını almaq üçün texniki istismarda müxtəlif vasitələrdən istifadə edilir.

Parametrləri texniki sənədlərdə göstərilmiş qiymətlər hüdudunda olmaq sərti ilə avtomobilin öz funksiyasını yerinə yetirə bilmə qabiliyyətinə onun işləmə qabiliyyəti deyilir.

Avtomobilin işləmə qabiliyyəti həmişə tələb olunan səviyyədə saxlamaq üçün onun TQ və CT işlərini yüksək keyfiyyətlə yerinə yetirmək lazımdır, xüsusən təmirə olan ehtiyacı vaxtında müəyyən olunmalıdır.Bunun üçün isə avtomobilin və onun aqreqatlarının istismarı zamanı texniki vəziyyətlərinin dəyişmə qanunauyğunluqları öyrənilməlidir. Texniki vəziyyətin parametrlərinin buraxıla bilən maksimum qiymətləri düzgün təyin etməlidir. İmtinaların və nasazlıqların fiziki mahiyyətləri aydınlaşdırılmalı, profilaktika və təmir xarakterli texniki təsirləri keyfiyyətlə yerinə yetirmək üçün istehsalat elmin yeni nailiyyətləri əsasında qurulmalı və s. məsələlər geniş planda həll edilməlidir.

Avtomobillərin texniki vəziyyətinin yürüşdən asılı olaraq dəyişməsinin əsas səbəbi onun konstruksiyasında müxtəlif xarakterli imtinaların və nasızlıqların yaranmasıdır.

Avtomobillərin texniki istismarından imtina əsas texniki anlayışlardan biridir. Avtomobilin işləmə qabiliyyətinin tam yaxud qismən itirilməsinə imtina deyildir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin