Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə40/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   52
Sürətlər qutusunda baş verən imtina və nasazlıqlar aşağıdakılardır:

  • valların , yastıqların, fiksatorların, dişlərin yeyilməsinə, dişli çarxların tam birləşməsinə görə birləşməməsinə görə ötürmələrin öz- özünə çıxması;

  • ilişmə muftası qüvvə ötürücü mexanizmləri tam ayırmadıqda və ya sinxronizatorda nasazlıq olduğu halda ötürmələri keçirdikdə səslərin yaranması;

  • elektromaqnitlərin sıradan çıxdığı və klapanlarda nasazlıqlar baş verdiyi üçün kipkəclərin dağılması təsirindən ötürmələrin keçməməsi;

  • ötürmələrin keçirilməsini avtomatik tənzim edən sistemin normal işləməməsi;

  • ötürmələrin keçirilmə momentinin avtomobilin hərəkət sürətinə uyğun gəlməməsi nəticəsində nasazlıqların və imtinaların əmələ gəlməsi;

  • yağ nasoslarının detallarının yeyilməsi və yağın birləşmələrdən sızması təsirindən hidrosistemdə təzyiqin aşağı düşməsi;

  • disklərdə yeyilmənin yüksək olması və ya onların qabarması üzündən yağın temperaturunun artması .

Arxa körpüdə imtina və nasazlıqların əsas əlamətləri normadan artıq titrəmələr, səslər, araboşluqlar, mexaniki itgilər, qızma və s.-dir. Bunlar çarxların dişlərinin sınması və ya yeyilməsi, yastıqların, valların yastıq oturan yerlərinin (sapfaların) yeyilməsi, dişli çarxlarda və yastıqlarda nizamlamaların pozulması nəticəsində baş verir.

Ötürmələr və paylayıcı qutular, arxa körpü lüftlərə, titrəmələrə və aqreqatların qızma hallarına görə diaqnostika edilir. Lüftü təyin etmək üçün dinamometrik- lüftomer adlanan cihazdan istifadə edilir. Aqreqatlarda lüftlər 20-25Nm moment təsirində ölçülür. Lüftün qiyməti atomobilin yürüşü ilə düz mütənasibdir.

Transmissiyanın ümumi lüftü 70°-dən, arxa körpünün lüftü 65°-dən, ötürmələr qutusunun lüftü 15°-dən və kardan valının lüftü isə 6°-dən çox olmamalıdır. Titrəmələr qaçış barabanlı dinamometrik stendlərdə müxtəlif yük və sürət rejimlərində təyin olunur.Reduktorlar termiki diaqnostikadan keçirildikdə vericisi(maqnit tipli) və ölçmə qurğusu olan cihazdan istifadə edilir. Güc diaqnostika stendində avtomobil böyük yük rejimində işlətməklə yoxlanılan aqreqatın temperaturu ölçülür, normativ göstərici iulə müqayisə olunur və onun texniki vəziyyəti haqında mühakimə yürüdülür.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin