Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki avrasiya universiteti “Dünya ədəbiyyatı 2”


Sərbəst yaradıcılıq işləri üzrə mövzuların bölgüsü, tərtibatı və qəbulu



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix28.05.2022
ölçüsü1,92 Mb.
#116370
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Dünya ədəbiyyatı 2 sillabus

10.2.Sərbəst yaradıcılıq işləri üzrə mövzuların bölgüsü, tərtibatı və qəbulu:
10.3. Sərbəst yaradıcılıq işlərinə (SYİ) qoyulan tələblər:
SYİ – tədris, tədqiqat və özünütəhlil xarakterli müxtəlif tapşırıqların yerinə yetirilməsi,
peşə tapşırıqları sisteminin mənimsədilməsi vasitəsi, idrak və peşə fəaliyyəti üsulu olmaqla
təhsilalanlarda yaradıcılıq fəaliyyəti və peşə ustalığı, bacarıq və vərdişlərinin formalaşması,
mətnlər üzrə tapşırıqların yerinə yetirilməsi və nəzəri dərslərin mənimsədilməsini özündə
ehtiva edən tədris formasıdır. Müxtəlif fənlər üzrə təhsilalanların elmi-tədqiqat işlərinin və
SYİ-nin həcmi fənnin aid olduğu kafedranın müdiri tərəfindən müəyyənləşdirilir və kafedra
iclasında təsdiq olunur. Tələbələrin SYİ-nə aşağıdakılar daxildir : fənlər üzrə tədris
materialların öyrənilməsi ;ev tapşırıqlarının yerinə yetirilməsi ; sərbəst elmi-tədqiqat
(yaradıcılıq) işləri: referat, elmi məqalə, esselərin yazılması, kurs işləri və buraxılış işlərinin
yazılması. SYİ kollektiv və fərdi ola bilər.İstənilən intellektual fəaliyyətin ümumi metodoloji
əsasları mövcuddur. SYİ yerinə yetirilərkən fənnin xarakterindən asılı olmayaraq sistemlilik,
məntiqlilik, təhlil, ümumiləşdirmə və strukturlaşdırma konkret tapşırıqların yerinə yetirilməsi
üçün metodik yanaşmanın mahiyyətini təşkil edir. Konkret məsələnin qoyuluşu və həllindən
asılı olaraq göstərilən metodik yanaşma tərzləri müxtəlif ola bilər.
Bilik, bacarıq və vərdişlər sadədən daha mürəkkəbə, xüsusidən ümumiyə yüksəlmə
yolu ilə tədricən formalaşır. Belə halda, ilkin çıxış nöqtəsi olaraq təhsilalanların ədəbiyyatla və
sənədlərlə işləməsi götürülür.
10.4. Sərbəst yaradıcılıq işləri üçün nəzərdə tutulmuş mövzular
Sərbəst yaradıcılıq işlərinin əsas mövzuları “Dünya ədəbiyyatı 2” fənninin tədrisi üçün
nəzərdə tutulmuş təqvim tematik plana uyğun mövzular üzrə tərtib olunur. Bu mövzular təhsil
alanlara fərdi qaydada, ayrı – ayrı qruplar şəklində və ya tam qrup halında verilə bilər.
Mövzular üzrə sərbəst yaradıcılıq işlərinin hər biri təhsilalan tərəfindən müdafiə olunmaqla
təhvil verilir. Son tarixdən sonra təqdim olunan sərbəst yaradıcılıq işləri səbəbindən asılı
olmayaraq qəbul olunmayacaq və onların nəticəsi qiymətləndirilməyəcəkdir.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin