§ 2.9. Mürəkkəb elektrik süzgəcləri (filtrləri).
Əvvəlki paraqraflarda baxılan tək və rabitəli rəqs konturların filtrləmə xassələrinə malik olmalarına baxmayaraq, rəqsləri müəyyən tezlik intervalında tamamilə buraxmağa və ya kəskin söndürməyə qadir deyildir; onların seçiciliyi bu məqsəd üçün kifayət deyil. Mürəkkəb rəqslərdən müəyyən tezlikli toplananları seçmək və ya söndürmək üçün daha mürəkkəb sxemlərdən istifadə olunur. Kəskin tezlik seçiciliyinə malik olan xətti dövrələr e l e k t r i k f i l t r l ə r i (süzgəcləri) adlanır. Filtr müəyyən tezlik intervalında rəqsləri buraxmalı, qalan tezliklərdə isə söndürməlidir. Buraxılan tezlik oblastına filtrin ş ə f f a f l ı q z o l a ğ ı, buraxılmayan tezliklərin təşkil etdiyi oblasta isə q e y r i - ş ə f f a f l ı q zolağı deyilir. Bu iki oblastı ayıran tezlik filtrin s ə r h ə d t e z l i y i adlanır. Şəffaflıq zolağına görə filtrlər aşağıdakı növlərə bölünür: alçaqtezlikli, yüksək tezlikli, buraxan zolaqlı və buraxmayan zolaqlı (maneəli) filtrlər.
Elektrik filtrləri passiv və aktiv ola bilər. Passiv filtrlər R, L, C passiv elementlərdən təşkil olunur. Aktiv filtrlərin tərkibində isə bunlarla yanaşı, gücləndirici aktiv elementlər də olur. Belə filtrlər bir - birinə ardıcıl və paralel birləşdirilmiş müqavimətlərdən ibarət dördqütblülərdən təşkil olunur (şəkil 2.20).
b)
c)
a)
Şəkil 2.20.Q-şəkilli (a), T-şəkilli (b) və П-şəkilli (c) elektrik filtrlərinin sxemləri.
Müqavimətlərin yerləşməsinə görə filtrlər Q-şəkilli, T-şəkilli və П-şəkilli olur. П və T-şəkilli filtrlərin sxemlərinin daha mürəkkəb olmasına baxmayaraq, praktikada bunlardan daha geniş istifadə olunur. Belə filtrlərin üstün cəhəti giriş və çıxışın simmetrik olmasıdır ki, bu da generator və yükün yerlərini dəyişməyə imkan verir. Şəffaflıq zolağında filtr siqnalları mümkün qədər az zəiflətməlidir. Buna görə də filtrləri az enerji itkisinə malik elementlərdən təşkil etmək lazımdır. Bu baxımdan filtrlərin elementləri reaktiv müqavimət xarakterli olmalıdır. Tezlikdən asılılıqları bir-birinin əksinə, yəni , və ya , olan iki müqavimətin hasili Z1Z2=k2 (burada k-sabit ədəddir) tezlikdən asılı olmur. Belə elementlərdən təşkil olunmuş filtrlər k -tip filtrlər adlanır.
Filtrin əsas göstəricisi onun tezlik xarakteristikasıdır. Filtrin tezlik xarakteristikası α -sönmə əmsalının və ya K-ötürmə əmsalının giriş siqnalının tezliyindən asılılığına deyilir. α - sönmə əmsalı gərginliyə görə ötürmə əmsalı ilə tərs mütənasib olub, filtrdən keçən siqnalın sönmə dərəcəsini təyin edir:
(2.21)
Əgər şəffaflıq zolağında α=0 qeyri-şəffaflıq zolağında isə belə filtr i d e a l f i l t r adlanır. Qeyd edək ki, real filtrlərin xarakteristikaları ideal filtrlərin xarakteristikasından fərqlənir.
Filtri təşkil edən elementar dövrələrin hər birinin çıxış müqaviməti ondan sonra gələn elementar dövrənin giriş müqavimətinə bərabər olarsa, belə filtrlər u z l a ş m ı ş f i l t r l ə r adlanır.
Dostları ilə paylaş: |