AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Təsdiq edirəm Fizika fakültəsinin dekanı prof. M.Ə. Ramazanov



Yüklə 251.2 Kb.
səhifə1/3
tarix14.01.2017
ölçüsü251.2 Kb.
  1   2   3
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Təsdiq edirəm
Fizika fakültəsinin dekanı
_________prof.M.Ə.Ramazanov
____”________________2013-cü il

NANOMATERİALLARIN KİMYƏVİ FİZİKASI

kafedrasında 2013-ci ildə elmi-tədqiqat

işlərinin yerinə yetirilməsi haqqında

H E S A B A T

B A K I - 2 0 1 3
I . G İ R İ Ş
BDU “Nanomaterialların kimyəvi fizikası” kafedrası Azərbaycan Respublikası Nazirlər Sovetinin 21/4-157 saylı 15 noyabr 1971-ci il tarixli sərəncamına əsasən Ali və Orta İxtisas Təhsili Nazirliyi Kollegiyasının 7/8 saylı 12 may 1972-ci il tarixli qərarı ilə “Atom və molekulların kvant mexanikası” adı ilə yaradılmış və 1988-ci ildən etibarən “Kimyəvi fizika” adlandırılmış kafedranın bazasında 2006-ci ildə BDU-nun Elmi Şurasının qərarı əsasında təşkil edilmişdir.

Kafedra Azərbaycan Respublikasında atom və molekul fizikası, nanotexnologiya və nanohissəciklərin fizikası ixtisasları üzrə elmi-pedaqoji kadrlar hazırlayan struktur vahididir. Hesabat ilində kafedranın əməkdaşları fakültənin və BDU-nun elmi, pedaqoji və ictimai həyatında fəal iştirak etmişlər. Kafedranın əməkdaşları 2013-ci ildə bir sıra beynəlxalq və respublika qrant layihələrinin hazırlanmasında iştirak etmiş, Elmin İnkişaf fondundan udulmuş layihə uğurla başlanmış və yekunlaşmışdır. İsveçrə Milli Elm fondundan 2011-2013-ci illərdə yerinə yetirilməsi nəzərdə tutulan qrant layihəsi İsveçrə Milli Elm Fondu tərəfindən vaxtı daha 1 il uzadılmış və ümumi məbləği artırılmışdır. Layihə 2013-cü ilin sentyabr ayında uğurla yerinə yetirilmiş və bu layihənin nəticələrini əsas götürərək yeni layihə hazırlanaraq İsveçrə Milli Elm Fonduna ekspertiza üçün təqdim edilmişdir. Kafedranın əməkdaşları aspirantların və dissertantların elmi işlərinə, magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinə və bakalavr təhsil pilləsi üzrə kurs və buraxılış işlərinə rəhbərlik edir, fakültənin və BDU-nun ictimai işlərində fəal iştirak etmişlər. Kafedranın müdiri prof. f.e.d. M. Ə. Ramazanov fakultədə Dövlət Yekun Attestasiya Komissiyasının və magistr dissertasiyasının müdafiəsi üçün yaradılmış Elmi Şuranın üzvü, fakültə elmi şurasının sədri və Fizika Problemləri ETİ-nin elmi şurasının, AMEA-nın Fizika İnstitutunda və BDU-da fəaliyyət fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini və Elmi Texniki Şuranın və Müdafiə Sənayesi Nazirliyinin Elmi Texniki Şurasının üzvüdür.



Kafedranın dos. f.r.e.n. Paşayev F.H, dos. f.r.e.n.N.S.Nəbiyev, dos. f.r.e.n. Vahabova M. R. və dos. Vəliyeva L.İ. BDU-da keçirilən imtahanlarda nəzarətçi-koordinatordur. Dosent N.S.Nəbiyev, dos. f.r.e.n. Paşayev F.H. və k.e.f.d., müəllim Hacıyeva Flora Vidadi qızı BDU-da Fizika fakültəsində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi seminarının üzvüdürlər. Dos. f.r.e.n. Paşayev F.H. fakültə Metodiki Şurasının üzvüdür.

Kafedra müdiri prof. Məhəmmədəli Ramazanov Qara Dəniz Universitetləri əməkdaşlıq şəbəkəsinin dəvəti ilə Rumıniyada olmuşdur. Səfər zamanı prof. M.Ə,Ramazanov Buxarest Universitetinin Fizika fakültəsinin əməkdaşları qarşısında Azərbaycanda nanotexnologiyanın inkişaf persektivləri mövzusunda mühazirə etmişdir. Mühazirədə Azərbaycanda, xüsusiilə Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində aparılan tədqiqat işləri barədə, nanoelmin respublikamızda təhsil müəssisələrində tədrisinin təşkil olunması barədə ətraflı məlumat vermişdir. Mühazirə zamanı prof.M.Ə.Ramazanov BDU-da yerinə yetirilən Beynəlxalq qrant layihələri barədə, BDU-nun Nanoaraşdırmalar laboratoriyasının maddi texniki bazası barədə, BDU alimlərinin nanotədqiqatlar sahəsində Tomson Reyter Agentliyinin siyahısına daxil edilən jurnallardakı məqalələri barədə ətraflı məlumat vermişdir. Mühazirədə qeyd edilmişdir ki, dünya elminin bu mühüm istiqaməti barədə Rumıniya ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfərindən sonra sürətlə inkişaf etməyə başlamışdır. Məruzə Buxarest Universitetinin əməkdaşlarının böyük marağına səbəb olmuşdur. 28 mart 2012-ci il tarixində prof. M.Ə.Ramazanov Rumıniya Mühəndislik Nüvə Tədqiqatları İnstitutunda olmuş, institutun direktoru Rumıniya Akademiyasının üzvü D-r Nicolae Victor Zamfirlə görüşmüş və iki tərəfli əlaqələrin qurulması istiqamətində danışıqlar aparılmışdır. Avropa Birliyinin maliyyə dəstəyi ilə formalaşması nəzərdə tutulan unikal lazer siteminin qurulması və ondan istifadə edilməsində Azərbaycan alimlərinin də böyük potensiala malik olmasını nəzərə alaraq həmin mərkəzdə işə cəlb edilməsi barədə razılıqlar əldə edilmişdir.

Prof. Məhəmmədəli Ramazanov, Nano araşdırmalar mərkəzinin böyük elmi işçisi f.r.e.n. Ağamalıyev Zöhrab Ədalət oğlu və Radiyasiya və onun ətraf mühitə təsiri ETL-in baş laborantı, doktorant Əliyevə Sevinc Qərib qızı Yaponiyanın Tokyo Boyko şirkətinin rəsmi dəvəti ilə Yaponiyada elmi səfərdə olmuşlar. Səfər zamanı Z. Ə. Ağamalıyev və S.Q.Əliyeva JEOL şirkətinin istehsal etdiyi JSM 7600 markalı skanedici elektron mikroskopunun iş prinsipi ilə, nümunələrin mikroskopda səklinin alınması üçün ilkin hazırlıq mərhələləri ilə yaxından tanış olmuş və treyning keçmişlər. Sonda onlarin hər ikisinə JEOL-un sertifikati təqdim edildi. Prof. M.Ə.Ramazanov JEOL şirkətinin istehsal etdiyi JSM-7600, Elektron Spin Rezonansı və Nüvə Maqnit Rezonansı cihazlarının iş prinsipləri ilə yaxından tanış olmuş və cihazların imkanları barədə JEOL-un mütəxəssisləri T.Kikuch, T.Suzuki, Y.Mizuta ilə müzakirələr etmişdir. Eyni zamanda o, TEM və GC/LC-TOFMS xrommasspektrometri ilə tanış olmuşdur. Yaponiyaya səfər zamanı prof. M.Ə.Ramazanov Nikon korporasiyasında olmuş və orada hazırlanan cihazların texniki imkanları ilə yaxından tanış olmuş, cihazlarda aparılan tədqiqat işlərində iştirak etmişdir. Görüş zamanı Korporasiyanın Biotədqiqatlar Marketing Departementinin əməkdaşları Ph.D. Kenji Takatsuka və Yoshimitsu Tsuboi Tibbi-bioloji sistemlərdə tədqiqat aparmaq üçün ifrat yüksək ayrıd etmə qabiliyyətinə malik flüeresent mikroskopunun imkanları barədə ətraflı məlumat vermişlər. Nikon korporasiyasının əməkdaşı Noboru Hirakava robotla təchiz olunmuş biostansiyanın inkanları və işləmə prinsipi barədə prof. M.Ə.Ramazanovla müzakirələr aparmışdır. Səfər zamanı Rigaku korporasiyasında Benchtop X-ray Diffractometer MiniFlex 600 iş prinsipi ile yaxından tanış olunmuş və qarşıya cıxan problemlər müzakirə olunmuşdur. Səfər zamanı Nikon korporasiyasının prezidenti ilə görüş olmuş və gələcək əməkdaşlıq barədə danışıqlar aparılmışdır. 

Kafedranın müdiri prof. M.Ə.Ramazanov İsveçrənin Lozanna şəhərində yerləşən ThermoFischer Scientific analitik cihazlar istehsalı və yaradılması ilə məşğul olan şirkətin rəsmi dəvəti ilə 24 noyabr 2013 tarixindən 28 noyabr 2013 tarixinə qədər Lozannada elmi ezamiyyətdə olmuşdur.  Səfər zamanı  ThermoFischer şirkətinin istehsal etdiyi cihazların imkanları ilə yaxından tanış olmuş və şirkətin istehsal etdiyi cihazların BDU-ya alınması məsələləri ilə əlaqədar danışıqlar aparmışdır. Səfər zamanı X-ray fluorescence spectrometrin  iş prinsipi və texniki imkanları ilə tanış olmuşdur.

Kafedrasının müəllimi, k.e.f.d. Flora Vidadi qızı Hacıyeva 28 oktyabr – 3 noyabr, 2013-cü il tarixlərində müstəqil dövlətlərin, xaricdə yaşayan həmvətənlərin əməkdaşlığı və beynəlxalq humanitar həmrəylik məsələləri üzrə Federal agentliyin dəstəyi ilə Moskva beynəlxalq innovasiya inkişaf forumunda iştirak etmişlər. Nümayəndə heyətinin tərkibinə MDB ölkələrinin beşindən (Azərbaycan, Belarusiya, Moldova və s.) seçilmiş elm sahəsi üzrə perspiktivə malik olan 10 gənc daxil olmuşdur. İşgüzar proqram çərçivəsində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB Beynəlxalq nanotexnoloji innovasiya mərkəzinin, Təbiət, cəmiyyət və insan beynəlxalq “Dubna” universitetinin, “Dubna” xüsusi iqtisadi zonanın rəhbərliyi ilə görüşlər keçirilmişdir. Eyni zamanda, iştirakçılar sərgi və innovasiya kompaniyalarına qoşulmuş və Dubna şəhərinin administrasiyası ilə görüşmüşlər. Tədbirin əsas məqsədi MDB ölkələri arası beynəlxalq əməkdaşlığın aktiv inkişafı ilə bağlı olmuşdur. Bu proyekt MDB-nin aktiv gənclərinin elm, təhsil və innovasiya sferasında ölkələrarası iqtisadi və siyasi inteqrasiya ilə bağlı işlərə cəlb olunması ilə bağlı olmuşdur. Həmçinin Avropa Birliyinin təşkil etdiyi Alternativ Enerji Mənbələri Beynəlxalq trainingin (İnternational PEM fuel cells Bursa, Türkiyə, 2013) iştirak etmişdir.

Prof. M.Ə. Ramazanov və kafedranın dosenti, Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi b.e.n. İsmət Əhmətov 1 iyul 2013-ci il tarixdən 8 sentyabr 2013-cü il tarixindən İsveçrənin Elm Fondu tərəfindən maliyələşdirilən SCOPES proqramı çərçivəsində (Project - IZ73Z0_128068) Lozanna Politexnik Federal İnstitutunda (EPFL) elmi ezamiyyətdə olmuşlar. Ezamiyyətdə bu institutun əməkdaşları professor Lazslo Forro və professor Andrzej Sienkieviçlə birlikdə Mürəkkəb materialların fizikası laboratoriyasında nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti və hüceyrələrə təsirinin toksik effektləri EPR metodu tədqiqi ilə məşğul olmuşlar. SCOPES əməkdaşlıq layihəsi sayəsində nanomaterialların canlı sistemlərə təsirinin öyrənilməsi - nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən nəticələr alınmışdır.


2. KAFEDRANIN STRUKTURU VƏ ŞTAT CƏDVƏLI:
«Nanomaterialların kimyəvi fizikası» kafedrası BDU-nun əsas binasında 159, 161-cı otaqda yerləşir və kafedrada "Nanoaraşdırmalar mərkəzi", "Radiasiya və onun ətraf mühütə təsiri" ETL və bir tədris laboratoriyası vardır. Hesabat ilinin sonunda (2013) «Nanomaterialların kimyəvi fizikası» kafedrasının ştat cədvəli aşağıdakı kimi olmuşdur:



Soyadı, a.a.

Vəzifəsi, elmi adı

Anadan olduğu gün, ay, il

Ştat vahidi

1

Ramazanov Məhəmmədəli

Əhməd oğlu



Kafedra müd.(ictimai əsaslarla) prof., f.e.d

31.10.1958

1,5 şt.

2

Nəbiyev Naqif Səftər oğlu

dos., f.r.e.n

29.07.1960

1 şt.

3

Paşayev Faiq Heydər oğlu

f.r.e.n., dos. əvəzi

27.03.1955

1 şt.

4

Vahabova Mina Rza qızı

f.r.e.n., dos.

19.01.1944

1şt.

5

Vəliyeva Lalə İslam qızı

Dos., b.e.n.

19.03.1965

1şt.

6

Hacıyeva Flora Vidadi qızı

k.e.f.d., müəllim

26.01.1985

0,5 şt.

7

Həsənov Arzuman Qardaşxan oğlu d.ə., müəllim

f.r.e.n.,təd. lab. müdiri, d.ə., müəllim

08.12.1959

1şt., d.ə., 0,5 şt.

Hesabat ili ərzində kafedrada elmi-tədqiqat işləri 2013-ci il üçün təsdiq olunmuş plan üzrə yerinə yetirilmişdir.



3. QRANTLAR ƏSASINDA YERINƏ YETIRILƏN ELMI TƏDQIQAT İŞLƏRİ


3.1. Azərbaycan Respublikasi Prezidemti yanında Elmin İnkişafi fondu ilə əlaqələr

Hesabat ilində Elmin İnkişaf fonduna Belorusiya ilə birgə qrant layihəsi təqdim olunmuş və layihə Belorusiya tərəfindən yüksək qiymət almış, lakin Azərbaycan tərəfindən müsbət qiymət almamışdır.



3.2. Respublika daxili qrantlar




Layihənin adı

Layihənin rəhbəri

Donor təşkilat

Layihənin müddəti

Layihənin dəyəri

1

50+50 universitet daxili layihə - ZrO2-Y2O3 nanotozları əsasnda funksional təyinatlı yeni polimer nanokompozisiya quruluşların işlənməsi və tədqiqi

k.e.f.d.F. V. Hacıyeva

BDU

1 il

1000 AZN

2

Universitetdaxili 50+50 qrantı -Nanohissəciklərin bitkilərdə toplanması və hüceyrə membran sistemləri ilə qarşılıqlı təsir mexanizminin tədqiqi

Dos. I.S.Əhmədov

BDU

1 il

1000 AZN

Cəmi

2000 AZN



3.3. Beynəlxalq qrantlar




Layihənin adı

Layihənin rəhbəri

Donor təşkilat

Layihənin müddəti

Layihənin dəyəri

1

TEMPUS İV – 6th Call for proposal, Joint projects, Structural Measures – 2013. “Curriculum reform and the modernization of ecology engineering based on nanotechnology” University of Rome La Sapienza – Baku State University


