Mövzu 25: Mülki müdafiə və onun vəzifələri. Mülki müdafiənin təşkili və ona
rəhbərlik. Mülki müdafiə qüvvələri və onların təyinatı. Mülki müdafiə və onun vəzifələri. Mülki Müdafiə - insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. MM təhlükəli və zərərli amilləri aşkara çıxarmaq, insanın mühafizəsini, metod və vasitələrini, zərərli və təhlükəli amilləri minimuma qədər azaldılması yollarını araşdırmalı, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirlərini hazırlamalıdır. MMüzrə dövlət funksiyalarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yerinə yetirir. Azərbaycan Respublikası MM-nin məqsədi aşağıdakılardır:
fövqəladə hadisələrin qarşısının alınması məqsədilə tədbirlərin həyata keçirilməsi;
hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin azaldılması;
fövqəladə hadisələrin aradan qaldırılması.
MM-nin əsas vəzifələri aşağıdakılardır:
əhali və ərazinin mühafizəsini təmin etmək;
fövqəladə hadisələri aradan qaldırarkən maliyə və maddi vəsaitləri ehtiyatı yaratmaq;
hadisələri proqnozlaşdırmaq və qiymətləndirmək;
dinc və ya müharibə dövründə hadisələrdən mühafizə olunma qaydalarını əhaliyə öyrətmək;
insanların həyatına təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhaliyə xəbərdarlıq etmək;
əhalini fərdi və kollektiv mühafizə vasitələri ilə təmin etmək;
Fövqəladə hal baş vermiş yerlərdən əhalini köçürtməli;
Fövqəladə hal zamanı zərərçəkmiş əhaliyə yardım göstərməli;
Həyati əhəmiyyət daşınan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirtmək.