Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə49/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
sabit cərəyan generatorlarında baş verən nasazlıqlara misal olaraq aşağıdakıları göstərmək olar: fırçaların yeyilməsi, fırça tutucu yayaların sınması ( və ya zəifləməsi), kollektorun çirklənməsi, qayışın tarımlığının pozulması və s.

Generatorun diaqnostika edilməsi üçün blok-sxema tərtib edilir ki, bununla da texniki vəziyyətin təyin olunma üsulu müəyyən edilir. Tərtib olunmuş blok sxema generatorun elementləri, struktur və diaqnostik parametrləri arasındakı asılılığı xarakterizə edir. Generatorun texniki vəziyyəti ilk növbədə onu xaricdən nəzərdən keçirməklə müəyyən edilir. Bundan əlavə diaqnostika zamanı generatorun müxtəlif rejimlərdə yük və sürət xarakteristikaları, qızma dərəcəsi, onun elementlərinin (lövbər, kollektor, fırça) texniki vəziyyəti, generatorun işində kənar səslərin olub-olmaması və s. aydınlaşdırılır.

Generator müşahidə üsulu ilə yoxlanıldıqda onun çirklənmə dərəcəsi, bərkidilməsi, fırçaların və qayışın tarımlığı təyin edilir. Generatorda temperaturun 50...60 0S-dən artıq yüksəlməsi onda nasazlıqların ola biləcəyinə dəlalət edir. Generatorun qayışı normadan artıq qüvvə ilə çəkildikdə onun yastıqları gərginləşir. Temperatura xüsusi ölçü cihazları və ya adi termometrlə ölçülə bilər. Generatorların işində səslərin, döyüntülərin olması yastıqların və fırçaların normal çəkilməməsini xarakterizə edir. Səsin səviyyəsi xüsusi səs ölçənlərlə təyin olunur.

Bu deyilənlərdən başqa generatorun işləmə qabiliyyəti boş işləmə və tam yüklənmə rejimlərində mühərrikin kiçik dövrlər sayında və cərəyan vermə başlanğıcının qiymətinə görə yoxlanılır. Sınaq zamanı alınan dövrlər sayı müvafiq texniki göstəriciləri ilə (diaqnostik parametrin buraxıla bilən qiymətləri ilə) müqayisə edilir və generatorun texniki halı haqqında mühakimə yürüdülür.

Generatorun və nizamlayıcı relenin diaqnostikasında voltmetrdən, ampermetrdən və etalon yüklənmə rejimlərini yoxlamaq üçün quruluşlardan istifadə edilir.

Dəyişən cərəyan generatorunun diaqnostika prosesi analoji olaraq (sabit cərəyan generatorunda olduğu kimi) aparılır. Burada əsas nasazlıq gərginliyin aşağı düşməsi və ya tamamilə olmamasıdır. Nəticədə akkumulyator batareyası normal doldurulur. Burada əks cərəyan relesi olmadığı üçün (onun rolunu generatorun konstruksiyasında nəzərdə tutulmuş düzləndiricinin diodları yerinə yetirir) generatorun işləmə qabiliyyətini və məhdudlaşdırıcı cərəyanın qiymətini yoxlamaq kifayətdir (nasaz generator təmirə göndərilir, gərginlik isə nüvə yayının gərilməsini dəyişməklə nizamlanır).

Generatorun işləmə qabiliyyəti cərəyan tələb edən bütün elementlərinin dövrəyə qoşulmuş vəziyyətindəki gərginliyə görə qiymətləndirilir. Lakin belə yoxlama üsulu stator dolaqlarında qısa qapanmanın olması, onların qırılması kimi nasazlıqları aşkar edə bilmir. Belə nasazlıqlar gərginlik diaqramlarının (osilloqram) çıxarılması ilə müəyyən edilir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin