Komandirin düzülüşqabağı vəzifələri. Hərbi qulluqçuların düzülüşdən qabaq vəzifələri aşağıdakı kimidir:
düzülüşün yerini, vaxtını, qaydasını, geyim formasını və ləvazimatını, eləcə də hansı silahı, döyüş və digər texnikanı götürmək lazım olduğunu göstərsin
hərbi geyimin səliqəli geyinildiyini, ləvazimatın mövcudluğunu, eləcə də saçın səliqəli qırxilmasını yoxlasın
sırada sıra nizamını saxlasın, bölmələrin komandaları və siqnalları düzgün yerinə yetirmələrini və hərbi qulluqçuların sırada vəzifələrini yerinə yetirmələrini tələb etsin
piyada sıralarda durduğu yerdə komanda verərkən “farağat” vəziyyətini alsın.