Rəhbər,

Prof.M.Ə.Ramazanov üzvləri, -


Dos. I.S.Əhmədov

k.e.f.d.F.V.Hacıyeva



EU

3 il

655000,0 Euro

2

Nanohissəciklərin ali su bitkiləri hüceyrələrinin membran sistemləri ilə qarşılıqlı təsiri-fito nanotoksikologiya

Dos. I.S.Əhmədov

Prof. M.Ə.Ramazanov



İsveçrə

3 il

120000,0$

3

The development of technology of formation quantum nanowires in polymer matrices

k.e.f.d.F.V.Hacıyeva

ISESCO Reserch Grant in Nanotechnology

2 il

10000,0$

Cəmi

916000 $


4. AMEA İLƏ ELMİ ƏLAQƏLƏR
AMEA-nın Fizika, Radiyasiya Problemləri, Kimya Problemləri İnstitutu ilə nanocompozitlərin alınması, onların quruluşu və optik xassələrinin araşdırılması sahəsində, nanokompozitlərin radiyasiyaya davamlılığının tədqiqi istiqamətində birgə elmi tədqiqat işləri aparılmışdır.
5. KAFEDRADA APARILAN ELMI-TƏDQIQAT IŞLƏRININ ƏSAS ISTIQAMƏTLƏRI, adı, sayı, qısa annotasiyası və yerinə yetirilməsi
İstiqamət: Nanotexnologia

Problem: Nizamlı quruluşlu aktiv polimer nanokompozisiyaların fiziki kimyəvi xassələri

Mövzu: Aktiv nanokompozit quruluşların alınma texnologiyasının işlənməsi və fiziki xassələrinin tədqiqi

Rəhbər: f.e.d., prof. Ramazanov M.Ə.

İş A: Nizmali quruluşa malik nanokompozisiyaların alınma texnologiyasının işlənməsi və tədqiqi.

Mərhələ 2 : Şualanmaya məruz edilərək matrisada formalaşmış oyuqlarda nanohissəciklərin formalaşdırılması

İcraçılar: dos.Nəbiyev N.S., dos. əvəzi Paşayev F.H., dos.Vahabova M.R. dos. Vəliyeva L.İ., 0,5 şt. müəl. F.V.Hacıyeva, lab. müd., d.ə. 0,5 şt. müəl.Həsənov A.Q.

Hesabat ilində nizamlı quruluşlara malik polimer kompozit nümunələrin alınması, onların strukturunun tədqiqi, xassələrinin öyrənilməsi istiqamətində elmi tədqiqat işləri aparılmışdır. Eyni zamanda polimer materialları polipropilen və polietilen polimerləri və ZrO2 və PbS nanohissəcikləri əsasında nanokompozisiyalar sintez edilmişdir. Nanokompozisiya materiallarının alınma texnologiyası işlənmişdir və optik, elektron və atom-qüvvət mikroskopiyası üsulu ilə PP+ZrO2 və PE+PbS əsasındakı nanokompozisiyaların morfologiyası öyrənilmiş, ZrO2 və PbS nanohissəciklərinin polimer matrisdə paylanması və ölçüləri öyrənilmiş, həmçinin nanokompozisiya materiallarının səthlərinin kələ-kötürlüyü müəyyən edilmişdir. PE+PbS əsaındakı nanokompozisiyaların dilelektrik nüfuzluğunun, dielektrik itkilərinin tezlikdən və temperaturdan asılılığı həmçinin keçiriciliyin temperatur asılığı tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, PbS nanohissəciklərinin polimerdə konsentrasiyası artdıqca dilektrik nüfuzluğu azalır, dielektrik itkisi artır. Bu onunla izah olunur ki, PbS nanohissəciklərinin konsentrasiyasının artması hesabına polimer matrisdə formalaşan nanohissəciklərin ölçüləri artır və eyni zamanda elektrik keçiriciliyi azalır.Nanokompozisiyaların xüsusi müqavimətinin temperaturdan asılı olaraq polimer matruisanın kristallik fazanın ərimə temperaturunda müqavimət kiçik temperatur oblastlarında sıçrayışla dəyişir və bu da nanokompozisiyalarda pozistor effektinə səbəb olur. Kristallik fazanın dağılması zamanı polimer matrisanın istidən genişlənməsi nanohissəciklərə nisbətən sürətlə artır və bu nanohissəciklərin arasında məsafənin artmasına səbəb olur və müqavimətin kəskin artmasına gətirib çıxarır. Tempaeraturun sonrakı artımı həm polimer matrisanın həm nanokompozisiyanın müqavimətinin azalmasına səbəb olur.

