Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə43/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
Sükan idarəsinin diaqnostikası

Sükan idarəsi hərəkətin təhlükəsizliyinə bilavasitə təsir edən avtomobilin tormoz sistemindən sonra ikinci əsas orqanıdır. Statistik məlumatlara əsasən yol-nəqliyyat hadisələrinin 15%-ə qədəri sükan idarəsinin texniki cəhətdən saz olmaması üzündən baş verir.



İstismar prosesində sükan idarəsində aşağıdakı nasazlıqlar baş verir: sükan çarxının sərbəst gedişi, sonsuz vint yastıqlarında , sonsuz vintlə diyircək arasında araboşluq artır, sonsuz vintin və onu diyircəyinin dişləri zədələnir, sükan dartqılarında detalların qarşılıqlı yerdəyişmələri yüksəlir, eninə dartqıda əyilmə gərginliyi yaranır, sükan mexanizminin karterini bərkidən elementlər boşalır və s.

Bu prametrlərin yerdəyişmə səbəbləri sükan mexanizminin və ötürücünün detallarının yürüşdən asılı olaraq təbii yeyilmə prosesinə məruz qalmalarıdır. Sükan ötürücüsünün detalları (oynaqları) açıq birləşmələr olduqları üçün daha sürətlə yeyilirlər. Çünki həmin birləşmələrə ətraf mühitdən toz, palçıq, su daxil olur ki, bunlar detalların normal yağlama şəraitini pozur. Nəticədə hissələrin ömür uzunluğu azalır.

Sükan idarəsinin texniki vəziyyətini təyin etdikdə diaqnostik parametr kimi sükan çarxının sərbəst gedişi (lüftü) və çarxa tətbiq edilən qüvvənin qiyməti əsas götürülür.

Müasir avtomobillərdə sükan çarxının lüftü 10-15° arasında dəyişir. Sükan çarxına tətbiq edilən qüvvə uzununa dartqının ayrılmış vəziyyətində 13-23N(yük avtomobilləri üçün) və 7-12N (minik avtomobilləri üçün) arasında olmalıdır.Dartqının birləşmiş və təkərlərin asılmış vəziyyətində bu qiymət 40-60N həddində dəyişir.

Sükan idarəsini diaqnostika etdikdə ilk növbədə sükan çarxının lüftü və ona tətbiq edilən qüvvənin qiyməti ölçülür. Sonra sükan ötürücüsünün dartqılarının texniki vəziyyəti yoxlanılır.

Sükan çarxının lüftü onun çənbərinə lüftü onun çənbərinə bağlanmış dinamometr –lüftomer adlanan cihazla təyin edilir. Ölçmə prosesində detallardakı elastik deformasiyanın təsirini yox etmək məqsədilə çarxın çənbərinə 10N qüvvə tətbiq edilir. Hidrogücləndiriciləri olan sükan idarələrində sükan çarxının lüftü mühərrik işləyərkən təyin edilir. Əks təqdirdə çarxın lüftü böyük alınır.

Sükan çarxının lüftündən başqa sükan dartqılarının birləşmələrində araboşluqları da yoxlamaq lazımdır. Sükan mexanizminin sonsuz vint yastıqlarının da araboşluğu sükan çarxının topunun kolonkaya nəzərən ox boyu yerdəyişməsinə görə müəyyən edilir. Sonsuz vintlə diyircək arasındakı araboşluğu isə sükan dartqısının ayrılmış vəziyyətində soşka valının uzununa yerdəyişməsinə nəzərən təyin edilir. Sükan mexanizminin detallarında yaranan sürtünmə qüvvələri dinamometrə edilən təsir qüvvəsinə görə aydınlaşdırılır.

Sükan idarəsində nizamlama işləri sükan dartqılarının birləşmələrində və sükan mexanizmində araboşluqların aradan qaldırılmasından ibarətdir. Bunu üçün sükan mexanizmində sonsuz vint yastıqlarındakı, sonsuz vintlə diyircək arasındakı araboşluqlar, sükan ötürücüsündə isə uzununa dartqının şarnirlərinin yerdəyişməsi normal vəziyyətə gətirilməlidirlər.

Sonsuz vintin diyircəkli yastıqlarının ox boyu araboşluğu sükan mexanizminin karterinin alt qapağı altındakı araqtlarının dəyişdirilməsi hesabına (uzununa dartqının ayrılmış vəziyyətində) nizamlanır.

Sükan idarəsində hidrogücləndiricinin işləmə qabiliyyəti sistemdə mayenin kifayət qədər olmasından, süzgəcin vaxtında təmizlənməsindən, birləşmələrin kiplik dərəcəsindən, nasos qayışının tarımlıq qiymətindən və s-dən asılıdır ki, bunlar da nizamlama işlərinin tərkibini təşkil edir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin