Mədəniyyətin tərifinə müxtəlif yanaşmalar, onların ümumi cəhətləri və xüsusiyyətləri. Mədəniyyətin ənənələrin, adətlərin, normaların, dəyərlərin, işarələrin (simvolların), dilin məcmusu kimi sosioloji izahı. Mədəniyyətin zəmini (ilkin şərtləri). Mədəni statika və mədəni dinamika. Mədəniyyətin əlamətləri. Maddi və mənəvi mədəniyyət. Mədəniyyətin kompleks anlayışı. Mədəniyyətin əsas komponentləri: adətlər, dəyərlər, normalar, xarakterlər, qanunlar. Ənənələr sosial institutların təkrar istehsalı mexanizmi kimi. Dəyərlər və dəyər yönümləri. Mədəniyyətin formaları və müxtəlif növləri: xalq mədəniyyəti, kütləvi və elitar mədəniyyət. Üstün mədəniyyət, altmədəniyyət və əks mədəniyyət. Gənclərin mədəniyyətinin xüsusiyyətləri.
Dil mədəniyyətin yaranmasının və inkişafının ilkin şərti kimi. Dilin növləri. Mədəni-nitq statusu haqqinda. Cəmiyyətin sosiomədəni məkanı. Mədəni-nitq mühiti. Mədəni-nitq davranışının elementləri: vərdişlər, ədalar, şərəf kodeksi. Mədəni-nitq təbəqələşməsi. Dilin formalarının iyerarxiyası: ədəbi və xalq-danışıq dili, loru dil, ərazi şivələri (dialektləri) və sosial şivələr (dialektlər), peşə “dilləri”.
Milli mədəniyyət. Azərbaycan dilinin mədəni proseslərin dinamikasında rolu.