Mövzu 28: Mülki müdafiə tibb xidmətinin vəzifələri və təşkili. MM sistemində
göstərilən tibbi yardımın növləri. Mülki müdafiə tibb xidmətinin vəzifələri və təşkili. Mülki müdafiə - ölkəmizin əhalisini və təsərrüfat obyektlərini təbii fəlakətlərin, güclü istehsalat qəzalarının nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə etmək məqsədilə həyata keçirilən ümumdövlət sosial və müdafiə tədbirləri sistemidir. Bu tədbirlər həm sülh və müharibə vaxtı yerinə yetirilir. Mülki müdafiənin Tibb xidmətinin əsas vəzifələri:
təbii fəlakət və qəza nəticəsində zədə almış adamlara, yaralılara, xəstələrə vaxtında tibbi yardım göstərmək , müalicə etmək;
kütləvi yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq;
müasir qırğın silahlarının zədələyici amillərindən əhalinin müdafiə etməsi üçün tibbi tədbirlər lompleksini həyata keçirmək;
əhaliyə tibbi mühafizə və ilk tibbi yardım qaydalarının öyrədilməsi, onlar dərman vasitələri ilə təmin etmək;
ərzaq məhsullarının və suyun radiaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsinə laboratoriya nəzarəti etmək
Tibb xidmətinə həvalə edilən vəzifələrin hamısına əhalinin tibb təminatı deyilir.Mülki müdafiənin tibb xidmətinin vəzifəsinə müvafiq səhiyyə orqanlarının rəhbərləri:
xəstəxanaların,tibb sanitar bölmələrinin baş hakimləri
xəstəxanaların həkimləri
Şəhər və rayon tibb xidmətinin rəisləri Mülki müdafiə rəhbərlərinə,şəhərə və rayon İcra hakimiyyətinə başçısına tabedirlər. Mülki müdafiə tibb xidmətinin qüvvələri birləşmiş tibb dərslərindən və tibb müəssəlindən ibarətdir və aşağdakılardan ibarətdir.
Sanitar postu – postun rəisindən,3-4 nəfər üzvündən ibarət olur. Sanitar bölməsi – manqa komandirindən,rabitəçidən,manqa komandirinin müavinindən,hərəsi 4 nəfərdən ibarət 5 manqadan ibarətdir. Sanitar bölməsi dəstəsi – 4-5 sanitar,bölməsindən və dəstəni idarəetmə qrupundan ibarətdir. İlk həkim yardımı dəstəsi – həkimlər,orta rütbəli tibb işçiləri,digər xidmətçi heyət,iki sanitar bölməsindəm ibarətdir. Epidemiya əleyhinə səyyar dəstə - 1 sanitar bölməsindən ibarətdir.