PP+ZrO2 əsasındakı nanokompozisiyaların dielektrik xassələri öyrənilmişdir və müəyyən edilmişdir ki, nanokompozisiyaların , tg  və xüsusi müqavimətin v konsentrasiyadan, temperaturdan və tezlikdən asılığı göstərir ki, ZrO2 nanohissəciklərini 20 nm ölçüdə polimer matrisaya daxil etdikdə optimal struktura 3% konsentrasiyada müşahidə olunur. Bu cür nanokompozitlərin əsasında yüksək polyarlaşma qabiliyyətinə malik elektretlərin almaq mümkündür.
İş II. Nizamlı quruluşlara malik nanokompozit quruluşların nəzəri modelləşdirilməsi və kvant kimyəvi üsullarla tədqiqi

Mərhələ 2: Bəzi aktiv nizamlı quruluşlu maddələrin elektron və fəza quruluşunun sleyter atom orbitalları tətbiq etməklə hesablanması

İcraçılar: dos.Nəbiyev N.S., dos. əvəzi Paşayev F.H., dos.Vahabova M.R. dos. Vəliyeva L.İ., 0,5 şt. müəl. F.V.Hacıyeva, lab. müd., d.ə. 0,5 şt. müəl.Həsənov A.Q.

Hesabat dövründə kafedranın elmi planına uyğun olaraq mürəkkəb çoxatomlu sistemlərin, o cümlədən, bioloji aktiv birləşmələrin, nanoquruluşların quruluş-xassə məsələlərinin klassik və kvantmexaniki hesablama metodları vasitəsi ilə nəzəri tədqiqatları aparılmış, müxtılif üsullarla əldə edilmiş nanoölçülü qürülüşa malik nümunələrin optik və quruluş xassələri tədqiq edilmişdir.

Metal və yarımkeçirici nanohissəciklərin karbozəncir polimerlərlə qeyri-valent komplekslərinin atom-molekul səviyyəsində modelləri qurulmuş, nanokompozitlərdə fazalararası oblastlarında baş verən enerji, yük mübadiləsinin kvant-mexaniki hesabatları aparılmışdır. Nanohissəcik-polimer qarşılıqlı təsirlərinin nanokompozitin lokal quruluşlarının meydana çıxmasında mühüm rol oynadığı müəyyənləşmidir. (CdS)n, (ZnS)n nanoklasterlərinin polipropilen fraqmentləri komplekslərinin fəza quruluşları molekulyar mexaniki, molekulyar dinamik üsullarla optimallaşdırılaraq kecid fazalarının atomar quruluşu tapilmışdır.

Həmçinin qızıl, gümüş, dəmir, həcmə mərkəzləşmiş dəmir, sirkonium dioksid nanohissəciklərinin, DNT-nin, 1,2-3,4 dibenzantrasen, 1,2-7,8 dibenzantrasen molekullarını və allatostatinlər ailəsinə mənsub bir sıra neyropeptidlərinin nəzəri tədqiqinə baxılmışdır.

Qızıl Au16 nanohissəciyinin elektron quruluşu molekulyar orbitallar metodunun variantlardan biri olan Volfsberq-Helmhols(VH) metodu ilə tədqiq olunmuşdur. Molekulyar orbitallar nanohissəciyin atomlarınıın valent atom orbitallarının xətti kombinasiyaları şəklində axtarılmışdır. Atom orbitalları olaraq qızıl atomlarının 6s, 6py, 6pz, 6px Sleyter atom orbitalından istifadə edilmişdir. Sleyter funksiyalarının eksponensial parametrlərinin qiymətləri hesablanmış və bazis atom orbitallarının analitik ifadələri müəyyən edilmişdir. Naməlum xətti kombinasiyanın əmsalları molekulyar orbitallar metodunun tənlikləri həll olunaraq tapılmışdır. Hesablamalar müəlliflərin hazırladıqları kompüter proqramı əsasında aparılmışdır və nəticədə nanohissəciyin orbital enerjiləri, ionlaşma potensialı, tam elektorn enerjisinin qiymətləri və qızıl nanohissəciyinə daxil olan atomların effektiv yükləri hesablanmışdır. Hesablamaların nəticələri göstərir ki, qızıl nanohissəciyi yumşaq, elektrofil və stabil keçirici materialdır.

Gümüş Ag5 nanohissəciyi və onun nanokompozisiyalarının nəzərı visual modelləri qurulmuşdur. Bu modellər Xartri-Fok-Rutan (XFR) metodu ilə tədqiq olunmuşdur. Hesablamaların nəticələri göstərir ki, gümüş nanohissəciyi və onun PP+Ag5, PVDF+Ag5 nanokompozisiyaları möhkəm, nüklefil və stabil dielektrik materiallardır.

Dəmir Fe8 nanohissəciyi və onun nanokompozisiyalarının nəzərı visual modelləri qurulmuşdur. Bu modellər Xartri-Fok-Rutan(XFR) metodu ilə tədqiq olunmuşdur. Molekulyar orbitallar nanohissəciyin və onun seçilmiş nanokompozisiyalarına daxil olan atomların atom orbitallarının xətti kombinasiyaları şəklində axtarılmışdır. Atom orbitalları olaraq Fe atomlarının 1s-, 2s-, 2px-, 2py-, 2pz-, 3s-, 3px-, 3py-, 3pz-, 3dx2-, 3dy2-, 3dz2-, 3dxy -, 3dxz -, 3dyz -, 4s-, 4px-, 4py-, 4pz-, C və F atomlarının 1s-, 2s-, 2px-, 2py-, 2pz-, H atomlarının isə 1s- orbitallarından istifadə edilmişdir. Atom orbitalları kimi Gauss funksiyalarından istifadə olunmuşdur. Naməlum xətti kombinasiya əmsalları XFR tənlikləri həll olunaraq tapılmışdır. Hesablamalar nəticəsində nanohissəciyin və nanokompozisiyalarının orbital enerjiləri, ionlaşma potensialı, tam elektorn enerjisinin qiymətləri hesablanmışdır. Hesablamaların nəticələri göstərir ki, dəmir nanohissəciyi və PVDF+Fe8 nanokompoziti möhkəm, elektrofil və stabil dielektrik və PP+Fe8 nanokompoziti isə möhkəm, nuklefil və stabil yarımkeçirici materiallardır.

Həcmə mərkəzləşmiş dəmir nanohissəciyi və onun nanokompozisiyalarının nəzərı visual modelləri qurulmuşdur. Bu modellər Xartri-Fok-Rutan(XFR) metodu ilə tədqiq olunmuşdur. Molekulyar orbitallar nanohissəciyin və onun seçilmiş nanokompozisiyalarına daxil olan atomların atom orbitallarının xətti kombinasiyaları şəklində axtarılmışdır. Atom orbitalları olaraq Fe atomlarının 1s-, 2s-, 2px-, 2py-, 2pz-, 3s-, 3px-, 3py-, 3pz-, 3dx2-, 3dy2-, 3dz2-, 3dxy -, 3dxz -, 3dyz -, 4s-, 4px-, 4py-, 4pz-, C və F atomlarının 1s-, 2s-, 2px-, 2py-, 2pz-, H atomlarının isə 1s- orbitallarından istifadə edilmişdir. Atom orbitalları kimi Gauss funksiyalarından istifadə olunmuşdur. Naməlum xətti kombinasiya əmsalları XFR tənlikləri həll olunaraq tapılmışdır. Hesablamalar nəticəsində nanohissəciyin və nanokompozisiyalarının orbital enerjiləri, ionlaşma potensialı, tam elektorn enerjisinin qiymətləri hesablanmışdır. Hesablamaların nəticələri göstərir ki, həcmə mərkəzləşmiş Fe9 dəmir nanohissəciyi və PP+Fe9 nanokompoziti möhkəm, nuklefil, PVDF+Fe9 nanokompoziti isə möhkəm, elektrofil və stabil dielektrik materiallardır. Atomların effektiv yükləri hesablanmış, həcmə mərkəzləşmiş dəmir nanohissəciyi və onun nanokompozisiyalarının molekulyar diaqramları qurulmuşdur.

