Brauzerlər (Veb-sənədlərə baxış vasitələri). Bunlar HTML formatında
yaradılmış elektron sənədlərə baxış keçirmək üçündür. Brauzerlər mətn və
şəkilləri təkrar yaratmaqla yanaşı, musiqi, insan danışığı, radioverilişləri, video
konfransları səsləndirmək, elektron poçtla işləmək imkanı da yarada bilir.
İnternet Explorer, Google Chrome, Opera, Safari və s. Bruzerlər geniş
istifadəçi kütləsi tərəfindən istifadə olunur.
Avtomatlaşdırılmış tərcümə sistemləri. Elektron lüğətlər və dildən-dilə
tərcümə proqramları fərqləndirilir. Elektron lüğətlər sənəddəki ayrı-ayrı sözləri
tərcümə etmək üçün olan proqram vasitələridir. Bunlar sərbəst mətn tərcüməsi ilə
məşğul olan peşəkar tərcüməçilər tərəfindən istifadə edilir. Bu proqramlar bir
dildə daxil edilən mətni başqa dildə ekrana çıxararaq tərcümə işini
avtomatlaşdırır. Avtomatlaşdırılmış tərcümədə keyfiyyətli bədii tərcümə mətni
almaq çətindir. Çünki burada tərcümə ayrı-ayrı leksik vahidlərin tərcüməsi yolu
ilə əldə edilir. Texniki mətnlərin tərcüməsi xeyli keyfiyyətli alınır.
Dostları ilə paylaş: |