Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti



Yüklə 109,88 Kb.
tarix18.10.2022
ölçüsü109,88 Kb.
#118373
mikroiqtisadiyyat


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

İXTİSAS:Beynəlxalq ticarət və logistika
KURS: II
QRUP: 910A
FƏNN: Mikroiqtisadiyyat
MÜƏLLİM:Musayev Rauf
TƏLƏBƏ:Mehriban Əliyeva

İnflyasiyanın səbəbləri və sosial-iqtisadi nəticələri
İnflyasiyanın səbəbiləri çox məhəllidir.Adətən inflyasiyanın tərkibində pul tələbatı və mal kütləsinin uyğunsuzluğu durur, yəni mal və xidmətlərə tələbat əmtəə dövriyyəsini artıqlayır, bu səbəbdən istehsalçılar xərclərin səviyyəsindən asılı olmayaraq qiymətləri artırırlar. Tələb və təklif arasında qeyri-mütənasiblik, gəlirlərin istehlak xərclərindən az olması dövlət büdcəsində defist yarada bilər (dövlətin xərcləri gəlirlərindən artıq olur); həddən artıq investisiya qoyuluşuna səbəb ola bilər (investisiyanın həcmi iqtisadiyyatın imkanlarını ötür); istehsalatın və əmək məhsuldarlığının artmasına nisbətən əmək haqqının daha yüksək templə artması, tələb və başqa faktorların strukturunda əyintilik yaradan dövlət tərəfindən əsaslandırılmamış qiymət qoyma yarada bilər. İnflyasiyanın əmələ gəlmə səbəbləri həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən mədaxilin azalması, xarici ticarət və ödəniş balansının mənfi saldosu aid edilir. Daxili səbəblərə ölkə, hökümət daxilində inflyasiyaya səbəb olan prosesləri aid etmək olar. İnflyasiya probleminin çətinliyi ondadır ki, pul vəsaitinin miqdarını malların miqdarına uyğunlaşdırmaq çətindir, ancaq istənilən həcmdə pul buraxmaq o qədərdə çətin deyil və praktiki olaraq heç bir xərc tələb etmir. Bu amil pul vəsaiti buraxmaq ixtiyarında olanlar üçün böyük həvəs yaradır. Əlbətdə bolluq, artıqlıq pulu qiymətdən salır.
Doğurdan da inflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib məsələdir. İnflyasiyanı yaradan səbələrə aiddir konkretləşdirək.:

  • İqtisadiyyatın hərbiləşdirilməsi: Xüsusən iqtisadiyyatın hərbiləşdirilməsi ilə əlaqədar investisiyalar inflyasiya təhlükəlidir. Məsələn: milli gəlirlərin hərbi məqsədlər üçün qeyri istehsal sahələrinə istifadə edilməsi, nəinki içtimai sərvətin itirilməsi eyni vaxtda hərbi maliyyələşdirmə, əlavə ödəniş qabiliyyətli tələb yaradır və mal əmtəə ilə təmin olunmamış pul vəsaiti artımını yaradır. Hərbi xərclərin artımı dünyanın əksər ölkələrində dövlət büdcəsinin xroniki kəsri və dövlət borclarının artmasının əsas səbəblərindən biridir. Hansı ki, onları örtmək üçün dövlət pul vəsaitini artırır.

  • Azad rəqabətin inhisarla əvəz olunması. Bazar münasibətləri şəraitində qiymətlər tələb və təklif qanunları əsasında müəyyən olunur.Lakin qeyri-azad bazarlar,inhisarlar qiymətlərin qalxmasına səbəb olur. İnhisarlar iki isiqamətdə infilyasiya yaradır.

Birinci halda yüksək inhisar qiyməti qoymaqla süni sürətdə qiymətləri qaldırırlar ki, bu da infilyasiyaya səbəb olur.
Ikinci halda inhisarlar müasir texnikadan istifadə edərək məhsulu ucuz qiymətə əldə edir lakin, bazarlarda yüksək qiymətlərlə reallaşdırırlar.

  • Gəlirlərin yenidən bölgüsü. Gəlirlərdəki qeyri-bərabərliyin güclənməsinin qarşısını almaq üçün dövlətin gəlirlərin yenidən bölgüsünə müdaxilə etməsi də dolayı yolla infilyasiyaya səbəb olur.

Gəlirlərin yenidən bölgüsü nəticəsində yüksək mənfəət əldə edən edənlərin mənfəətlərinin bir hissəsi vergi şəklində büdcəyə cəlb olunur və transfer ödəmələr nəticəsində əhalinin az təminatlı hissəsinə verilməsi onlarda istehsalın sonrakı inkişafına marağı azaldır.Çünki, mənfəətlərin bir hissəsindən məhrum olurlar.Dövlətin köməyinə arxayın olanlar istehlaka daha çox meyilli olurlar, nəinki yığıma.Bu isə makroiqtisadi tarazlığı pozur,nəticədə istehsal ixtisar olunur, əmtəə təklifi azalır qiymətlər artır.

  • Pul kredit və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da infilyasiyaya səbəb olur. Belə ki, dövlət faiz dərəcəsini qaldırmaqla süni sürətdə krediti bahalaşdırır. Bəzi müəssisələr yüksək faiz dərəcəsini ödəmək üçün əmtəələrin qiymətini artırır. Həmçinin düzgün olmayan vergi siyasəti nəticəsində , yəni mənfəətdən alınan verginin artırılması istehsala sərmayə qoyuluşunu azaldır.Buna müvafiq olaraq istehsal azalır.Belə olan halda istehsal azalır əmtəələrin qiyməti artmağa başlayır.

  • Büdcə kəsrinin mövcudluğu. Hər bir ölkənin büdcəsində az və ya çox dərəcədə büdcə kəsiri problemi mövcuddur. Dövlət gəlirlərinin xərclərdən az olması nəticəsində dövlət büdcəsinin kəsrinin artması və büdcə kəsirinin yerinin doldurmaq üçün tədavülə yeni pul kütləsinin buraxılması infilyasiyaya səbəb olur.

  • Pul tədavülü qanununa əməl olunmaması. Real iqtisadiyyatda pulun miqdarı heç də pul tədavülü qanununun tələblərinə uyğun tənzimlənmir. Məlumdur ki, pul tədavülü mərkəzi bankın inhisarındadır.Zəruri halda dövlət pul kütləsinin təklifini artırır bu da infilyasiyaya səbəb olur.

  • Dördüncü, inflyasiyanın gözlənilməsi nəticəsində inflyasiya özü-özünü saxlayıcı xarakter alır. İnflyasiya siyasi qeyri-sabitlik nəticəsində özü-özünü yaradır. İnflyasiyanın səbəblərini araşdırarkən iqtisadçılar tələb inflyasiyası (alıcıların inflyasiyası) və xərclərin inflyasiyası (satıcıların inflyasiyası) arasında fərqlənmələr gətirirlər. Mahiyyətcə bu adətən bir-biri ilə əlaqədar, ancaq eyni olmayan səbəblərdir. Biri tələb tərəfindən (alıcılarda artıq pul vəsaiti), o biri müəssisələr tərəfindən (istehsal xərclərinin artımı) olan səbəblərdir.

  • Sərmayə qoyuluşunun həcmi. Bir qayda olaraq, iqtisadiyyatda iri miqyaslı sərmayə qoyuluşları mövcud iqtisadi imkanlardan çox olduqda məcmu tələblə məcmu təklif arasında uyğunsuzluq baş verir. Belə ki, iri miqyaslı sərmayə qoyuluşları faiz dərəcəsinin səviyyəsindən, cari və gələcək gəlirlərdən asılıdır.Tədiyyə qabiliyyətli tələbin ödənilməməsi əmtəələrlə təmin olunmayan pul kütləsinin artmasına səbəb olur.

  • Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması. İstehsalda əmək əmək məhsuldarlığının yüksəldilməsinə nisbətən ümumi əmək məsrəflərində canlı əmək məsrəflərinin xüsusi çəkisi artır.Bu da ümumi istehsal xərclərində əmək haqqının xüsusi çəkisini artırır.Bütövlükdə istehsal xərcləri artdığından məhsulun qiyməti də yüksəlir və infilyasiya baş verir.

  • Xarici iqtisadi amillər. İnfilyasiyanın baş vermə səbəbləri xarici amillərlə də əlaqədardır.Məlumdur ki, əmək bölgüsü nəticəsində ayrı-ayrı ölkələr dünya iqtisadiyyatına qovuşurlar.Bir ölkədə baş verən proseslər başqa ölkəyə də tə`sir edir.

D. Keynsin davamçıları öz nəzəriyyələrində inflyasiyanın başlanmasını tam məşğulluq şəraitində həddən artıq tələblə, ancaq neoklassiklər əksinə istehsalat xərclərini yəni təklifin artması ilə izah edirlər. Deməli, iki alternativ konsepsiya ayrılır: tələb inflyasiyası və xərclərin inflyasiyası.
Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsində qiymətlərin artması deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili qiymətlərin (bütün növ qiymətlərin) dünya qiymətləri səvviyəsinə çatdırılması, əmək haqlarının qaldırılması, monopolist firmalar tərəfindən qiymətlərin aşağı salınması və s-dir.
Əmək haqqlarının qaldırılması infilyasiyanı meydana çıxarır.İri həmkarlar ittifaqı xərclərin müəyyən hissəsini təşkil edən əmək haqqının böyük həcmdə artılmasını tələb edir və nail olurlar. Onlar həmçinin həmkarlar ittifaqının üzvü olmayan fəhlələrində əmək haqqının yeni standartlarını müəyyən etmiş olurlar. Əgər bütün ölkə miqyasında əmək haqqının artması hər-hansı bir əks təsir faktorla (məsələn: bir saatda buraxılmış məhsul həcminin artması) tarazlaşdırılmırsa, onda məhsul vahidinin istehsalına xərclər artır. İstehsalçılar belə hallarda bazara çıxarılan mal və xidmət istehsalatının ixtisarı ilə cavab verirlər. Dəyişməz tələbat şəraitində təkliflərin bu cür azalması qiymətlərin səviyyəsinin artmasına gətirir. Beləliklə, əmək haqqının artması qiymətlərin artmasına, qiymətlərin artması isə əmək haqqının artmasına səbəb olur və s. «Qiymət - əmək haqqı» spiralı əmələ gəlir.
Spiralın iknci nöqtəsini dövlət büdcəsinin xərcləri təşkil edir. Sabitləşdirici proqramlar çərçivəsində hökümət öz xərclərinin azaldılmasına getməyə məcburdur və bununla son tələbatı azaldır. Bu isə öz növbəsində istehsalatı daha da azaldılmasına və sonrakı vergi daxilolmalarının azaldılmasına gətirib çıxarır.
Spiralın üçüncü nöqtəsini monopolist firmalar tərəfindən bazarda qiymətlərin kəskin aşağı salınması yolu ilə kiçik istehsalçıların bazardan sıxışdırılıb çıxarılması təşkil edir. Sonra isə onlar bazarda nisbətən yüksək qiymətlər diktə edir ki, bu inflyasiyanın bir mənbəyidir.
Tələb inflyasiyası:Tələb inflyasiyası Keynsçi analizin məhsuludur. Belə ki, tam məşğulluq şəraitində olan iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə bazarında əmtəələrə olan tələbin artmasına səbəb olacaq və qiymətlər qalxacaq.Yəni, tələb infilyasiyası o zaman meydana gəlir ki, pul gəlirləri məhsul və xidmətlərdən artıq olsun. Əmtəə və xidmətə olan tələb artımı istehsal amillərinə olan tələbi də yüksəldəcək. Beləliklə, tam məşğulluq zamanı həm istehlak məhsulları bazarında, həm də istehsal amilləri bazarındakı məcmu tələb artımı inflyasiyaya səbəb olacaqdır. Tələb artımının inflyasiyaya səbəb olması hamı tərəfindən qəbul edilir. Lakin tələbin artım səbəbi ilə bağlı fikir ayrılığı vardır. Monetaristlər bunun əsas səbəbi kimi pul təklifindəki artımı, Neokeynsçilər isə bunu qəbul etməklə yanaşı, istehlak, investisiya və dövlət xərclərindəki artımları da göstərirlər.
İnflyasiyanın sosial nəticələridə vardır: o milli gəlirin bölüşdürülməsinə aparır, elə bil bu əhali üçün yüksək vergi dərəcəsidir hansı ki, nominal artımı gerilədir, həmçinin real əmək haqqı əmtəə və xidmətlərin yüksələn qiymətlərindən geri qalır.Bir sözlə demək olar ki, inflyasiya prosesinin neqativ nəticələri aşağıdakılar aiddir:

  • Qiymətlər sisteminin pozulması;

  • Qeyri-leqal iqtisadi əlaqələrin inkişafı, böyük miqyaslı nomenklatur kapitalın realizə olunması;

  • Gəlirlərin gizli bazar və gizli istehsalın xeyrinə bölünməsi;

  • Ekvivalent dəyişmənin kobud pozulması;

  • Əhali yığımının qiymətdən düşməsi;

  • Büdcə inflyasiyasının güclənməsi (dövlət büdcəsi kəsri);

  • Kredit inflyasiyasının güclənməsi (vaxtı keçmiş və borc ssudanın səviyyəsi);

  • Dövlət büdcəsinin, kredit investisiyasının və kapital qoyuluşunun gəlirlərinin qiymətdən düşməsi;

  • Əməyə qarşı əks stimulların yüksəlməsi;

  • Bazar münasibətlərində narazılıqların yüksəlməsi;

  • Rəsmi iqtisadiyyatla kölgə iqtisadiyyatının birləşməsi hətta dəbə minməsi;

  • Sənaye və kənd təsərrüfatı məhsulları istehsalı arasında disproporsiyanın güclənməsi.


Ədəbiyyat
1.N. Süleymanov «İqtisadi tarix» Bakı -1999
2.Tofiq Quliyev <> Bakı
3.S.Səmədov “ infilyasiya və mailiyyə bazarı”
4.“İqtisadi nəzəriyyə” T.S. Vəliyev Ə.P.Babayev M.X.Meybullayev 2001
Yüklə 109,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin