Akustik diaqnostikada diaqnostik əlamət kimi səs siqnallarından istifadə edilir. Bu üsul bir çox mexaniki sistemlər üçün tətbiq edilə bildiyindən universal diaqnostika üsulu hesab edilir. Çünki elastik rəqslərin yaranmasında sistemin bütün elementləri iştirak edir. Buna görə akustiki siqnallar bütün kinematik birləşmələrin texniki vəziyyəti haqqında kifayət qədər məlumat daşıyırlar. Sistemin texniki vəziyyəti səs siqnallarını qiymətləndirən parametrlərin cari qiymətləri ilə buraxıla bilən qiymətlərinin müqayisə edilməsi nəticəsində təyin edilir.