Gutmann metodunun məhdud cəhətləri. Bu metodla xəlvəti iqtisadiyyatın kəmiyyət qiymətləndirilməsinə vaxtaşırı rast gəlinsə də, xəlvəti iqtisadiyyatdakı qeyri-nağd ödəmələri və C/D nisbətindəki artımın digər səbəblərini (iqtisadi artım, bank sektoruna etibarın azalması və .s) nəzərə almaması, pulun dövriyyə sürətini hər iki sektorda eyni qəbul etməsi (əslində xəlvəti sektorda daha yüksəkdir), həmçinin kifayət qədər mübahisəli olan “baza ili” anlayışı onun əsas məhdud cəhətləri hesab olunmalıdır.