Sosial-ərazi birlikləri sosial bölgü əlamətləri və yaşayış məskənləri tipləri üzrə qərarlaşan münasibətlərin məcmusu kimi. Ərazi birliklərinin mahiyyəti və strukturu. Sosial-ərazi birliklərinin təşəkkülündə ictimai əmək bölgüsünün rolu. Bu birliklərin xarakterik xüsusiyyətləri.
Sosial - ərazi birliklərinin əsas növləri. Şəhər, kənd, region və s. sosial - ərazi birliyi formalarıdır.
Şəhərin səciyyəvi cəhətləri. Şəhərin tarixi tipləri, sosial –iqtisadi təbiəti, strukturu və demoqrafik vəziyyəti.
Kəndin məskunlaşmasının sosial qanunauyğunluqları. Cəmiyyətin sosial strukturunda kəndin yeri. Kənd əhalisinin əsas məşğuliyyəti. Kənddə sosial münasibətlərin təkmilləşməsində miqrasiyanın rolu. Miqrasiyanın təsnifatı.
Region spesifik sosial-ərazi birliyi kimi. Regional sosial fərqlər və onların aradan qaldırılması yolları. Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları.