Tətbiqi proqram təminatının təsnifatı
Tətbiqi proqram təminatı - istifadəçinin hər hansı məsələsini həll etmək
məqsədilə yaradılır, sistem proqram təminatının, əsasən də əməliyyat sisteminin
nəzarəti altında işləyir. 4 alt bölməsi var:
- Ümumi təyinatlı;
- Üsulyönlü;
- Problemyönlü;
- Qlobal kompüter şəbəkələri üçün.
Ümumi təyinatlı tətbiqi proqramlar istifadəçilərin informasiya emalı
prosesində istifadə etdiyi proqramlardır.
Mətn redaktorları. Mətn redaktorunun əsas funksiyaları – mətn verilənlərinin
daxil edilməsi və redaktə olunmasıdır. Verilənlərin daxil edilməsi, çıxarılması və
saxlanması üçün mətn redaktoru sistem proqram təminatından istifadə edir.
Proqram təminatı ilə tanışlıq və kompüterlə işləmək vərdişlərinə yiyələnmək
tətbiqi proqramların bu sinfi ilə başlayır.
Dostları ilə paylaş: |