Şəkil 2.4. Periodik siqnalın amplitud (a) və faza (b) spektrləri
Şəkil 2.5. Düzbucaq şəkilli impuls siqnallar ardıcıllığı (a) və onun amplitud spektri (b)
İnsan qulağı rəqslərin fazasına reaksiya vermədiyindən danışıq siqnallarının spektrini ifadə etmək üçün yalnız amplitud sektroqramları kifayət edir. Amplitud spektroqramında danışıq və musiqi siqnalları spektri 20Hs - 20kHs, televiziya videosiqnalları 6MHs, teleqraf siqnalları isə 100-500Hs tezliklər diapazonunu tutur.
2. Qeyri-periodik siqnalların spektral təsviri. Spektral üsulun qeyri-periodik siqnallar halında tətbiq edilməsi nisbətən mürəkkəbdir. Qeyri-periodik s(t) siqnalı tezlikləri diskret deyil, kəsilməz qiymətlər alan harmonikaların cəmi şəklində ifadə etmək mümkündür. Belə spektr k ə s i l m ə z s p e k t r adlanır. Nümunə üçün şəkil 2.6-da düzbucaqşəkilli impulsun kəsilməz spektri göstərilmişdir. Tək impuls qeyri-periodik olduğu üçün onun spektri kəsilməzdir. Periodik təkrarlanan impulslar ardıcıllığı üçün isə bu spektr diskret spektrə çevrilir. Siqnalın spektrindən onun tutduğu tezlik zolağının enini təyin etmək üçün istifadə edilir.
Şəkil 2.6. Düzbucaqşəkilli impuls (a) və onun spektral xarakteristikası
Dostları ilə paylaş: |