Lotus 1-2-3, SuperCalc, Quattro-Pro və s.
Qrafik redaktorlar. Qrafik şəkillərin yaradılması və emalı üçün nəzərdə
tutulmuş geniş proqramlar sinfi mövcuddur. Bunların 3 kateqoriyası
fərqləndirilir:
1) rastr redaktorları
2) vektor redaktorları
3) 3-D redaktorları (üçölçülü qrafika).
Rastr redaktorlarında qrafik obyekt nöqtələr (rastrlar) kombinasiyası
şəklində təqdim edilir ki, bu nöqtələrin də hər birinin öz rəngi və parlaqlığı vardır.
Bu yanaşma o hallarda səmərəlidir ki, qrafik təsvirdə rənglərin sayı çoxdur və
rənglər barədəki informasiya forma barədəki informasiyadan daha vacibdir. Bu
yanaşma fotoqrafiya və poliqrafiya (mətbəə) şəkilləri üçün xarakterikdir.
Vektor redaktorları şəkilə aid verilənlərin təqdim edilməsi üsulu ilə
fərqlənir. Burada obyekt nöqtə deyil, xəttdir. Hər bir xətt 3-cü dərəcəli riyazi əyri
kimi təsəvvür edilir və düsturla ifadə olunur. Bu halda verilənlər yaddaşda az yer
tutur. Lakin şəklin ekrana çıxarılması mürəkkəb hesablamalar tələb etdiyindən
güclü hesablayıcı sistemlərin olmasını tələb edir. Bu yanaşma reklamların və
nəşriyyat məhsullarının cildlərinin hazırlanmasında geniş tətbiq edilir.
Bura Paint, Adobe Photoshop, Adobe İllustrator, Coreldraw və s.
|