Şəkil 2.8. Dördqütblü
İki nöqtəsi fiksə olunmuş elektrik dövrələri i k i q ü t b l ü l ə r adlanır: məsələn, R, L, C dövrə elementləri, diod və s. Bir çox mürəkkəb elektrik dövrələrinin ekvivalent sxemlərini də ikiqütblülər şəklinə gətirmək olar.
Dördqütblüləri bir sıra əlamətlərinə görə təsnifata ayırmaq olar. Daxilində çərəyan və ya e.h.q. mənbələri olan dördqütblü a k t i v, mənbə olmayan halda isə p a s s i v dördqütblü adlanır. Dördqütblülər x ə t t i və q e y r i - x ə t t i olur. Xətti elementlərdən təşkil olunmuş dördqütblü x ə t t i dördqütblü, tərkibinə qeyri-xətti element daxil olan dördqütblü isə qe y r i - x ə t t I d ö r d q ü t b l ü adlanır. Biz burada xətti dördqütblülərə baxacağıq. Qeyd edək ki, zəif siqnallar halında, gərginlik və cərəyanın kifayət qədər kiçik qiymətlərində tranzistor, elektron lampası və s. kimi qeyri-xətti elementlər daxil olan qeyri-xətti dördqütblünü xətti hesab etmək olar. Dördqütblünün giriş və çıxışının yerini dəyişdikdə onu xarakterizə edən münasibətlər dəyişmirsə, buna s i m m e t r i k d ö r d q üt b l ü deyilir.
Xətti dördqütblüdən mürəkkəb siqnalların keçməsi məsələsini nəzərdən keçirək.
Dostları ilə paylaş: |