Azərbaycan respublikasi təhsil nazirliyi baki döVLƏt universiteti iqtisadi Nəzəriyyə Kafedrası roman


Xəlvəti iqtisadiyyat, mahiyyəti, yaranma səbəbləri və sosial- iqtisadi nəticələri.Gutmann metodu



Yüklə 60,32 Kb.
səhifə2/8
tarix05.01.2022
ölçüsü60,32 Kb.
#111255
1   2   3   4   5   6   7   8
Xəlvəti iqtisadiyyat, mahiyyəti, yaranma səbəbləri və sosial- iqtisadi nəticələri.Gutmann metodu

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının apardığı sorğular xəlvəti iqtisadiyyatın təkcə Inkişaf etməkdə olan ölkələrin problemi deyil ümumilikdə bütun dünyanın problemi olduğunu üzə çıxartdı. ABŞ, Qərbi Avropa və digər inkişaf etmiş ölkələr bu problemin araşdırlmasının nə qədər vacib olduğunu və ölkələrinin gələcək inkişafında xəlvəti iqtisadiyyat kimi aktual problemi görüb onun ilk növbədə həcmini müəyyən etməyə çalışmışlar. Xəlvəti iqisadiyyat indiki dövrümüzün ən mühüm problemlərindən biri olmağda davam edir. Bu problem inkişaf etmiş ölkələrə təsirinin az olduğunu söyləsəm yanılmaram çünki, bu ölkələr böyük həcmdə maliyyə vəsaitinə malikdirlər və bu ölkələrdə fəaliyyət göstərən hər bir subyekt öz fəaliyyətini qanuna uyğun şəkildə qurmağa səy göstərir ki, sonradan heç bir problemlə qarşılaşmasın. Keçid iqtisadiyyatına malik zəif inkişaf etmiş ölkələr isə bu sahədə sağlam qanunlara və sağlam düşünmə qabilyyətinə malik sahibkarlara əksərən malik olmur bu da xəlvəti iqtisadiyyatın inkişafına köməklik göstərmiş olur. Xəlvəti iqtisadiyyat özünü bir çox mənfi halların (korrupsiya, rüşvətxorluq, vergidən yayınma və s.) geniş yayıldığı ölkələrdə daha qabarıq birüzə verir. Bunu nəzərə alıb xəlvəti iqtisadiyyat kimi problemin həllini bu hallarda axtarmaq pis olmazdı. Xəlvəti iqtisadiyyata malik ölkələrdə infilasiya (çünki xəlvəti iqtisadiyyat nağd pul iqtisadiyyatıdır), kəskin haqsız rəqabət, ölkədə ədalətsiz gəlir bölgüsü sistemini, məhsul və xidmətlər bazarında keyfiyyətin hədsiz aşağı düşməsinə və ölkənin ərzaq təhlükəsizliyinə real təhlükə, statistikada düzgün qiymətləndirilməmə, hər şeydən əvvəl başlıca sosial-iqtisadi göstəricilərin təhrif olunmasına, ölkədə miqyas iqtisadiyyatı prinsipinin də kəskin şəkildə pozulmasına və s. kimi problemlərin yaranmış və kəskin hal almış olur. Bəzi iqtisadçılar ölkədə xəlvəti iqtisadi sektorun formalaşmasının keçid iqtisadiyyatlı bütün ölkələrdəki kimi, qaçılmaz bir proses olduğunu qeyd edərək, onun rəsmi iqtisadiyyatın öhdəsindən gələ bilmədiyi bir sıra sosial-iqtisadi problemlərin müvəqqəti “həll yollarını” özündə birləşdirdiyini göstərirlər. Mən bu iqtisadçıların fikirlərini kurs işimin 2-ci sualında söhbət açacağam. Xəlvəti iqtisadiyyatda nağd pul kütləsinin həcminin müəyyən edilməsi xəlvəti iqtisadiyyatın həcmini (kəmiyyətini) hesablamağa imkan verir.

Xəlvəti iqtisadi sektorda dövr edən nağd pul kütləsinin həcminin müəyyən edilməsinə əsaslanaraq, xəlvəti iqtisadiyyatın kəmiyyət qiymətləndirməsini aparmağa imkan verən monetar yanaşma metodlarından istifadənin kökü, 1960-cı illərin sonunda Ameriklı iqtisadçılardan birinin maraqlı bir həqiqəti üzə çıxarmasına dayanır. Belə ki, həmin dövrdə tələbli əmanət, kredit kartları və avtomatik pul transfertlərinin sürətlə yayılmasına baxmayaraq, parallel şəkildə tədavüldəki nağd pul kütləsinin də görünməmiş bir həcmdə artdığı üz çıxmışdı. Həmin dövrün ABŞ Federal Ehtiyatlar Sistemi nəşrlərində çap olunan məqalələrin əksərində insanların adambaşına təxminən 237 dollar (1968-ci ildə) məbləğində olan nağd pulu – bu pul heç bir qazanc gətirməməklə yanaşı, itirilə və ya oğurlana da bilər- nə üçün əllərində saxladıqları sualı üzərində geniş müzakirələr açılmışdı. Həmçinin o da ortaya çıxmışdı ki, adambaşına düşən tədavüldəki nağd pul II Dünya Müharibəsi qurtaranadək demək olar ki, sabit qaldığı halda, 1961-ci ildən başlayaraq, daim yüksəliş tendensiyası nümayiş etdirmişdir. 1970-ci illərin əvvələrində insanların bu qədər pulu nə üçün bank hesablarından kənarda saxladıqlarına dair müxtəlif fikirlər irəli sürülmüş və bu pulların nə qədərinin yığıma yönəldiyi və nə qədərinin alqı-satqı üçün zəruri olduğu məsələləri ilə bağlı müzakirələr açılmışdır. Təhlilçilər bu artım ilə yüksək gəlir, yüksək qiymət səviyyəsi, şəhərləşmə dərəcəsi, xaricilərin dollardan yığım vasitəsi kimi istifadə etməsinin artması və hətda metal pullarla işləyən satış avtomatlarının (Coca-cola, siqaret və .s) yayılması arasında əlaqə qurmağa çalışsalar da, bu amillərin heç biri artımın səbəbini açıqlamaqda tutarlı olmamışdır. Nəhayət, müvafiq dövlət orqanlarına bəyan edilməmiş gəlir və vergi qaçaqçılığı amili üzərində dayanılmışdır. Tədavüldəki “əlavə” nağd pulun məhz bu amildən irəli gəldiyini qeyd edən mütəxəssislər, həmçinin onu da göstərirdilər ki, belə bir hal bir də 1940-cı illərdə malların sənədləşdirilməsinin tələb edilməsi zamanı, çox böyük bir həcmdə nağd pul tələb edən “qara bazar”ın meydana çıxdığı dövr təsadüf edir. Cəmiyyətdə belə bir aşınmanın yenidən təkrarlanması klassik iqtisadçılar tərəfindən tam şəkildə qəbul edilməsə də, əksər Amerikalıların əxlaqi dəyərlərə sadiqliyindən şübhə edən Peter Gutmann kimi mütəxəssislər bu istiqamətdəki tədqiqatlarını davam etdirmiş və hətda bu tipli xəlvəti iqtisadi fəaliyyətlərin kəmiyyət qiymətləndirməsini təmin edən xüsusi metodlar da irəli sürmüşlər. Gutmann və ya nağd pul nisbəti (currency ratio method) metodunun nəzəri çərçivəsi. Ilkin əsasları 1956-cı ild Cagan tərəfindən formalaşdırılan və 1977-ci ildə Gutmannın irəli sürdüyü bu metodun əsas nəzəri müddəası ondan ibarətdir ki, xəlvəti iqtisadi fəaliyyətlərdə əsasən nağd puldan istifadə edilir. Həmçinin nəzərdə tutulur ki, hesablaşmalarda qeyri-nağd ödəmə vasitələrindən istifadə edilmədiyindən “nağd pul kütləsi/tələbli əmanət” nisbətləri xəlvəti iqtisadiyyatın miqyasını göstərən indiqator kimi çıxış edə bilər. Əgər xəlvəti iqtisadiyyat mövcud deyildirsə, bu nisbət zaman keçdikcə sabit qalacaqdır. Əksinə, əgər bu nisbət zaman keçdikcə artırsa, deməli nağd pula olan tələb də artmışdır ki, bu da xəlvəti iqtisadiyyatın genişləndiyini göstərir. Metodun əsaslandığı digər hipotezlər bunlardır:

1) Rəsmi ÜDM (Yr) və dövriyyədəki pul həcmi (M1) arasındakı nisbət əsasında hesablanan pulun dövriyyə sürəti (V) həm rəsmi, həm də xəlvəti sektorda bir-birin bərabərdir (Vr=Vg);

2) Xəlvəti iqtisadiyyatda hesablaşma vasitəsi nağd puldur (C). Dövriyyədəki nağd pul miqdarı (C) həm rəsmi (Cr), həm də xəlvəti iqtisadiyyatda (Cg) istifadə edilən nağd pulun cəminə bərabərdir (C=Cr+Cg);

3) Dövriyyədəki nağd pul miqdarının tələbli əmanət miqdarına (D) nisbəti, xəlvəti iqtisadi fəaliyyətlər olmadığı müddət ərzində sabitdir (C/D=k). k-nın artması xəlvəti iqtisadi sektorun genişlənməsini göstərir;

4) Müqayisə aparmaq üçün xəlvəti iqtisadi fəaliyyətlərin olmadığı, və ya nəzərə çarpacaq səviyyədə olmadığı müəyyən bir “baza ili” götürülür. Bu əsasən k-nın qiymətinin ən aşağı olduğu il qəbul edilir. Bu ildə C/D=Cr/D olacaqdır.

Beləliklə, yuxarıda göstərilən hipotezlər əsasında Gutmann metodu ilə xəlvəti iqtisadiyyatın kəmiyyət qiymətləndirməsi bu ardıcıllıqla həyata keçirilir:

1) Müəyyən dövrlər üzrə C/D nisbəti (k) hesablanır və aralarından “baza ili” Praktikada bu göstəricinin əldə edilməsinin mümkün olmadığı hallarda bütün əmanət formalarını özündə birləşdirən məcmu qeyri-nağd pul kütləsi göstəricisindən də istifadə edilir. seçilir;

2) “Baza ili”ndəki C/D nisbəti (ko) cari ildəki tələbli əmanət miqdarına (D) vurularaq, cari il üçün rəsmi iqtisadiyyatda istifadə olunan nağd pul kütləsi hesablanır (Cr);

3) Cari ildə dövriyyədəki nağd pul miqdarından (C) rəsmi iqtisadiyyatda dövr edən nağd pul kütləsi çıxılaraq cari il üçün xəlvəti iqtisadiyyatda dövr edən nağd pul kütləsi hesablanır (Cg=C-Cr);

4) Cari ildə rəsmi ÜDM göstəricisi (Yr) M1 pul kütləsin bölünməklə pulun rəsmi iqtisadiyyatdakı dövriyyə sürəti hesablanır [V=Yr/(С+D)];

5) Rəsmi və xəlvəti sektorda pulun dövriyyə sürətinin eyni olduğu nəzərə alınaraq, xəlvəti iqtisadiyyatda dövr edən nağd pul kütləsi (Cg) pulun dövriyyə sürətinə vurularaq (V) xəlvəti iqtisadiyyatdakı ÜDM (Yg) hesablanır. Başqa sözlə:

(C –koD) (C – koD)

Yg = Yr = Yr

M1 (C + D)




Yüklə 60,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin