Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi



Yüklə 379,5 Kb.
səhifə27/31
tarix01.01.2022
ölçüsü379,5 Kb.
#103271
1   ...   23   24   25   26   27   28   29   30   31
YI. AZƏRBAYCAN FƏLSƏFƏSİ TARİXİ
Azərbaycanda dini-mifoloji, fəlsəfi və təbii-elmi baxışların yaranması. Kosmoqonik və kosmoloji təsəvvürlər. Dualist baxışların, əksliklər ideyasının yaranması prosesi. Ümumtürk dünyasının mifoloji təfəkkürünün mühüm abidələri: «Bilqamıs haqqında dastan», Orxan-Yenisey abidələri.

Zərdüştilik təliminin yaranması. Zərdüştiliyin dini-fəlsəfi, sosial-etik baxışlar sistemi. Təkallahlılığın təbliği, xeyirlə şərin əbədi mübarizəsi ideyası. Zərdüştilik etikasının əsas prinsipləri: xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl. Mağların atomistik təlimi.

Zərdüştiliyin müqəddəs kitablar külliyyatı olan «Avesta»nın dini-mifoloji və fəlsəfi məzmunu. Bizə qədər çatmış «Avesta» kitabları – «Yəsnalar», «Vispərəd», «Vendidad», «Yəşt».

Zərdüştilik zəminində meydana gələn dini-fəlsəfi təlimlər və onların ölkəmizdə ictimai fikrə təsiri. Zərvanilik – zərdüştiliyin fəlsəfi təkamülünün qanunauyğun nəticəsi kimi. Zərvaniliyin dini-fəlsəfi baxışlar sistemi. Zərdüştilik, buddizm və xristianlıq təlimlərini birləşdirməyə çalışan Maninin universal dini-fəlsəfi təlim yaratmaq cəhdi. Manilikdə dualizm prinsipi, işıq və qaranlığın bir-birinə qarışması ideyası. Məzdəkilik sosial bərabərsizliyə və ədalətsizliyə qarşı çevrilmiş dini-fəlsəfi təlimdir. Məzdəkiliyin fəlsəfi-etik prinsipləri.

Erkən orta əsrlərdə Atropatena və Qafqaz Albaniyası əhalisinin etnik tərkibi, dini-fəlsəfi görüşləri. Qafqaz Albaniyasında xristianlığın yayılması. Bidətçi nestorçuluq və yəqubiliyin ilahi ilə insanın birliyi məsələsində zidd mövqe tutmaları. Pavlikan bidətçiliyi, Pavlikanların təlimində manilik ünsürləri, islama və zərdüştliyə münasibət.
ƏDƏBİYYAT

Avesta. Birinci kitab. Bakı, 1995.

Əlizadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Bakı. 1998.

Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.

İstoriə Azerbaydjanskoy filosofii, t. I. Baku, 2002.


Yüklə 379,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin