Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki DÖVLƏt universiteti Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi GİT ixtisası 1 ci kurs tələbəsi Alxasov Əfqanın Mühasibat uçotu və audit fənnindən Kurs işi



Yüklə 120,61 Kb.
səhifə1/8
tarix10.01.2022
ölçüsü120,61 Kb.
#109960
növüYazı
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKİ DÖVLƏT UNİVERSİTETİ
Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi GİT ixtisası 1 ci kurs tələbəsi Alxasov Əfqanın Mühasibat uçotu və audit fənnindən

Kurs işi

Rəhbər:Aslanov Habil.

İcraçı:Alxasov Əfqan.

MÖVZU: Mühasibat hesabları və iki tərəfli yazılış.



Plan
Giriş.........................................................................3

1.Hesablar haqda ümumi məlumat..........................5

2.İki tərəfli yazılışın mahiyyəti və prinsipləri.........25

3.Yazılışın növləri...................................................27

4.Nəticə...................................................................29

5.Ədəbiyyat.............................................................30



GİRİŞ.

dünya ölkələrinin mühasibat hesablarının təyinatı və quruluşunun təsnifatına münasibəti eyni deyildir. Məsələn, ABŞ-da, Böyük Britaniyada və bu birliyə daxil olan digər ölkələrdə hər bir firma sərbəst şəkildə hesabları və omların təyinatını özləri tərtib edirlər. Bu ölkələrdə mühasibat uçotu, hesablar sistemi və onların prinsiplərinin müəyyən olunması peşəkar iqtisadçılar tərəfindən həyata keçirilir. Hüquqşünaslar və dövlət orqanları bu işdə fəaliyyət göstərmirlər. ABŞ-da və Böyük Britaniyada “Qadağan olunmayan hər şeyi etmək olar” prinsipləri geniş yayılıb. İngilisdilli ölkələrdə vahid hesablar planı yoxdur. Hər bir mühasibat mütəxəssisləri öz iş fəaliyyətlərinə uyğun olaraq hesablar planı tərtib edirlər. İşin bu formada təşkili mühasibatçıların daha sərbəst işləməsinə şərait yaradır.

Kontinental ölkələrinin mühasibat uçotu modelinə daxil olan ölkələrdə - Rusiya, Almaniya, Fransa və s. ölkələrdə mühasibat hesablarının təsnifatının firmaların mülkiyyət formalarından asılı olmayaraq, vahid prinsiplər üzrə istifadə olunması nəzərdə tutulur.

Dünya ölkələrinin müasir inkişaf səviyyəsində vahid formaya salınmış elə uçot və hesabat sistemi hazırlamaq lazımdır ki, mühasibat uçotu ilə məşğul olan bütün firmalar tərəfindən onların anlaşılması və onlarda əks olunmuş bütün məlumatlar xarici şəxslər tərəfindən araşdırılması mümkün olsun. Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması, həyata keçirilməsi və tətbiqi dünya ölkəkəri alimləri, mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasına xüsusi diqqət verilməkdədir

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunvericilik aktları firmaların mühasibat uçotunun hesablar planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mənşəli əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir. Hal-hazırda Respublikamızda fəaliyyət göstərən idarə və təşkilatlarda mühasibat uçotunun aparılması üçün istifadə edilən hesablar planı Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablar planı 1995-ci ildən qüvvədə olmaqla tətbiq olunur. Həm də iqtisadiyyatın müxtəlif sahələrində, müxtəlif hesablar planı tətbiq olunduğundan onların hər birinin ayrılıqda öyrənilməsi tələb olunur.

1.Hesablar haqda ümumi məlumat

İdarə və müəssisələrdə hər gün çoxlu miqdarda təsərrüfat əməliyyatları icra olunur və onların nəticəsi ilə əlaqadar olaraq muhasibat balalnsı tərtib olunur.

Yuxarıda göstərildiyi kimi müəssisələrin mühasibat balansı aylıq,rüblük və illik tərtib olunur.

Balansın köməyi ilə gündəlik olaraq müəssisə əmla-kının tərkibinin dəyişilməsi ,onun öhdəçiliyinin vəziyyəti və bütün vəsaitin formalaşmasına dair gündəlik nəzarəti təmin etmək mümkün deyildir.Buna görə də cari uçotu və nəzarəti təmin etmək üçün mühasibat uçotu hesablarindan istifadə olunur.

Mühasibat uçotu nəzəriyyəsi və metodoloji prinsip-lərində mühasibat uçotu hesabları sisteminə xüsusi əhə-miyyət verilir.Çünki buna əsaslanaraqinformasiyaların ikitərəfli əks olunması problemi həll olunmaqla onun toplanması və cəmləşdirilməsi üsulu icra olunur.Hesablar üzrə yazılışlar ikili yazılış metodu ilə aparılır.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəssisələrin mühasibat uçotunun Hesablar Planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mənşəli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir.

Mühasibat uçotu təsərrüfat subyektlərinin,əmlakının, öhdəliklərin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında,pul ifadəsində sənədləşdirilmiş və mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.mühasibat uçotu hesabları təsərrüfat əməliy-yatları haqqında məlumatların və mühasibat uçot-unda digər informasiyaların qruplaşdırılması və saxlanması üçün vahid əsasdır.

Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması ,həyata keçrilməsi və tətbiqi dünya ölkələri alimləri,mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasina xüsusi diqqət yetrilməkdədir.İlk milli hesablar planı 1937-ci ildə Almaniyada ,1947-ci ildə Fransada qəbul olunmuşdur.1960-1980-cı illərdə Avropa İqtisadi Birliyi,Vahid Afrika Təşkilatları və Latın Amerikası dövlətləri üzrə millətlərarası ərazi hesablar planı yaradılmışdır.

Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin hər biri üçün ayrı açılır. Hesablarda uçota alınan bütün obyektlər,yəni vəsait və onun əmələgəlmə mənbəyi iki cür ya artmağa,yaxud azalmağa doğru dəyişilə bilər.Xarici görünüşünə görə hesablar ikitərəfli cədvəl formasında tərtib olunur.İlkin olaraq hər bir hesaba obyektin adına görə ad müəyyən olunur.Misal üçün "Əsas vəsaitlər","Materiallar", "Nizamnamə kapitalı" hesabları və s. Adlanır. Hesabın sxeması aşağıdakı formada müəyyən olunmuşdur:


Debet Hesabın Kredit

adı

Hesabın sol tərəfi debet(qısa şəkildə D-t),sağ tərəfi isə kredit(qısa şəkildə K-t) adlanır.Hesabda müəyyən dövrdə əks olunmuş debet və kredit üzrə yazılışların yekunu, son qalıq(saldo) adlanır.

Hesabın ikitərəfli formada tərtibolunması müəssisə əmlakının və onların əmələgəlmə mənbələrini artıran bütün əməliyyat məbləğləri bir tərəfdə,azaldan əməliyyat məbləğləri isə əks tərəfdə yazmağa imkan verir.

Mövcud qaydalara görə hesabda əks olunmuş ilk qalıqdan sonra yazılan bütün məbləğlərin yekunu dövriy- yə adlanır.Beləliklə, hesabın debetində əks olunmuş məbləğlərin yekunu onun debet dövriyyəsi, kredit hissə -sində isə əks olunmuş məbləğlər kredit dövriyyəsi adlanır.

Mühasibat hesablarında əks olunmuş bütün təsərrüfat əməliyyatları göstəricilərisənədlər əsasında icra olunur və bütün sənədlərin hüququ əsası olmalıdır.

Müəssisə balansına uyğun olaraq bütün mühasibat uçotu hesabları aktiv və passiv hesablara ayrılır və bununla əlaqadar olaraq hesablara yazılış iki sxema üzrə icra olunur.

Aktiv və passiv hesablarda debet və kreditin təyinatı da müxtəlif olmaqla aparılan əməliyyat yazılışları bir-birindən fərqlənir.

Aktiv hesblara o hesablar daxildir ki,onlarda müəssisə əmlakının müxtəlif formalarının qalığı ,tərkibi və hərəkəti əks olunur.Bu qrup hesablara "Əsas vəsaitlər" hesabı, "Materiallar" hesabı, "Kassa" hesabı, "Qeyri-maddi aktivlər" hesabı, "Hesablaşma" hesabı və.s daxildir

Passiv hesablarda isə müəssisə əmlakının formalaşması mənbələrini,onların məbləği,tərkibi, və hərəkəti və öhdəliklərini göstərən mühasibat aiddir.Bu hesablara "Nizamnamə kapitalı", "Qısa müddətli bank kreditləri", "Ehtiyyat kapitalı", "Əməyin ödənməsi üzrə işçi heyəti ilə hesablaşmalar" və s. hesablar daxildir.

Passiv hesablarda qalıq(saldo) ancaq hesabın kreditində ola bilər.Bir qayda olaraq mühasibat hesablarında hesabat dövrünün əvvəlinə əks olunmuş qalıq S, hesabat dövrünün sonuna olan qalıq isə S2 işarəsi formasında göstərilir

Mühasibat uçotunda aktiv və passiv hesabların yazılmış sxemini aşağıdakı kimi gostərmək olar.

O cümlədən aktiv hesablar üzrə:

Debet Aktiv hesabın adı Kredit

S1 _- əməliyyatın əks Təsərrüfat əməliyyatları

olunmasına qədər nəticəsində

qalıq qalığın azalması


Hesabın debeti üzrə Hesabat krediti üzrə dövriyyə

S2 – hesabat dövrünün

sonuna qalıq
Beləliklə, mühasibat uçotu aktiv hesabın debet tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan qalıq müəyyən olunur.

Hesabın kreditində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn azalma əks olunmuş olur.

Nəticə etibarı ilə aktiv hesablarda hesabın debetində vəsaitin artması, kreditində isə vəsaitin azalması əks olunur və həmin hesablarda yalnız debet qalığı ola bilər.

Passiv hesablarda əməliyyatların yazılış sxeması isə aşağıdakı formada aparılır


Debet Passiv hesabın adı Kredit





Təsərrüfat əməliyyatı nəti- S1-əməliyyatın əks olunma-

qalığın artımı sına qədər qalıq

Təsərrüfat əməliyyatları

nəticəsində qalığın artması

Hesabın debeti üzrə döv- Hesabın kredit üzrə dövriy-

riyyəyəsi

S2-hesabın dövrünün sonu- na qalıq

Beləliklə , mühasibat uçotu passiv hesabın kredit tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasın qədər olan qalıq, təsərrüfat əməliyyatının nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan vəsait qalığı əks olunur.

Hesabın debetində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn vəsaitin azalması və hesabın debet dövriyyəsi göstərilir.

Nəticə etibarı ilə passiv hesablarda hesabın debetində vəsaitin azalması ,kreditində isə artması əks olunur və həmin hesablarda yalnız kredit qalığı ola bilər.

Təsərrüfat əməliyyatlarının aktiv və passiv hesablarda əks edilməsi nəticəsdə aşağıdakı iki nəticə ola bilər.

Birinci halda mühasibat uçotu aktiv hesabın ilk debet qalığı məbləğinin üzərinə hesabın debet dövriyyəsi məbləğini əlavə etməklə alınan məbləğin cəmi hesabın kredit dövriyyəsi məbləğindən çox olmamalıdır.Belə halda hesabat dövrünün sonuna hesabın debet qalığı olur.

İkinci halda aktiv hesabın ilk debet qalığı məbləğinin üzərinə debet dövriyyəsi məbləğini əlavə etməklə alınan məbləğ cəmi hesabın kredit dövriyyəsi cəminə bərabər olur.Belə halda hesabat dövrünün sonuna hesabın son qalığı olmur və hesab bağlanır.

Bu əməliyyatların icra olunması passiv hesablarda da hesabat dövrününün sonuna aparılan təsərrüfat əməliyyat-ları nəticəsində hesablarda iki nəticə müəyyən olunur.

Beləliklə,müəssisə əmlakının əks olunduğu aktiv hesablarda və əmlakın formalaşdığı passiv hesabların qalıqları hesabat dövrünün sonuna mühasibat(maliyyə) balansının aktiv və passivində əks olunur.

Mühasibat uçotu hesabları planında aktiv-passiv hesablar da vardır ki,onların təyinatında aktiv və passiv hesabların göstəriciləri olur.bu halda hesabda debet və kredit qalığı və ya eyni zamanda debet və həm də kredit qalığı ola bilər.Bu hesablara "Maddi sərvətlərin yenidən qiymətləndirilməsi","Təhtəlhesab şəxslərlə hesablaşma- lar","Müxtəlif debitor və kreditorlarla hesaşmalar", "Mənfəət və zərər" hesabları və s.aiddir.

Məsələn,"Müxtəlif debitor və kreditorlarla hesablaş- malar" hesabında əməliyyatın aparılması nəticəsində debet qalığı yarandıqda debitor borcunu göstərir və müəssisə balansının aktivində əks olunur.

Aktiv-passiv hesablarda sadə qaydada qalığı təyin etmək mümkün deyildir.Ona görə də həmin hesablar üzrə analitik uçot hər bir debitor və kreditor üzrə hesablaş-manın vəziyyətinə dair (yəni alıcılar və mal satanlar haq-qında) ətraflı informasiyya verir və həmin göstəricilər üzrə ,yəni bütün alıcı və satıcı təşkilatlar üzrə debitor və kreditorların məbləğini əks etdirir.

Qeyd etmək lazımdır ki, mühasibat uçotu hesabları əsasən balans maddələrinə uyğun gəlir.Daha doğrusu burada təsərrüfat vəsaitlərini hərəkəti və onların əməlgəlmə mənbələrinin dəyişməsi ümumiləşdirilmiş göstəricilərlə əks etdirilir.Bu isə bəzi istehsal və təsərrüfat sahələrində dəqiq nəzarəti həyata keçirməyə o qədər də imkan vermir.Ona görə də ümumiləşdirimiş göstəricilərə malik olan hesablarla yanaşı,elə hesablar da aparılmalıdır ki,həmin hesablarda hər bir vəsait haqqında zəruri məlumatları əks etdirmək mümkün olsun

Cari mühasibat uçotu sintetik və analitik hesablarda aparılır.Bunlara uyğun olaraq bütün iqtisadi subyektlərdə sintetik və analitik uçot aparılır.Belə uçotun aparılması və təşkili sistemi mühasibat uçotunun əsasını müəyyən edir.

Bu əsasda da mühasibat uçotu hesabları müəssüsə əmalkının iqtisadi qrupları göstəriciləri, onların formalaşması mənbələri və bütün təsərrüfat əməliyyatları pul ifadəsində, cəmləşmiş formada əks olunur. Belə hesablara "Əsas vəsaitlər", "Materiallar", "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar", "Kassa" hesabı və s.daxildir.

Lakin iqtisadi subyektin istehsal və təsərrüfat-maliyyə fəaliyyətinin idarə olunması ,bazar iqtisadiyyatı şəraitində onun yerini qiymətləndirmək,ayrı-ayrı təsərrüfat əlaqələri olan müəssisələrlə hesablaşma vəziyyətinə nəzarət etmək üşün ümumi göstəricilər kifayət deyildir və bunun üçün hər bir satıcı təşkilatın verdiyi materiallara dair ətraflı məlumat olmalı ,hər bir alıcıya satılan məhsulun həcmi,çeşidi müəssisədə işləyən bütün işçilərin göstəriciləri və s.haqqında məlumat olması vacibdir.Ona görə də sintetik hesabların iqtisadi göstəricilərini genişləndirmək məqsədilə , hesabın geniş mənada məbləğ və natural ölçüdə uçotun aparıldığı analitik hesabların açılması vacibdir.

Hesabat dövrünün axırında balans tərtib etmək və ümumiyyətlə müəssənin rüblük və illik nəticələrini müəyyən etmək üçün yekun məlumatları ümuniləşdirmək lazımdır.Bu məqsədlə dövriyyə cədvəllər tərtib edilir.Sintetik dövriyyə cədvəlində aşağıdakı məlumatlar olur.

1)Sintetik hesablar üzrə ayın əvvəlinə ilk qalıq

2)Ay ərzində aktiv və passiv hesablar üzrə debet kredit dövriyyəsi

3)Aktiv və passiv hesab üzrə ayın axirina son qalıq.



Sintetik hesabın dövriyyə cədvəli aşağıdakı kimidir:

Sintetik İlk qalıq Aylıq Son

hesbabların adı dövriyyə qalıq

DT KT DT KT DT KT

Bankın hesablaş-

ma hesabı

Nizamnamə kapi-

talı

Əsas vəsaitlər


Bankın qısa müd-

dətli hesabı

Yekun




Analitik hesablarda aparılan uçot analitik uçot adlanır. Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruolaşdırılmasına xidmət edir.Analitik hesab isə sintetik hesabın daxilindəki şəxsi ,material və başqa hesablardakı məlumatları daha təfsilatlı qruplaşdırır.

Analitik hesablar üzrə dövriyyə cədvəlində aşağıdakıilar əks etdirilir:

1)Hesabat dövrünün əvvəlinə qalıq

2)Hesabat ayında debet və kredit dövriyyəsi

3)Hesabat dövrünün axırına son qalıq

Analitik hesablar üzrə dövriyyə cədvəlinin forması aşağıdakı kimidir.


Məhsulun Ölçü Ayın Aylıq dövriyyə Ayın

və malın vahidi əvvəlinə axırına

adı qalıq qalıq

miq məb mədaxil məxaric


miq miq məb miq miq məb


Yekun





Subhesablar qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.Azərbaycan respublikasının hesablar planında nəzərdə tutulmuş subhesablardan təhlilin,nəzarətin və hesabatın tələblərindən asılı olaraq istifadə edilir.Müəssisələr həmin subhesablardan bəzilərinin məzmununu dəqiqləşdirə,onları çıxara,birləşdirə,eləcə də əlavə subhesablar daxil edə bilərlər.Subhesablar hesabatların tərtib olunmasında və müəssisə təsərrüfat fəaliyyətinin təhlilində mövcud olan informasiya sisteminə əlavələr şəklində istifadə olunaraq sintetik hesabların daha ətraflı şərh olunması imkanını genişləndirir.

Bütün mühasibat uçotu hesablarında subhesablar açılmasına ehtiyac yoxdur.Subhesablar o hesablar açılır ki,həmin hesabların uçota aldığı obyektlərin əhatəsi genişdir.Ümumiyyətlə,subhesablar ayrı-ayrı mühasibat uçotu hesablarının daha ətraflı izahı məqsədilə açılır.Məsələn "Materiallar" hesabına 8 sub hesab açılmışdır ki,bunlar aşağıdakılardır:

− xammal və materiallar

− satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar

yanacaq

− tara və tara materialları

− ehtiyyat hissələri

− sair məlumatlar

− emal üçün kənara verilmiş materiallar

− tikinti materialları.

Sub və analitik hesablar bir-birilə sıx əlaqədardırdır.Analitik hesablar üzrə yazılışların ümumi yekunu onun aid olduğu sintetik və subhesablardakı yazılışların yekununa bərabər olmalıdır.Eyni zamanda sintetik hesabın ilk və son qalıqları onun tərkibinə daxil olan analitik hesabların qalıqlarının ümumi məbləğinə bərabər olmalıdır.Belə bərabərliyin olması sintetik və analitik hesablarda əks olunmuş uçotun düzgünlüyünü müəyyən etməyə imkan verir.

Azərbaycan respublikasında vahid mühasibat uçotu və hesabatı sistemi yaratmaq,onu daim inkişaf etdirmək təkmilləşdirmək və bu işlərə nəzarət etmək müvafi orqanların iştirakı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyitərəfindən həyata keçrilir.

Azərbaycan Respublikası Milli Bankı,Dövlət Statistika Komitəsi Nazirlər Kabinet yanında Dövlət Sığorta Nəzarəti,Respublika Vergi Nazirliyi və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə digər orqanlar Azərbaycan Republikası Maliyyə Nazirliyi ilə razılaşmaqla bankların sığorta təşkilatlarının və bu kimi başqa dövlət orqanlarının,həmçinin spesifik funksiyarı yerinə yetirən digər təsərrüfat subyektlərinin mühasibat uçotu və hesabatlarını tənzimləyirlər.

Mühasibat uçotu sənədləri müəssisə və şirkətlərin informasiya sisteminin əsasını təşkil edir.Gündəlik aparılan təsərrüfat əməliyyatları və onların uçotunun düzgün təşkil olunmasını təmin etmək üçün mühasibat uçotu hesablarının müəyyən qaydada təsnifləşdirilməsini tələb edir.Hesablar müəyyən informasiya vəzifəsini yerinə yetirdiyi ilə əlaqadar olaraq təsnifləşdirmə əməliyyatı müəyyən qaydada tərtib olunmalıdır.Həmin qaydalar hər bir mühasibat uçotu hesabının əks olunması sistemində, informasiyaların hazirlanmasında öz yerini tutmalıdır.

Hazırkı şəraitdə bazar iqtisadiyyatına keçi və uçot sistemində yeni obyektlərin yaranmasını vacib şərtə çevirmişdir.Buna görə də mühasibat uçotu hesablarının təsnifatında bu qrup obyektlərin iştirakı ilə əmlakın və onların əmələgəlmə mənbələrinin hesablar sistemində qruplaşdırılması nəzərə alınmalıdır.

Beləliklə, müasir mühasibat uçotu hesablarının nəzəriyyəsi sistemində uçot hesabları iki qrupa bölünür:



  1. İqtisadi məzmununa görə ;

  2. Təyinatına və qurluşuna görə.

Hesabların iqtisadi məzmununa görə təsnifatı ölkə təsərrüfatının müxtəlif sahələrində istifadə ediləcək hesabların siyahısının qabaqcadan hazırlanmasına şərait yaradır.

Mühasibat uçotu hesablarının iqtisadi məzmununa görə təsnifatı onların beş qrup üzrə bölüşdürülməsini nəzərdə tutur.




Yüklə 120,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin