Diaqnostikanın üsulları.
Diaqnostikanın üsullarını müəyyən etmək üçün sistemin texniki vəziyyətini daha düzgün və daha dolğun qiymətləndirən diaqnostik parametr (əlamət) əsas qəbul edilir. Bu məsələyə iki cəhətdən baxılır:
1. Sistemi hərtərəfli xarakterizə edən əsas diaqnostik parametrin ölçülmə üsulu ilə diaqnostika üsulu hesab edilir.
2. İşçi proseslərin parametrlərindən hansının əsas diaqnostik əlaməti düzgün qiymətləndirilməsindən asılı olaraq diaqnostika üsulu müəyyən edilir.
Birinci halda diaqnostika üsulunu müəyyən etmək üçün sistemin stuktur blok-sxemi tərtib edilir ki, bu da onun elementləri ilə struktur və diaqnostik parametrlər arasındakı əlaqəni göstərir.
Sistem, aqreqat, mexanizm
Sistemin elementləri
Struktur parametrləri
Diaqnostik əlamətləri
Diaqnostik parametrləri
Şəkil 9. Sistemin struktur blok-sxemi
Avtomobilin, onun aqreqat və mexanizmlərinin texniki vəziyyətini daha dəqiq və düzgün təyin etmək üçün diaqnostikanın müxtəlif üsullarından istifadə olunur. Bunun üçün diaqnostik üsulda elə bir parametr seçilməlidir ki, bu diaqnostik parametrlərin qiyməti obyektin texniki vəziyyətini daha düzgün qiymətləndirməyə imkan versin.
Avtomobilin kompleks şəkildə işləmə qabiliyyətini qiymətləndirmək üçün işçi proseslərin parametrlərinə görə diaqnostika üsulundan istifadə olunur. Məsələn, mühərrik üçün belə parametrlər onun gücü və yanacaq sərfi , tormoz sistemi üçün tormozlama yolu, transmissiyanın aqreqatları üçün mexaniki itgilər , yəni f.i.ə ola bilər.
Birləşmələrin kipliyinə görə diaqnostika üsulundan mühərrikin porşen – silindr qrupunun , soyutma və yağlama sistemlərinin , şinlərin , avtomobilin hidro və pnevmosistemlərinin texniki vəziyyətini təyin edilməsində istifadə edilir.
Həndəsi ölçülərinə görə diaqnostika üsulu reduktorların, sükan idarəsinin , tormoz mexanizminin,yastıqlarının, şkvorenlərin işləmə qabiliyyətinin təyin edilməsində istifadə olunur.
Diaqnostika üsulları
İçşi paroseslərin parametrlərinə görə
Birləşmələrin kipliyinə görə
Həndəsi ölçülərinə görə
Rəqsi proseslərə görə
Aqreqatların istilik vəziyyətlərinə görə
İstismar materiallarının tərkibinə görə
Şəkil 10. Diaqnostikanın üsulları
Mühərrikin və transmissiya aqreqatlarının ümumi halda texniki vəziyyətlərinin öyrənilməsi üçün rəqsi proseslərə görə diaqnostika üsulundan istifadə olunur.
Kipliyə görə diaqnostika üsulunda - silindr qrupunun kipliyi kompressometr cihazı ilə ölçülür. Kompressometr silindrlərin alışdırma şamlarının və ya forsunkaların yuvaları vasitəsilə birləşdirilir. Kompressiya silindr – porşen qrupu detallarının texniki vəziyyətindən asılı olduğu kimi klapanların kipliyindən də çox asılıdır.
İstismar materiallarının tərkibinə görə diaqnostika üsulu mühərrikin detallarının yeyilmə gərginliyinin qiymətləndirilməsində (karter yağının tərkibi analiz edilməklə) işlədilir. Bu diaqnostika üsulundan yanmış qazların tərkibinin öyrənilməsi üçün də istifadə edilir.
Diaqnostika üsullarının əsas müsbət xüsusiyyəti ondan ibarətdir ki, onlar avtomobilin həm dinamiki, həm də ststiki vəziyyətlərində istifadə edilə bilirlər. Belə ki, işçi proseslərin qiymətləndirilməsi dinamikada, həndəsi ölçülərin təyin edilməsi statikada öyrənilir.
İkinci halda, yəni işçi proseslərin parametrlərindən hansının əsas diaqnostik əlamət kimi qəbul edilməsindən asılı olaraq aşağıdakı diaqnostika üsullarından istifadə edilir:
a) akustik; b) vibrometrik; v) funksional; q) qarışıq (kombinəedilmiş) diaqnostikalar.
Dostları ilə paylaş: |