Mövzu 19. Sosial ekologiya.
“Ekologiya” və “sosial ekologiya” anlayışlarının müqayisəli təhlili. Sosial ekologiyanin yaranma səbəbləri və sosioloji mənbələri. Sosial ekologiyanin obyekti və predmeti. Sosial ekologiya mürəkkəb sosiotəbii sistemlər haqqında elm kimi. Sosial ekologiyanın vəzifələrı. Sosial ekologiyanin strukturu. Sosial ekologiyanin qanunları.
Sosialla təbinin nisbəti problemi. Cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərinin müxtəlif aspektləri. Sosial-iqtisadi aspekt: cəmiyyətin inkişafında təbiətin rolu. Mənəvi-hüquqi aspekt: insanlarası münasibətlərdə, onlarin mənəvi-hüquqi davranışında təbiət vasitəçi element kimi.
Təbiətə sistemli yanaşma. Təbii sistemlərin tipləri.İnsan-texnika-təbiət .İnsan və təbiət arasında çoxsaylı əlaqələr.İnsanın sosial və bioloji mahiyyəti. Cəmiyyət və mühitin qarşılıqlı münasibətlərinin tarixiliyi. Coğrafi mühit insanın yaşayışı və inkişafının mühüm şərtini ifadə edən müxtəlif təbiət elementlərinin məcmusu kimi. Cəmiyyətin inkişafında coğrafi mühitin rolu.
Ekoloji reallıq anlayışı. Ekoloji reallıqda baş verən dəyişiklərin insan fəaliyyəti ilə əlaqəsi. Sosial ekologiyaya sinergetik yanaşma. Sosial ekologiya və dünyanın ekoloji mənzərəsi. Müasir dünyada baş verən ekoloji problemlər. Azərbaycan Respublikasının ekoloji mənzərəsi.
Ekoloji nəzarət və ətraf mühitin mühafizəsi xidməti. Ekoloji ekspertiza. Təbiətin vəziyyətinə görə insanların mənəvi məsuliyyət daşıması. Təbiətə məsuliyyətsiz münasibətin ekoloji nəticələri. Dövlətin ekoloji funksiyalarının reallaşdırılmasının hüquqi və digər mexanizmləri. Ekoloji şüur, ekoloji təhsil və tərbiyə. Təbiəti mühafizə sayəsində son illərdə Azərbaycan Respublikasında görülən işlərin yığcam təhlili.
Dostları ilə paylaş: |