Progress və s. VBİS-lər var.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD-sistemlər). Bu
proqramlar layihə - konstruktor işlərinin avtomatlaşdırılması üçün nəzərdə
tutulmuşdur. CAD-sistemlər maşınqayırmada, cihazqayırmada, memarlıqda
tətbiq edilir.
AutoCAD – 2 və 3 ölçülü layihələndirmə sistemidir.
OrCAD – elektron qurğuların avtomatlaşdırılmış layihələndirmə sistemidir.
MathCAD – riyazi modelləşdirmədə istifadə olunur.
ArchiCAD – tikinti və mebel sahəsində istifadə olunan sistemdir.
Stolüstü nəşriyyat sistemləri. Bunlar poliqrafiya məhsullarının səhifələnməsi
(verstka) prosesini avtomatlaşdırmaq üçündür. Nəşriyyat sistemləri mətnin səhifə
parametrlərilə və qrafik obyektlərlə qarşılıqlı təsirin idarə edilməsi üzrə geniş
tərkibdə vasitələrə malik olsalar da, mətnin daxil edilməsi və redaktə işinin
avtomatlaşdırılması imkanları üzrə xeyli zəifdir. Bunlar adətən əvvəlcədən mətn
və qrafik redaktorlarda işlənilmiş sənədlərə tətbiq edilir. Ventura Publisher və
Quark Xpress kimi nəşriyyat proqramları var.
|