Müəssisənin müflisləşməsinin əlamətlərinin xarakteristikası.
Bazar iqtisadiyyatı şəraitində, bazar qanunlarının hökm sürdüyü qarışıq bir mühitdə müssisənin faəliyyətinə təsir imkanına malik olan kifayət qədər iqtisadi, siyasi amillər mövcüddur. Məhz bu amillərin təsirləri, müəssisə və ya şirkətin iqtisadi fəaliyyətinin nəticələrində onun xeyir və ziyanına olmaqla öz əksini tapır.
Müəssiənin müflisləşməsi səbəbləri bir çox daxili və xarici səbəblərdən asılı olaraq müxtəlif ola bilər. Əsas məsələ müflisləşmənin əlamətlərini vaxtında hiss etmək və adekvat tədbirlər görmək, antiböhran idarəetmə proqramından zamanında istifadə etməkdir. Müflisləşmənin amillərini, simptomlarını və səbəblərini biri- birindən fərqləndirmək lazımdır.
Müflisləşmənin əlamətləri, simptomları müəsisənin fəaliyyət və inkişafını ehtiva edən göstəricilərin dəyişməsində özünü göstərir. Belə ki, məhsuldarlıq, likvidlik, səmərəlilik, effektivlik, rentabellik və s. göstəricilərinin təhlili, istehsalat- kommersiya müəssisəsinin müflisləşmənin başlanmasına və irəliləməsinə meyliliyini aşkara çıxara bilər. Müflisləşmənin əlamətləri nələr ola bilər?
Müflisləşmənin əlamətləri – müəssisənin maliyyə göstəricilərinin vəziyyəti və onların dəyişmə tendesiyasıdır. Kommersiya təşkilatının maliyyə çətinliyini əks etdirən aşağıdakı göstəricilər eyni zamanda müflisləşmənin əlamətləri ola bilər:
Mənfəət və zərər hesabatında zərərin davamlı artımı;
Pul axının zəif hərəkəti;
Biznes planın olmaması;
Natamam maliyyə qeydləri və ya daxili uçot prosedurlarının qaydasında olmaması;
Öhdəliklərin davamlı artımı (aktivləri örtməsi);
Satışda və ya debitor borcların yığılmasında problemlərin mövcudluğu;
Əlaqədar tərəflərə olan borcların ödəmələrində gecikmələrin davamlı hala çevirilməsi;
Təchizatçıların müəssisə ilə əməkdaşlıqlarında kredit və müddətli ödəmələrdən imtina edib, nağd əməliyyatlara keçməsi;
Overdraft limitinin keçilməsi, kredit və ya faiz ödəmələrinin yerinə yetirilə bilməməsi;
Əməkdaşlıq edilən cari bank, kredit təşkilatlarından əlavə maliyyə resursu cəlb edə bilməyib digər maliyyə kredit insitutlarına üz tutmaq;
Vergi və Pensiya fonduna köçürmələrdə gecikmələrə yol verilməsi;
İdarə heyətində mübahisələr və istefa hallarının baş verməsi;
Tadarükçülərdən müəssisəyə daxil olan şikayət və sorğuların artması;
Növbəti böyük iş, satış və ya kontraktın şirkəti xilas edəcəyi gözləntisi və s.
Göründüyü kimi müflisləşmənin əlamətləri mənfi tendesiyaların ilkin görüntüləri və bu meyillərin davamlı hala çevirilməsi, maliyyə sıxıntılarının artması, işgüzar münaqişələr və s. ola bilər.
Müflisləşmənin simptomlarının, əlamətlərinin inkişafı, göstəricilərin qanunauyğun olmaması, və ya vaxt parametrlərinin uyğun gəlməməsi ilə bağlı ola bilər. Məsələn, əmək haqqının artım tempini, əmək məhsuldarlığının artım tempi
qabaqlamalıdır. Əgər bunun əksi baş verərəsə, bu göstəricinin müflisləşmənin əlaməti olaması ehtimalı vardır.
Dostları ilə paylaş: |