Mövzu 10. Sosial – etnik münasibətlər.
“Etnos” anlayışı. Etnos tarixən müəyyən ərazidə yaşayış tərzi, mədəniyyət xüsusiyyətləri və psixoloji xarakterinə görə nisbi sabit, habelə başqalarından fərqli insanların toplusu kimi. Etnosun xarakterik cəhətləri. Etnik birliklərin təsnifatı. Qəbilə, tayfa, xalq, millət. Etnik birliklərarası inteqrasiya.
“Millət” anlayışı. Millət insanların sosial – etnik birliyinin ali formasıdır. Millətin əsas əlamətləri. Cəmiyyətin sosial strukturunda milli – etnik strukturun yeri.
“Milli azlıq” problemi. “Yerli” və “gəlmə” millətlər. Diaspora anlayışı. Daxili, yaxın və uzaq diaspora. Azərbaycan dövlətinin diaspora siyasəti.
Milli-etnik münaqişələr, onların səbəbləri və həlli yolları. Millətdaxili, milli-etnik birliklərarası və şəxsiyyət səviyyəsində millət və xalqların münasibətləri. Dağlıq Qarabağ problemi və onun tənzimlənməsinin dinamikası. Milli məsələnin həllinin dünya təcrübəsi.
Dostları ilə paylaş: |