Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki DÖVLƏt universiteti Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi GİT ixtisası 1 ci kurs tələbəsi Alxasov Əfqanın Mühasibat uçotu və audit fənnindən Kurs işi


Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında bu qaydada qarşılıqlı əks etdirilmə üsuluna ikitərəfli yazılış üsulu deyilir



Yüklə 120,61 Kb.
səhifə7/8
tarix10.01.2022
ölçüsü120,61 Kb.
#109960
növüYazı
1   2   3   4   5   6   7   8
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında bu qaydada qarşılıqlı əks etdirilmə üsuluna ikitərəfli yazılış üsulu deyilir.

Göstərilən qaydaya uyğun olaraq müəssisə balansında da əmlakının yerləşməsi iki formada əks olunur.Yəni mühasibat balansının aktivində əmlakın tərkibi və yerləşməsi, balansın passivində isə əmlakın formalaşması mənbələri göstərilir.Ona görə də balansın aktiv və passivində əks olunmuş maddələrin yekunu bir-birinə bərabər olur. Bunun nəticəsində hər bir təsərrüfat əməliyyatı balansın iki maddəsinə təsir edir ki, bu da balansda dörd əməliyyat nəticəsi ilə balansın tərkibi dəyişilir.Həmin aparılan təsərrüfat əməliyyatları nəticəsində birinci halda balansın aktivində müəssisə əmlakının dəyişdirilməsinə,ikinci halda balansın passivində həmin əmlakın formalaşması məbləğinin dəyişdirilməsinə, üçüncü halda eyni vaxtda əmlakın və sonra isə balansın aktiv və passivində onların əmələgəlmə mənbələrinin dəyişilməsi ilə yekunlaşır. Beləliklə, mühasibat uçotunda iki tərəfli yazılış üsulunun vacibliyi müəssənin mühasibat balansında əmlakın yerləşdirilməsi və qruplaşdırılması metodunun tələbindən irəli gəlir.

İkili yazılış metodunun idarəetmə sistemində böyük nəzarət əhəmiyyəti var.Belə ki,eyni məbləğdə aparılan təsərrüfat əməliyyatı bir hesabın debetində və digər hesabın kreditində əks olunur.Nəticədə əks olunmuş uçot əməliyyatlarının icrasında buraxılan səhvlər müəyyən olunur və onu icra edən məsul şəxs də aydınlaşdırılır

Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında əks etdirilməsi zamanı həmin əməliyyatın hansı hesabın debetində və ya kreditində yazılmasını müəyyənləşdirmək lazımdır çox vacibdir.Bununla əlaqədar olaraq mühasibat uçotunda yazılış (müxabirləşmə) tərtib olunur.Beləliklə, mühasibat yazılışı hesablarının adları üzrə konkret təsərrüfat əməliyyatlarının məzmununu və məbləğini göstərən əməliyyatın icra olunması mühasibat hesablarında yazılış adlanır

3.


Yüklə 120,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin