Diaqnostika avadanlığı
Avtomobilin texniki vəziyyətinin təyin edilməsi (diaqnostika prossini aparmaq) üçün diaqnostika avadanlığından isrifadə olunur. Diaqnostika avadanlığı olmadan avtomobilin və ya onun aqreqatlarının işləmə qabiliyyətini qiymətləndirən parametrlərin kəmiyyət göstəricilərini təyin etmək (özü də yoxlanılan sistemi sökmədən) mümkün deyil.
Əgər diaqnostikanın ilk inkişaf mərhələlərində sadə stendlərin, qurğuların, cihazların və digər tərtibatların təkmilləşdirilməsi üzərində elmi-tədqiqat işləri aparılırdısa da, hazırda avtomobilin texniki vəziyyətinin təyin olunması üçün avtomatik təsir edən diaqnostika vasitələri tətbiq edilir.
Diaqnostika avadanlığının əsas vəzifəsi diaqnostik parametrləri ölçməkdir. İlk diaqnostika vasitələrinin mənfi cəhəti ondan ibarət idi ki, onlar ancaq avtomobilin ayrı-ayrı aqreqat və mexanizmlərinin texniki vəziyyətlərinin təyin edilməsinə imkan verirdilər. Bu avadanlıqlar diaqnostikanın ANM-də inkişaf etdirilməsində mühüm rol oynasalar da, geniş yayıla bilməzdilər. Lakin avtomobilin ümumi texniki vəziyyətini qiymətləndirməyə imkan verən diaqnostika stendlərinin yaranması üçün zəmin yaratdılar.
İstehsal edilən diaqnostika stendləri içərisində dinamometrik inersiyalı və güc stendləri çoxluq təşkil edirlər. Bu stendlərə misal olaraq dövlət elmi-tədqiqat və texnoloji institutu tərəfindən buraxılan “КИ – 4856” markalı (avtomobilin dartıcı keyfiyyətlərini yoxlamaq üçün), “КИ – 4998” markalı (tormoz sisteminin texniki vəziyyətini təyin etmək üçün), “КИ – 4872” markalı ( qabaq təkərlərin bucaqlarını yoxlamaq üçün) stendləri misal göstərmək olar.
Avtomobilin texniki vəziyyətinin təyin edilməsi üçün diaqnostika stansiyalarını da (СД-3, К-453, К-455) işlənmə sahələri çox böyükdür.
Minik avtomobillərinin diaqnosika edilməsi üçün TXS –də səyyar tipli vasitələrdən (ПДС – 2 М) istifadə edilir. Yük avtomobillərinin texniki vəziyyəti Moskva peşə texniki institutunda işlənilmiş universal diaqnostika stansiyası (ЛВ – 39 – УСДА) vasitəsi ilə müəyyən edilir.
Hazırda avtomobilin texniki vəziyyətinin avtomatik surətdə təyin olunmasına imkan verən avtomatların və məntiqi maşınların yaradılmasına xüsusi fikir verilir.
Dostları ilə paylaş: |