FƏSIL 2. MÜƏSİSSƏNİN MÜFLİSLƏŞMƏSİ VƏ İFLASA UĞRAMASININ SƏBƏBLƏRİ VƏ MƏRHƏLƏLƏRİ
Müflisləşmənin daxili və xarici səbəblərinin xarakteristikası
Вorcu olan şəxsin kreditorların tələblərinə əsasən pul öhdəçiliyini və ya vergiləri və digər lazımi ödənişləri büdcəyə və büdcədən xaric fondlara qanunvericilik tərəfindən təyin olunmuş şərtlər əsasında arbitraj məhkəmə tərəfindən qəbul olunmuş şürətdə ödəməmək vəziyyətinə bankrotluq deyilir.
Borcu olan şirkətin bankrot olmasını təyin etmək üçün keçirilmiş mallarla, bitirilmiş işlərlələ göstərilmiş xidmətlərlə, götürülmüş pul məbləğli və onun faizi ilə bir yerdə pul öhdəçiliyinin həcmi də hesaba götürülür. Vətəndaş qarşısında məsuliyyəti, hansına ki əsaslanaraq borcu olan şirkət həyat sağlamlığına zərər yetirdiyinə görə cavandehdir, müəllif hüquqlarına görə ödənişləri və şirkətin üzvləri qarşısında iltizamı istisna kimi qeyd etmək olar.
Bankrotluq məsələsi prosesində borcu olan şəxs, arbitraj hakim, kreditorlar, vergi organlarının pul öhdəçiliyi üzrə müfəttişləri, prokuror və başqa adamlar (şirkət işçilərinin təmsilçisi, məsələn) iştirak edirlər.
Banktorluğa dair məhkəmə işi arbitraj məhkəmə tərəfindən borcu olan hüquqi şəxsin, kreditorun, prokurorun və vergi orqanlarının təhvil verdiyi ərizələr əsasında keçirilir. Banktorluğa dair məhkəmə işi ərizə tehvil verildiyi gündən 3 ay
müddətində nəzərdən keçirilməlidir. Bankrot olmanın elan olunması, olunmaması və ya bankrotluğa dair məhkəmə işinin dayandırılması arbitraj məhkəməsi işin özünə əsaslanaraq qəbul edir.
Dostları ilə paylaş: |