Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi


VII-XII əsrlərdə Azərbaycan fəlsəfi fikri



Yüklə 379,5 Kb.
səhifə28/31
tarix01.01.2022
ölçüsü379,5 Kb.
#103271
1   ...   23   24   25   26   27   28   29   30   31
VII-XII əsrlərdə Azərbaycan fəlsəfi fikri. Azərbaycanda islam dininin yayılması. Xürrəmilik təliminin ideya mənbələri: zərdüştilik, manilik, məzdəkilik. Xürrəmiliyin fəlsəfi-etik baxışlar sistemi.

İslam xilafətində ictimai-siyasi və elmi-fəlsəfi fikrin inkişafı kontekstində Azərbaycan elminin və ideoloji düşüncəsinin yüksəlişi. İslamda yaranan cərəyanların və dini-fəlsəfi təlimlərin Azərbaycanda yayılması. Mənbələrdə azərbaycanlı sünni fəqihlər-hüquqşünaslar haqqında məlumatlar. Şiəliyin xaricilik və ismailik qollarının Azarbaycanda davamçıları. Mənbələrdə IX-X əsrlərdə yaşamış azərbaycanlı sufilər haqqında məlumat1ar. İslam fəlsəfəsinin müxalif qolu mütəzililiyin VIII əsrdən etibarən Azərbaycanda yayılması. Burada elmi-fəlsəfi fikrin, təbiət elmlərinin inkişafı. "Saflıq qardaşarı" cəmiyyətinin Azərbaycanla bağlılığı.

"Kitabi-Dədə-Qorqud" dastanlarının xalqımızın bədii-fəlsəfi təfəkkürünün formalaşmasında və inkişafında rolu.

XI-XII əsrlərdə Azərbaycanda mövcud olmuş fəlsəfi sistemlər. İslam fəlsəfəsinin azərbaycanlı fəqih-mütəkəllimlər tərəfindən təbliği və araşdırılması. Sufilik və əxilik. Sufiliyin mətədil istiqamətinə mənsub mütəfəkkirlər: Əbunəcib Sührəvərdinin /1097-1168/ əsas əsərləri və təlimi. Mötədil sufiliyin inkişafında Əbuhəfs Sührəvərdinin /1145-1234/ xidmətləri. Onun yaradıcılığının mötədil sufizmi öyrənmək üçün əhəmiyyəti. Sufiliyin ifrat qolunun ilk nümayəndələrindən Məhəmməd Bakuvinin /948-1058/ yaradıcılığı və fəaliyyəti. Azərbaycan filosofu Eynəlqüzat Miyanəci /1099-1131/ sufiliyin panteist sisteminin yaradıcısıdır. Onun təlimində sufi panteist ideyaları ilə elmi-təbii biliklərin birləşdirilməsi. Azərbaycanda elmi fəlsəfənin, məntiq və təbiət elmlərinin inkişaf etdirilməsi. Əbülhəsən Bəhmənyarın /993-1066/ Şərq peripatetizmi tarixində tutduğu mövqe. Onun Aristotel fəlsəfəsini yaradıçılıqla inkişaf etdirməsi. Peripatetik fəlsəfənin digər davamçıları. Azərbaycan filosofu Şihabəddin Sührəvərdinin yeni elmi-fəlsəfi təlimi - işraqilik, onun qədim Şərq və antik yunan fəlsəfəsi, eləcə də digər fəlsəfi təlimlərlə oxşar və fərqli cəhətləri.

Azərbaycanda fəlsəfi poeziyanın yaranması və inkişafı. Onun görkəmli nümayəndəsi Nizami Gəncəvinin /1141-1209/ allah, mövcudat və insan haqqında fəlsəfi görüşləri.
ƏDƏBİYYAT

Məmmədov Z.C. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. B., 1978.

Məmmədov Z.C. Bəhmənyarın fəlsəfəsi, B.1983.

Məmmədov Z.C. Eynəlqüzat Miyanəçi, B.1992.

Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.

Sührəvərdi Ş.Y. İşıq heykəlləri. B., 1989.

Şərq fəlsəfəsi (IX-XII əsrlər). B., 1999.

İstoriə Azerbaydjanskoy filosofii, t. I. Baku, 2002.

Mustafaev Dj.V. Filosofskie i gtiçeskie vozzreniə Nizami. B.,1962.

Rzakulizade S.D. Panteizm v Azerbaydjane v X-XP vv. B., 1982.




Yüklə 379,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin