Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 391,24 Kb.
səhifə6/12
tarix31.12.2021
ölçüsü391,24 Kb.
#113278
1   2   3   4   5   6   7   8   9   ...   12
“Müəssisənin müflisləşməsi zamanı likvidasiya prosedurlarının maliyyə təminatı”

Cədvəl 1.2. Dünya ölkələri üzrə son müflisləşmə göstəriciləri (Dünya Bankı)
Müəssisənin müflisləşməsinin xarici əlamətlərinə onun cari ödənişlərinin dayandırılması və üç ay ərzində kreditorların tələblərinin təmin edilə bilməməsidir. Müəssisə arbitraj məhkəməsinin qərarı ilə və yaxud könülü qaydada müflis elan oluna bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyənləşdirilir. Nəzərə almaq lazımdır ki, real müflisləşmədən savayı qərəzli (bilərəkdən) və yaxud saxta müflisləşmə də baş verə bilər. Qərəzli müflisləşmə zamanı müəssisə rəhbəri və yaxud mülkiyyətçi şəxsi məqsədlərini (kiminsə maraqlarını) güdərək müəssisənin ödəmə qabiliyyətini qabaqcadan, bilərəkdən yox edir, məhv edir. Saxta müflisləşmə - kreditorlardan borcların ödənilməsi üçün

əlavə vaxt alınması və yaxud borcların bir qisminin bağışlanması məqsədilə müəssisənin müflisləşməsi barədə qabaqcadan yalan, uydurma qaydada elan olunmasıdır. Beləliklə, borclu ödəmə bacarığına sahib olmasa da iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə bacarığı olmayan hesab edilir ki, bunu özü də qəbul edir, yaxud məhkəmə və ya kreditorlar müəyyənləşdirir ki:



  1. borclu kreditorun təklif etdiyi qanuni ödəmə ehtiyyacını bu cür tələb verdikdən sonra iki ay müddətində yerinə gətirməmişdir və ya;

  2. borclu qanunvericiliyə uyğun olaraq reallaşdırmalı ödənişləri vaxtı - vaxtında həyata keçirə bilmir və ya;

  3. borclu öz borclarını ödəməli olduğu tarixdə ödəməyə qadir deyildir.

Müəssisənin müflis elan olunması prosesi özündə üç əsas mərhələni cəmləşdirir:

  • Balansının qeyri - qənaətbəxş strukturunun müəyyənləşməsi nəticəsində müəssisə ödəmə qabiliyyətini itirmiş hesab edilir;

  • Borclu müəssisəyə qarşı yenidən təşkil olunma, yaxud ləğv edilmə tədbirləri, həmçinin kreditorlarla barışıq sazişi tətbiq edilə bilər.

  • Məhkəmənin uyğun qərarından və yaxud müəssisənin özünün könülü qaydada ləğv edilməsi barədə rəsmi bildiriş verməsindən sonra müəssisə müflis elan olunur.

    1. Yüklə 391,24 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin