AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
SƏRBƏST İŞ
Magistr: Qubatova Lalə
Fakültə: Tətbiqi
riyaziyyat və kibernetika
İxtisas: Kompüter elmləri
İxtisaslaşma: Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı
Fənn: Elmdə və təhsildə kompüter texnologiyası
Müəllim: Gülarə Rəhimova
BAKI – 2021
“Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı
sahəsində kompüter texnologiyalarının rolu”
Kompüterin texnologiyalarının işi proqramla idarəetmə prinsipinə
əsaslanır. Yəni, kompüter əvvəlcədən hazırlanmış proqramda nəzərdə tutulmuş
əməliyyatları yerinə yetirir. Bu prinsip kompüterin universallığını təmin edir.
Belə ki, hər bir müəyyən vaxt müddətində seçilmiş proqrama uyğun məsələ həll
edilir. Bu məsələ başa çatdıqdan sonra yaddaşa başqa proqram yüklənir və s..
Ümumi olaraq belə deyə bilərik ki, dövrümüzün kompüter texnologiyaları
kompüter sistemləri və şəbəkələrinin proqram təminatlarının birgə fəaliyyəti
nəticəsində real tələblərimizə cavab verən texnologiyalara çevrilmişdir.
Proqram – məsələnin həll alqoritminin kompüterin anladığı dildə yazılmış
əmrlər və ya operatorlar ardıcıllığıdır. Hər bir kompüter proqramının son məqsədi
aparat vasitələrnin idarə edilməsindən ibarətdir. Məsələlərin kompüterdə normal
həlli üçün proqram səhvlərdən təmizlənməli, əlavə düzənləmələrə ehtiyac
duymamalı və müvafiq sənədləşməyə malik olmalıdır.
Kompüterdə proqram və aparat təminatları qırılmaz əlaqədə və qarşılıqlı
təsirdə işləyir. Hesablayıcı sistemin proqram təminatının tərkibi proqram
konfiqurasiyası adlanır. Proqramlar arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki,
proqram təminatını təşkil edən əsas proqramlar çoxluğunun işi aşağı səviyyə
proqramlarına əsaslanır.
Proqramlararası interfeys dedikdə, proqram təminatının bir-biri ilə əlaqəli
olan bir neçə səviyyədə paylanması nəzərdə tutulur. Proqram təminatının
səviyyələri bir piramida təşkil edir ki, burada da hər bir səviyyə özündən əvvəlki
səviyyələr üzərində yerləşir. Bu piramidanın zirvəsində tətbiqi səviyyə, bunun
altında xidmətedici səviyyə, bunun altında sistem səviyyəsi və piramidanın
oturcağında baza səviyyəsi yerləşir.
Baza səviyyəsi
Baza səviyyəsi proqram təminatının ən aşağı səviyyəsidir. Bu səviyyə baza
aparat vasitələrinin qarşılıqlı fəaliyyətini təmin edir. Baza proqram təminatı baza
aparat təminatının tərkibində yerləşərək sabit yaddaş qurğusunun xüsusi
mikrosxemlərində saxlanır və BİOS adlanan baza giriş-çıxış sistemini əmələ
gətirir. Proqramlar və verilənlər sabit yaddaş qurğusuna istehsal mərhələsində
yazılır və istismar zamanı dəyişdirilmir.