Sirkonium dioksid nanohissəciyi və onun nanokompozisiyalarının nəzərı visual modelləri qurulmuşdur. Bu modellər əsasında Xartri-Fok-Rutan metodu ilə kompüter hesablamaları aparılmışdır. Molekulyar orbitallar nanohissəciyə və onun seçilmiş nanokompozisiyalarına daxil olan atomların atom orbitallarının xətti kombinasiyaları şəklində axtarılmışdır. Atom orbitalları olaraq Zr atomlarının 1s-, 2s-, 2px-, 2py-, 2pz-, 3s-, 3px-, 3py-, 3pz-, 3dx2-, 3dy2-, 3dz2-, 3dxy-, 3dxz-, 3dyz-, 4s-, 4px-, 4py-, 4pz-, 4dx2-, 4dy2-, 4dz2-, 4dxy-, 4dxz-, 4dyz-, 5s-, 5px-, 5py-, 5pz-,
C, O və F atomlarının 1s-, 2s-, 2px-, 2py-, 2pz-, H atomlarının isə 1s- orbitallarından istifadə edilmişdir. Atom orbitalları kimi Gauss funksiyalarından istifadə olunmuşdur. Naməlum xətti kombinasiya əmsalları XFR tənlikləri həll olunaraq tapılmışdır. Hesablamalar nəticəsində nanohissəciyin və onun nanokompozisiyalarının orbital enerjiləri, ionlaşma potensialı, tam elektorn enerjisinin qiymətləri, nanohissəciyə və onun nanokompozisiyalarına daxil olan atomların effektiv yükləri hesablanmışdır. Hesablamaların nəticələri göstərir ki, Sirkonium dioksid nanohissəciyi və onun PP+, PVDF+ nanokompozisiyaları möhkəm, nuklefil və stabil dielektrik materiallardır.

1,2-3,4 dibenzantrasen və 1,2-7,8 dibenzantrasen molekullarının C2v - nöqtəvi qrupuna mənsub olduğu müəyyən edilmişdir və hər iki molekul üçün nöqtəvi qruplarin gətirilə bilən və gətirilə bilməyən təsvirləri təyin edilmişdir. Hesablamalar Sleyter atom orbitalları bazisində π–yaxınlaşmasında aparılmışdır. Grup nəzəriyyəsi metodundan istifadə edərək 1,2-3,4 dibenzantrasen və 1,2-7,8 dibenzantrasen molekulları üçün gətirən matrislərin elementləri hesablanmışdır. Qrup nəzəriyyəsi metoduna görə gətirən matrislərin elementlərindən istifadə edib, MO AOXK metoduna əsaslanaraq baxılan molekulların simmetrikləşdirilmiş molekulyar orbitalları qurulmuşdur. Oxşarlıq çevirməsi vasitəsilə Hamilton operatorunun matrisi diaqonal şəklə gətirilmiş və baxılan molekulların nöqtəvi qruplarının gətirilə bilməyən təsvirlərinə uyğun enerji səviyyələrinin qiymətləri tapılmışdır.

Allatostatinlər ailəsinə mənsub bir sıra neyropeptidlərinin fəza quruluşlarını tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində bu neyropeptidlərin stabil konformasiyaları həm vakuum şəraitində, həm də su mühitində müəyyən edilmişdir.



  1. Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə